ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Tomas Maltusun 
"Əhali qanunu haqqında təcrübə" (1798)
əsərində öz əksini 
tapmışdır. Onun arqumenti sadə və birbaşa idi: Ərzaq təchizatı 
torpaq və əməkdə əlavələr vasitəsilə artırıla bilər. T. Maltusun 
təliminə görə, ərzaq istehsalının artımı ədədi silsilə ilə, əhalinin 
artımı isə həndəsi silsilə ilə baş verir. Əhalinin artım səviyyəsi 
ilə ərzaq istehsalının artım səviyyəsi arasındakı fərqi müqayisə 
etməklə, Maltus belə bir qənaətə gəlmişdi ki, bəşəriyyətin 
böyük bir hissəsi yoxsul həyata məhkumdur. Ədədi silsilə ilə 
artan ərzaq istehsalı, həndəsi silsilə ilə artan əhalinin tələbatını 
ödəyə bilmədiyindən, pis qidalanma və xəstəliklər axırıncıların 
ölümünə səbəb olacaq və beləliklə, artmaqda olan ölüm 
hadisələri ərzaqla əhali arasında tarazlıq yaranana qədər davam 
edəcəkdir. 
T.Maltus belə hesab edirdi ki, cəmiyyət aclığı azaltmaq 
məqsədilə yalnız kasıblara az sayda uşağa malik olmağı məs-
ləhət görə bilər. Bu səbəbdən, o, kasıblara kömək göstərilməsi 
və onların yaşayış yeri ilə təmin edilməsini nəzərdə tutan qa-
nunların əleyhinə çıxırdı. Öz "Əhali qanunu haqqında təcrübə" 
kitabından başqa o, iqtisadiyyat məsələləri üzrə bir sıra bundan 
az əhəmiyyət kəsb etməyən "Rentanın artması təbiyyəti üzrə 


125 
tədqiqat" (1815), "Dəyər ölçüsü: şərh və izahatlar" (1823) və 
"Siyasi iqtisadiyyatdın əsasları" (1820) kitablarını nəşr etdir-
mişdir. 
T.R.Maltus (1766-1834) kəndli ailəsində anadan olmuş-
dur. Kembric Universitetinin kollecində təhsil almış, kolleci 
bitirdikdən sonra ingilis kilsəsində ruhani rütbəsini qəbul etmiş
1807-ci ildə siyasi iqtisad professoru olmuşdur. Maltusun 
əsərlərinin obyektiv mənası xeyli dərəcədə torpaq sahibkar-
lığının mənafeyinin müdafiəsindən ibarətdir. Maltus torpaq 
sahəsinə əlavə əmək məsrəflərinin sərf olunub-olunmamasın-
dan asılı olmayaraq gəlirlərin azalması ideyasını da irəli sü-
rürdü. Bunu da torpağın məhsuldarlığının azaldılması ilə əlaqə-
ləndirirdi. Bu qanunun tərəfdarları göstərirdilər ki, torpağa 
qoyulan bütün əlavə əmək və kapital qoyuluşu, bu qoyuluşun 
məhsuldarlığının aşağı düşməsi ilə müşayiət edilir, yəni bu 
qoyuluş özünə miqdarca bərabər olan əvvəlki qoyuluşa nisbə-
tən getdikcə daha az məhsul verir. 
Yuxarıda göstərilmiş misal tamamilə şərti vəziyyəti əks 
etdirir, heç də insanın təbii ehtiyatlardan istifadə etməsi pro-
blemini aradan qaldırmır. Burada bəhs olunan əmək real hə-
yatda müəyyən istehsal vasitələri ilə birlikdə tətbiq olunur. 
Əgər bu birlik düzgün seçilmişsə, iş saatlarının mövcud miq-
darına alınan gəlir azalmır. Texniki tərəqqinin, yəni əməyin 
daha artıq məhsuldar alətlərlə və yeni metodlarla təchizinin xü-
susi əhəmiyyəti vardır. Mövcud torpaq sahəsi qonşu torpaq 
sahələri ilə birləşdirilə bilər və çox ehtimal ki, istehsalın miq-
yasının artması ilə əlaqədar olaraq yaxşı təşkil olunma, ixti-
saslaşma texnikanın daha səmərəli təşkil edilməsi hesabına 
gəlir artmasına gətirib çıxardacaqdır. 
T.Maltusun davamçıları gəlirlərin azalması qanununun 
fəaliyyət sahəsini yaradırlar. Onlar deyirlər ki, bu qanun yalnız 
azalan istiqamətdə fəaliyyət göstərir ki, istehsalın qalan amillə-
rinin dəyişməz miqdarına mövcud amilin artmaqda olan kə-
miyyətini əlavə etmiş olsun. İstehsalın əsas amilləri dedikdə isə 


