Key words: time, vocabulary, temporal, linguistics, research
GİRİŞ: Zaman və insan ta qədimdən fəlsəfi problemlər sahəsinə aid olan mövzulardan
olmuşdur. Zaman məkanla yanaşı, hər bir mədəniyyətdə dünyanın özünəməxsus xüsusi
modelini quran məntiqi ilkin parametrdir. T.V.Toporova görə insan həyatının cərəyan etdiyi
sərhədləri təşkil edən və bununla da bütün digər kateqoriyaları-taleyi, qanunu, ictimai quruluşu
müəyyən edən məkan və zamandır. “Zaman” anlayışı milli-mədəni mənsubiyyətindən asılı
olmayaraq insan dünyasının sadəlövh mənzərəsində müvcuddur. N.Y.Şvedova dilin semantik
çərçivəsini və bununla da ən mücərrəd səviyyəsini təşkil edən 20 ümumi semantik kateqoriya-
dan (animasiya, hərəkət, vəziyyət, obyekt, ölçü, yervə s.) biri kimi zamanın adını çəkir.
Zaman minilliklər boyu daim filosoflar və müxtəlif elm sahələrinin nümayəndələri
tərəfindən ən fərqli xüsusiyyətlərinə əsasən araşdırılan universal kateqoriyadır.Zamanın bir
tədqiqat obyekti kimi konseptuallaşdırılması bir çox elmi fənlərin maraqlarına təsir göstərir:
fizika,riyaziyyat, fəlsəfə, dilçilik, sosiologiya, biologiya, psixologiya, mədəniyyətşünaslıq və s.
Çoxaspektli təbiəti, fərqli yönlərdən təhlil və araşdırılma xüsusiyyətlərinə görə zaman
kateqoriyası elmdə daim diqqət mərkəzində olan mühüm məsələlərdən biri kimi tədqiqatçıların
diqqətini həmişə cəlb etmişdir. Zaman bir çox elm sahələrində tədqiq edilmiş və indi də
edilməkdədir. Hətta müxtəlif elm sahələrinin nümayəndələri tərəfindən fizioloji zaman, kimyəvi
zaman, bioloji zaman, geoloji zaman, sosioloji zaman, tarixi zaman, iqtisadi zaman, bədii zaman
kimi xüsusi zamanların mövcud olduğu qeyd edilir. Obyektiv aləm və obyektiv aləmdə mövcud
olan, yalnız irəliyə doğru hərəkət edən mütləq zamanın vahidliyi, reallığı və dönməzliyi, demək
olar ki, hər kəs tərəfindən qəbul olunmuşdur. Bununla yanaşı bir çoх elm sahələrində zaman
problemi kəskin şəkildə qoyulur və hər bir obyektini, hər bir sistemin özünəməхsus zamana
malik olması fikri tədricən qəbul olunur [2, s.9].
ƏSAS HİSSƏ: Türk dillərinin lüğət tərkibi çox zəngindir. Türk dillərinin lüğət fondunda
mühüm yer tutan qatlardan biri də temporal leksikadır. Temporal termini latın mənşəli tempus
“zaman” sözündən yaranmışdır. Dilçiliyə bu termin funksional qrammatikaların yaranması ilə
bağlı gətirilmişdir. Funksional qrammatika nəzəriyyəsinə görə, dildə müxtəlif semantik sahələr