Publisher


Ключевые слова: внутренняя мотивация, внешняя мотивация, мотивы, интегративная мотивация



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə62/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   58   59   60   61   62   63   64   65   ...   86
Filologiya 2021 2

Ключевые слова: внутренняя мотивация, внешняя мотивация, мотивы, интегративная мотивация, 
инструментальная мотивация 
Təhsilin səmərəli nəticələnməsi üçün motivasiya vacib amil hesab olunur. Xüsusilə, xarici 
dillərin tədrisi zamanı motivasiyanın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Təlim 


Xudayarova Günel
 
122 
zamanı tələbələri motivasiya edən müxtəlif strategiyalar vardır. Motivasiyanı formalaşdırmağın 
yollarını bilmək və müxtəlif motivasiya edici vasitələrdən effektiv istifadə etmək tələbələrindərsə 
maraqla yanaşmasını təmin edir və onların təlim nailiyyətlərini artırmağa kömək edir. 
Motivasiya barəsində aparılan araşdırmalarda onun vacibliyi ilə bərabər mürəkkəb bir proses 
olması fikridə qeyd olunur.
Xüsus ilə, xarici dili müxtəlif məqsədlərlə öyrənən tələbələr üçün motivasiyanın formalaşdı-
rılması zamanı onların təlabatlarını ödəmək çətin və mürəkkəb prosesdir. Məlumdur ki, güclü 
motivasiya olmazsa, təlim nailiyyətləridə yüksək ola bilməz.
İngilis dili biliklərinə tam yiyələnən zaman yüksək təlim nailiyyətlərinin olması üçün 
motivasiyanı düzgün formal aşdırmaq lazımdır. İngilis dilinin dünya dövlətləri arasında 
rolunun artdığı indiki dövrdə tələbələrdə bilik və bacarıqların formalaşdırılmasını motivasiya 
edici vasitələrlə təşkil etməyin faydaları çoxdur. Motivasiya tələbələri görəcəkləri işə ruhlandırır.
C.Harmerikinöv motivasiyanı fərqləndirir: daxili və xarici motivasiya. 
Daxili motivasiya öyrənmə həvəsini artırmağa köməkedir. Daxili motivasiya olan tələbələr 
təlim zamanı uğur əldə etməyə həvəsli olurlar.
Xarici motivasiya kənar təsirləri əhatə edir. Burada imtahandan keçmək və ya xarici ölkəyə 
səyahət edən zaman səlis kommunikasiya bacarıqlarına yiyələnmək məqsədilə tələbələr 
dilbiliklərinə yiyələnirlər. 
Müşahidələr göstərir ki, müəllimlər xarici motivasiyaya nisbətən daxili motivasiya 
formalaşan tələbələrə daha çox təsir göstərə bilirlər.
Bundan əlavə, o, motivasiyanın instrumental və inteqrativ növlərinidə fərqləndirir. 
İnstrumental motivasiya işə düzəlmək və ya xaricdə yaşamaq məqsədilə dil öyrənənlərin dərsə 
həvəslə yanaşmasını təmin edir. İnteqrativ motivasiya zamanı isə tələbələr cəmiyyətdə ingilis 
dilindən istifadə etməyin üstünlük olduğunu düşündükləri üçün dil bilikləri qazanırlar [3, s.90].
Motivasiyanın formalaşdırılması zamanı motivasiya növlərini daha dərindən təhlil edən 
zaman onların xüsusiyyətlərini belə izah etmək mümkündür – belə ki, əgər görülən işin və ya 
davranışın əsas səbəbləri əldə etmək istədiklərimizdirsə, bu xarici motiv hesab edilir. Məsələn: 
hazırda ingilis dili dünya dilləri sırasında dominant mövqeyə malikdir. İnsanlar arasında nüfuza 
malik olmaq üçün və ingilis dilini praqmatik məqsədlər üçün öyrənən şəxslər xarici motivlərin 
təsiri altında bilik əldə edirlər.
Lakin, davranışı icra edən şəxsin maraqları və təlabatları tam bu istiqamətə yönəlibsə, yəni o 
bu işdən həzz alırsa, bu daxili motiv hesab olunur. Məsələn: ingilis dilini Şeksprin dili olduğu 
üçün, həmin ölkənin mədəniyyətinə, onun tarixinə və s. maraq göstərdiyinə görə öyrənən 
tələbələrdə daxili motivlərin təsiri daha yüksəkdir. Onlar müxtəlif hekayələri ingilis dilində 
oxumaqdan, musiqinin təkcə ritminə deyil, eyni zamanda, onun sözlərinə diqqət edərək 
dinləməkdən zövq alırlar. Daxili motivləri güclü olan tələbələrin təlim nailiyyətlərinin daha 
yüksək və uğurlu olduğu müşahidə olunur.
Cook hesab edir ki, Qardner və Lambert tərəfindən təklif edilən inteqrativ və instrumental 
motivasiya ikinci dilin öyrənilməsində faydalı və səmərəlidir. Onlar iki növ motivasiya 
olduğunu iddia edirlər. Belə ki, tələbələrin dil daşıyıcısı olan xalqın mədəniyyətinə yiyələnməsi 
və cəmiyyətin bir üzvü kimi özünü hiss etməsi dil biliklərinin formalaşmasında vacib hesab 
olunur. Digər bir məsələ isə dil öyrənən zaman onun faydalı tərəflərinin nəzərə alınmasıdır. İki 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin