Publisher


Rus dilçilərinin türk dillərinin temporal leksikasını müqayisəli təhlili



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   55   56   57   58   59   60   61   62   ...   86
Filologiya 2021 2

Rus dilçilərinin türk dillərinin temporal leksikasını müqayisəli təhlili
 
119 
Dilçilik ədəbiyyatında “linqvistik zaman” anlayış-termininin tamamilə başqa mənada 
işləndiyi də müşahidə edilir. “Linqvistik zaman” anlayışına xüsusi məqalə həsr etmiş Makovski 
onu dildəki dəyişmələrin tarixi inkişaf prosesi ilə bağlayır [4, s.3]. 
E.Tarasova 
“dil 
zamanı”nı 
“linqvistik 
zaman”la 
qarışdırmamağı 
məsləhət 
görür.Tədqiqatçının fikrincə, “dil zamanı”nı müxtəlif səviyyəli dil vasitələrinin, dərk edən 
subyektdən asılı olmayaraq dildə mövcud olan müxtəlif dil vahidlərinin və strukturlarının 
sistemi kimi başa düşmək lazımdır. “Linqvistik zaman”ı isə tədqiqatçı dilin metadil funksiyasını 
əks etdirən “ikinci dərəcəli” anlayış kimi izah edir: linqvistik zaman “özü özünü “dərk edən”, 
təsvir edən dildir, linqvistik zaman dil zamanının xarakteri haqqında elmi təsəvvürləri ifadə edir 
və ona (dil zamanına) müxtəlif yanaşma və interpretasiyalara imkan verən baxışlar sistemidir” 
[7,s.10]. 
Türk dillərinin materialları əsasında temporal leksika, təəssüflər olsun ki, tam əhatəli şəkildə 
araşdırılıb öyrənilməmişdir. Bununla belə, rus dilçiliyində ayrı-ayrı türk dillərinin rus dili ilə 
müqayisəli şəkildə öyrənilməsinə, bu dillərdə temporallığın tədqiqinə dair qiymətli tədqiqat 
işləri yazılmışdır. “Kumuk və ingilis dillərində ismin temporal semantikası” (T.İlmutdinova), 
“Çuvaş, tatar və rus dillərində zaman kateqoriyasının semantik ifadə üsulları”(T.Borisovna), 
“Kumuk və rus dillərində dünya şəkillərində zaman anlayışı” (L. Yurievna), “Başqırd dilində 
aspektuallığın funksional-semantik kateqoriyası”(R.Asxatovna), “Tatar , türk və ingilis dillərində 
keçmiş-spesifik formalarının qrammatik semantikası və funksional xüsusiyyətləri” 
(A.Səlimovna), “Rus və Başqırd dillərində zaman konseptual sferasının təzadlı 
tədqiqi”(Z.Muxtarova) və s tədqiqat işləri zaman anlayışının linqvistik təhlilinə dair qiymətli 
elmi əsərlərdir. 
NƏTİCƏ:
Zaman universal bir varlıq kateqoriyası kimi müxtəlif bilik sahələrinin alimləri 
üçün təhlil predmenti olmuş və indi də elmi tədqiqat obyekti olaraq qalır. Elm üçün sirr olaraq 
qalan zaman alimlər tərəfindən müxtəlif formalarda ( fizika, astronomik, fərdi, linqvokultrolojivə 
s.) nəzərdən keçirilir. Hər bir zaman növünü ayırd etmək üçün bütün elmlərin məlumatlarını 
vəhdətdə və qarşılıqlı əlaqədə nəzərdən keçirmək lazımdır. Zamanı müqayisəli linqvistik 
aspektdə tədqiq edərkən belə ,fəlsəfə, təbiət və dəqiq elmlərin məlumatlarını nəzərdən qaçırmaq 
olmaz. Məhz onların nəzəri mövqeləri, məşhur alimlərin-filosofların ideyaları zaman haqqında 
fikirlərin formalaşması üçün əsasdır ki, bu da zamanın təkcə obyektiv müvcudluğunu deyil
həm də subyektivliyini bilməyə imkan verir [2, s.112]. 
Zaman anlayışının etnomədəni şərtliliyi linqvokultrologiya çərçivəsində atalar sözləri və 
frozoloji vahidlər vasitəsilə çatdırılır. Bütün dillərdə olduğu kimi türk dillərində də vaxtı bildirən 
komponentləri olan frozoloji vahidlər, atalar sözləri və məsəllər dildə ətraf aləm və orada baş 
verən proseslər, cəmiyyət və onun xarici dünyanı qavrayışı haqqında fikirləri əks etdirir. 
Temporal məna daşıyan sözlərin müqayisəli aspektdə öyrənilməsi öyrənilən dillərin hər birinin 
linqvokultrologiyasını ən aydın şəkildə öyrənməyə imkan verir.
Geniş türk dilləri ailəsinin lüğət fonduna daxil olan “zaman” semantik atributuna malik 
isimlər temporallığın müqayisəli təhlili üçün kifayət qədər material verir. Türk dillərində 
temporal lüğətin öyrənilməsində E.R.Tenişev, E.V.Sevortyan, N.A.Baskakov, A.N.Kononov, 
S.N.İvanov, İ.V.Kormuşin və başqalarının əsərləri xüsusi əhəmiyyət kəsb edir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin