Xudayarova Günel
122
zamanı tələbələri motivasiya edən müxtəlif strategiyalar vardır. Motivasiyanı formalaşdırmağın
yollarını bilmək və müxtəlif motivasiya edici vasitələrdən effektiv istifadə etmək tələbələrindərsə
maraqla yanaşmasını təmin edir və onların təlim nailiyyətlərini artırmağa kömək edir.
Motivasiya barəsində aparılan araşdırmalarda onun vacibliyi ilə bərabər mürəkkəb bir proses
olması fikridə qeyd olunur.
Xüsus ilə, xarici dili müxtəlif məqsədlərlə öyrənən tələbələr üçün motivasiyanın formalaşdı-
rılması zamanı onların təlabatlarını ödəmək çətin və mürəkkəb prosesdir. Məlumdur ki, güclü
motivasiya olmazsa, təlim nailiyyətləridə yüksək ola bilməz.
İngilis dili biliklərinə tam yiyələnən zaman yüksək təlim nailiyyətlərinin olması üçün
motivasiyanı düzgün formal aşdırmaq lazımdır. İngilis dilinin dünya dövlətləri arasında
rolunun artdığı indiki dövrdə tələbələrdə bilik və bacarıqların formalaşdırılmasını
motivasiya
edici vasitələrlə təşkil etməyin faydaları çoxdur. Motivasiya tələbələri görəcəkləri işə ruhlandırır.
C.Harmerikinöv motivasiyanı fərqləndirir: daxili və xarici motivasiya.
Daxili motivasiya öyrənmə həvəsini artırmağa köməkedir. Daxili motivasiya olan tələbələr
təlim zamanı uğur əldə etməyə həvəsli olurlar.
Xarici motivasiya kənar təsirləri əhatə edir. Burada imtahandan keçmək və ya xarici ölkəyə
səyahət edən zaman səlis kommunikasiya bacarıqlarına yiyələnmək məqsədilə tələbələr
dilbiliklərinə yiyələnirlər.
Müşahidələr
göstərir ki, müəllimlər xarici motivasiyaya nisbətən daxili motivasiya
formalaşan tələbələrə daha çox təsir göstərə bilirlər.
Bundan əlavə, o, motivasiyanın instrumental və inteqrativ növlərinidə fərqləndirir.
İnstrumental motivasiya işə düzəlmək və ya xaricdə yaşamaq məqsədilə dil öyrənənlərin dərsə
həvəslə yanaşmasını təmin edir. İnteqrativ motivasiya zamanı isə tələbələr
cəmiyyətdə ingilis
dilindən istifadə etməyin üstünlük olduğunu düşündükləri üçün dil bilikləri qazanırlar [3, s.90].
Motivasiyanın formalaşdırılması zamanı motivasiya növlərini daha dərindən təhlil edən
zaman onların xüsusiyyətlərini belə izah etmək mümkündür – belə ki, əgər görülən işin və ya
davranışın əsas səbəbləri əldə etmək istədiklərimizdirsə, bu xarici motiv hesab edilir. Məsələn:
hazırda ingilis dili dünya dilləri sırasında dominant mövqeyə malikdir. İnsanlar arasında nüfuza
malik olmaq üçün və ingilis dilini praqmatik məqsədlər üçün öyrənən şəxslər xarici motivlərin
təsiri altında bilik əldə edirlər.
Lakin, davranışı icra edən şəxsin maraqları və təlabatları tam bu istiqamətə yönəlibsə, yəni o
bu işdən həzz alırsa, bu daxili motiv hesab olunur. Məsələn: ingilis dilini Şeksprin dili olduğu
üçün,
həmin ölkənin mədəniyyətinə, onun tarixinə və s. maraq göstərdiyinə görə öyrənən
tələbələrdə daxili motivlərin təsiri daha yüksəkdir. Onlar müxtəlif
hekayələri ingilis dilində
oxumaqdan, musiqinin təkcə ritminə deyil,
eyni zamanda, onun sözlərinə diqqət edərək
dinləməkdən zövq alırlar. Daxili motivləri güclü olan tələbələrin
təlim nailiyyətlərinin daha
yüksək və uğurlu olduğu müşahidə olunur.
Cook hesab edir ki, Qardner və Lambert tərəfindən təklif edilən inteqrativ və instrumental
motivasiya ikinci dilin öyrənilməsində faydalı və səmərəlidir. Onlar iki növ motivasiya
olduğunu iddia edirlər. Belə ki, tələbələrin dil daşıyıcısı olan xalqın mədəniyyətinə yiyələnməsi
və cəmiyyətin bir üzvü kimi özünü hiss etməsi dil biliklərinin formalaşmasında
vacib hesab
olunur. Digər bir məsələ isə dil öyrənən zaman onun faydalı tərəflərinin nəzərə alınmasıdır. İki