85
nin, onlar "mənfəəti" də qəbul etmiş və özlərinə məxsus onun
şərhini vermişlər. Türqo əməkhaqqını yaşayış minimumu ilə,
mənfəəti faizlə, faizi isə renta ilə izah etməyə çalışmışdır. O,
faizi rentanın törəmə forması hesab edirdi.
10
A.R.Jak Türqo F.Kenenin əhalinin
sinfi quruluşuna dair
təlimini inkişaf etdirmişdir. Kene təlimində göstərilir ki,
fiziokratlar sistemində cəmiyyət üç sinifdən: məhsuldar
sinifdən (əkinçilər), torpaq sahiblərindən və bəhrəsiz (
bütün
yerdə qalanlar) sinifdən ibarətdir.
Türqo bu sxemə gözəl bir
əlavə edir. Sonuncu sinif Türqoda "necə deyərlər, iki dərəcəyə:
manufakturaçı sahibkarlara, fabrikçi ağalara bölünür; bütün
bunlar iri kapital sahibləridir. Bu kapitalı onlar öz avanslarının
hesabına iş verərək mənfəət əldə etmək üçün istifadə edirlər.
İkinci dərəcə öz əllərindən başqa heç bir şeyləri olmayan sadə
sənətkarlardan ibarətdir; onlar da sahibkarlara avans olaraq
yalnız öz gündəlik əməklərini verirlər və onların
mənfəəti
əmək haqqı almaqdan ibarət olur"
11
.
Beş sinifdən ibarət olan bu cəmiyyət modeli cəmiyyəti üç
sinfə bölən Kene modelinə nisbətən həqiqətə daha yaxındır.
Türqonun digər bir nailiyyəti isə Kenedə olduğuna nisbətən
kapitalın daha dərin və səmərəli təhlilindən ibarətdir.
Dostları ilə paylaş: