Rus dilçilərinin türk dillərinin temporal leksikasını müqayisəli təhlili 119 Dilçilik ədəbiyyatında “linqvistik zaman” anlayış-termininin tamamilə başqa mənada
işləndiyi də müşahidə edilir. “Linqvistik zaman” anlayışına xüsusi məqalə həsr etmiş Makovski
onu dildəki dəyişmələrin tarixi inkişaf prosesi ilə bağlayır [4, s.3].
E.Tarasova
“dil
zamanı”nı
“linqvistik
zaman”la
qarışdırmamağı
məsləhət
görür.Tədqiqatçının fikrincə, “dil zamanı”nı müxtəlif səviyyəli dil vasitələrinin, dərk edən
subyektdən asılı olmayaraq dildə mövcud olan müxtəlif dil vahidlərinin və strukturlarının
sistemi kimi başa düşmək lazımdır. “Linqvistik zaman”ı isə tədqiqatçı dilin metadil funksiyasını
əks etdirən “ikinci dərəcəli” anlayış kimi izah edir: linqvistik zaman “özü özünü “dərk edən”,
təsvir edən dildir, linqvistik zaman dil zamanının xarakteri haqqında elmi təsəvvürləri ifadə edir
və ona (dil zamanına) müxtəlif yanaşma və interpretasiyalara imkan verən baxışlar sistemidir”
[7,s.10].
Türk dillərinin materialları əsasında temporal leksika, təəssüflər olsun ki, tam əhatəli şəkildə
araşdırılıb öyrənilməmişdir. Bununla belə, rus dilçiliyində ayrı-ayrı türk dillərinin rus dili ilə
müqayisəli şəkildə öyrənilməsinə, bu dillərdə temporallığın tədqiqinə dair qiymətli tədqiqat
işləri yazılmışdır. “Kumuk və ingilis dillərində ismin temporal semantikası” (T.İlmutdinova),
“Çuvaş, tatar və rus dillərində zaman kateqoriyasının semantik ifadə üsulları”(T.Borisovna),
“Kumuk və rus dillərində dünya şəkillərində zaman anlayışı” (L. Yurievna), “Başqırd dilində
aspektuallığın funksional-semantik kateqoriyası”(R.Asxatovna), “Tatar , türk və ingilis dillərində
keçmiş-spesifik formalarının qrammatik semantikası və funksional xüsusiyyətləri”
(A.Səlimovna), “Rus və Başqırd dillərində zaman konseptual sferasının təzadlı
tədqiqi”(Z.Muxtarova) və s tədqiqat işləri zaman anlayışının linqvistik təhlilinə dair qiymətli
elmi əsərlərdir.
NƏTİCƏ: Zaman universal bir varlıq kateqoriyası kimi müxtəlif bilik sahələrinin alimləri
üçün təhlil predmenti olmuş və indi də elmi tədqiqat obyekti olaraq qalır. Elm üçün sirr olaraq
qalan zaman alimlər tərəfindən müxtəlif formalarda ( fizika, astronomik, fərdi, linqvokultrolojivə
s.) nəzərdən keçirilir. Hər bir zaman növünü ayırd etmək üçün bütün elmlərin məlumatlarını
vəhdətdə və qarşılıqlı əlaqədə nəzərdən keçirmək lazımdır. Zamanı müqayisəli linqvistik
aspektdə tədqiq edərkən belə ,fəlsəfə, təbiət və dəqiq elmlərin məlumatlarını nəzərdən qaçırmaq
olmaz. Məhz onların nəzəri mövqeləri, məşhur alimlərin-filosofların ideyaları zaman haqqında
fikirlərin formalaşması üçün əsasdır ki, bu da zamanın təkcə obyektiv müvcudluğunu deyil,
həm də subyektivliyini bilməyə imkan verir [2, s.112].
Zaman anlayışının etnomədəni şərtliliyi linqvokultrologiya çərçivəsində atalar sözləri və
frozoloji vahidlər vasitəsilə çatdırılır. Bütün dillərdə olduğu kimi türk dillərində də vaxtı bildirən
komponentləri olan frozoloji vahidlər, atalar sözləri və məsəllər dildə ətraf aləm və orada baş
verən proseslər, cəmiyyət və onun xarici dünyanı qavrayışı haqqında fikirləri əks etdirir.
Temporal məna daşıyan sözlərin müqayisəli aspektdə öyrənilməsi öyrənilən dillərin hər birinin
linqvokultrologiyasını ən aydın şəkildə öyrənməyə imkan verir.
Geniş türk dilləri ailəsinin lüğət fonduna daxil olan “zaman” semantik atributuna malik
isimlər temporallığın müqayisəli təhlili üçün kifayət qədər material verir. Türk dillərində
temporal lüğətin öyrənilməsində E.R.Tenişev, E.V.Sevortyan, N.A.Baskakov, A.N.Kononov,
S.N.İvanov, İ.V.Kormuşin və başqalarının əsərləri xüsusi əhəmiyyət kəsb edir.