126 
əmək, torpaq və kapital başa düşülür. Yuxarıda göstərilən mi-
salda isə güman edilir ki, torpaq və kapital dəyişilməzdir, yal-
nız əməyin kəmiyyəti dəyişir. Bununla belə maltusçular indinin 
özündə də bu və ya başqa dərəcədə məhsuldarlığın azaldılması 
qanununa əsaslanırlar. 
O, "Siyasi iqtisadın başlanğıcı" əsərində siyasi iqtisadın 
nəzəri problemlərinə toxunmuş dəyər, mənfəət, reallaşma pro-
blemlərinə xüsusi diqqət vermişdir. Maltus Rikardonun əksinə 
olaraq torpaq aristokratlarını müdafiə edərək Rikardonun 
əmək-dəyər nəzəriyyəsinin əksinə dəyəri Simitin dediyi kimi, 
mövcud əmtəənin alınmasında meydana çıxan əməkdə görür. 
A.Smit hesab edirdi ki, əmtəəyə alınan əmək onun istehsalına 
sərf olunan əməyə bərabərdir. Maltusa görə əməyin miqdarı 
onun istehsalına sərf olunan xərclərlə əlaqədardır. İstehsal 
xərclərinə isə canlı və maddiləşmiş əməyi və avans olunmuş 
kapitalı aid edirdi. 
T.Maltus mənfəəti məhsul istehsalına sərf olunan əməkdə 
artıq hissə kimi nəzərdə tuturdu. O, əməklə bərabər əmtəənin 
dəyərinə mənfəəti də bilavasitə daxil edərək, mənfəəti dəyər-
dən müstəqil, asılı olmayan şey kimi görür və əmtəənin qiy-
mətinə kapitalı əlavə edirdi. Mənfəətin istehsalda deyil, təda-
vüldə yarandığını göstərir və xalis kapitalizm cəmiyyətində 
onun reallaşmasını mümkün hesab etmirdi. Fəhlələr əməkhaqqı 
kimi istehsal olunan məhsulun bir hissəsini alırlar. Reallaşma 
problemi kapitalistlərin bir-birinə mübadiləsi zamanı həll edilə 
bilməz, çünki bunlardan hər biri qiymətlə əlaqədə xeyir götürə 
bilməz. Həmin dəqiqə alıcını itirə bilər. Lakin Maltus vəziyyət-
dən çıxış yolunu qeyri-məhsuldar siniflərdə (torpaq mülkiy-
yətçiləri, çinovniklər, əsgərlər) görür və göstərirdi ki, bu qeyri-
istehsalçılar heç nə istehsal etməyərək əmtəə alırlar və buna 
görə də kapitalistlərin mənfəətini reallaşdırırlar. Bununla da 
Maltus kapitalistlər üçün kifayət qədər tələbin yarandığını qeyd 
etməklə, yüksək rentanı, vergini müdafiə edirdi. Buradan belə 


127 
çıxır ki, o, üçüncü şəxslər olmadan mənfəətin reallaşmasının 
qeyri-mümkünlüyü ideyasını S. Sismondidən götürmüşdür. 
T.Maltusun əmək-dəyər nəzəriyyəsində Rikardonun əksi-
nə çıxış etməsi Rikardonun tərəfdarları ilə əleyhdarları arasında 
canlı fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Rikar-
donun ardıcılları öz əsərlərində onun baxışlarını sistemləş-
dirmiş, dəyər nəzəriyyəsinin ayrı-ayrı tərəflərini təhlil etmişdir.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin