ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Nassau Ulyam Senior
(1790-1864) ciddi 
cəhdlə əmək sərf edərək öz elmi baxışlarını "Siyasi iqtisad 
elminin oçerkləri" (1836), "Fabrik qanunvericiliyi haqqında 
məktub" (1837) əsərlərində əks etdirmişdir. Belə bir kəşflərdən 
biri “imtina” nəzəriyyəsidir. Dəyərin mənbəyinin əmək 
olduğunu iddia edən Rikardonun əksinə olaraq, dəyərin 
istehsal xərclərini iki elementlə: əməklə və kapitalla müəyyən 
edirdi. 
N.U.Senior əməyə fəhlənin qurbanı kimi, kapitala isə ka-
pitalistin öz kapitalını qeyri-məhsuldar istehlak etməklə kapi-
talistin qurbanı kimi baxırdı. Fəhlə və kapitalist bu qurban-
larının mükafatı olaraq əməkhaqqı və mənfəət alırlar. Nəticədə 
kapitalizm istehsal sistemi kimi deyil, fəhlə və kapitalistlərin 
qurbanı sistemi kimi çıxış edir.
N.U.Seniorun digər bir nəzəriyyəsi də vardır ki, bunu da 
Marks öz əsərində Seniorun son saatı adlandırmışdır. İngiltə-
rədə 30-cu illərdə 10 saatlıq iş günü uğrunda güclü çıxışlar baş 
verirdi. Fabrikantlar iş gününün qısaldılmasına qarşı kəskin 
arqumentlərə möhtac idilər ki, bunların köməyinə Senior çatdı. 
Onun nəzəriyyəsinə görə 11,5 saatlıq iş günündə birinci 10,5 
saat ərzində avans olunmuş kapitalın dəyəri ödənilir, axırıncı 
saatda isə mənfəət yaradılır. Buradan da belə çıxır ki, iş günü-
nün 10 saatlıq ixtisar edilməsi mənfəətin tam yox olmasına 
gətirib çıxarır. Bu nəzəriyyənin mənbələrindən biri kimi ka-
pitalistlərin praktiki hesabatları göstərilirdi ki, burada da məh-
sulların satılması prosesində əvvəlcə onlar avans olunmuş 
kapitalın dəyərini ödəyir, sonra mənfəət əldə edirdilər. Əslində 
isə istehsal prosesi həm dəyərin yaradılması, həm də onun artı-
rılması prosesidir. Seniorun son saat nəzəriyyəsi o qədər mə-
nasız idi ki, son olaraq özü də bu nəzəriyyədən imtina etmişdir. 
Ceyms Mill 
(1773-1836) - ingilis iqtisadçısı, D.Rikar-
donun ən görkəmli davamçısıdır. O, renta nəzəriyyəsindən 
siyasi nəticələr çıxarılması sahəsində öz müəllimindən daha 
irəli gedərək torpaq rentasının dövlət tərəfindən mənimsənil-


136 
məsini, torpağın milliləşdirilməsini tələb edirdi. Mill "Siyasi 
iqtisadın elementləri" (1821) əsərində iddia edirdi ki, dəyərin 
mənbəyi yalnız canlı əmək deyil, həm də toplanmış və istehsal 
vasitələrində əşyalaşmış əmək hesab edilməlidir. Nəticədə 
muzdlu işçilərlə kapitalistlər arasında "Bərabər əmtəə sahib-
ləri" münasibəti yaranır, onların hər biri istehsal edilmiş məh-
suldan müvafiq pay alır. 
XIX əsrin 50–60-cı illərində İngiltərənin iqtisadi inkişafı 
daha da yüksəlmiş, sırf iqtisadi mənafelər iqtisadi fikri daha 
çox cəlb etməyə başlamışdı. Bu dövrün iqtisadi baxışlarının 
ifadəçisi ingilis filosofu və iqtisadçısı 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin