Publisher


Rus dilçilərinin türk dillərinin temporal leksikasını müqayisəli təhlili



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə57/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   53   54   55   56   57   58   59   60   ...   86
Filologiya 2021 2

Rus dilçilərinin türk dillərinin temporal leksikasını müqayisəli təhlili
 
117 
üzrə leksik yaruslar formalaşmışdır. Bu baxımdan dilçilikdə lokativlik, temporallıq, inkarlıq, 
kəmiyyət və s. semantik sahələr üzrə tədqiqatların aparılması müasir tendensiyalardandır. Türk 
dillərinin leksik qatında, ümumiyyətlə, zaman bildirən leksikanı bir neçə qata bölmək 
mümkündür. Belə ki, türk dillərində zaman bildirən sözləri zaman anlamlı feillər, isimlər və 
zərflər formasında qruplaşdırmaq mümkündür.
Türk dillərində zaman bildirən sözlərin bəzilərinin eyni leksemlərlə, bəzilərinin isə fərqli 
leksemlərlə ifadə olunması kök türk dilindən ayrıldıqdan sonra müstəqil inkişafının nəticəsidir. 
Zaman problemi qədim zamanlardan bəri müxtəlif elm sahələri üzrə bir çox tədqiqatçılar 
tərəfindən tədqiq edilmişdir. Linqvistik zaman real zamanın mürəkkəb psixi prosesləri 
nəticəsində insan şüurunda əks olunur. XX əsrin ortalarından etibarən zaman problemi leksiko-
semantik sahələr əsasında öyrənilir. Dilçilər dünyanın dil mənzərəsinin fərdi temporal 
qavrayışını təsvir etmək üçün temporal leksemlərlə maraqlanırlar. 
Temporallığın təhlilinə həsr olunmuş linqvistik tədqiqatlarda daim vurğulanır ki, zaman 
münasibətlərinin dildə əks olunması problemi ən çətin problemlərdən biridir. Y.S.Stepanov bu 
münasibətlə qeyd edir ki, “Zaman” anlayışı onsuz da özlüyündə çətindir, üstəlik, müxtəlifbaxış 
bucaqları onu qarışdırır.Amma bu problemi müqayisəli şəkildə öyrənməyə çalışanlar daha 
böyük çətinliklərlə üzləşirlər. Onlar bəyan etməyə məcburdular ki, müxtəlif dillər eyni vaxtı 
nəinki müxtəlif cür ifadə edir, həm də zamanın özünün müxtəlif konstruksiyalarını yaradır, onu 
fərqli şəkildə təmsil edir. 
Zamanın linqvistik təcəssümünün tədqiqi üçün təbiət elmlərinin məlumatlarının 
öyrənilməsi aktual və vacibdir. Məsələn: zaman fəlsəfədə kosmos və hərəkətlə ayrılmaz şəkildə 
bağlı olan materiyanın mövcudluq formalarından biri kimi müəyyən edilir, fizikada zaman 
məkanla vəhdətdə zamanın bütün mümkün anlarında cisimlərin bütün mümkün mövqelərinin 
məcmusudur, mədəniyyətşünaslıqda zaman ən mühüm mədəni koordinantdır, onun köməyi ilə 
insanlar reallığı dərk edir və onların şüurunda mövcud olan dünya modelini qurur [1, s.37]. 
Dildə zaman maraqlı təqiqat obyektidir, ona görə də təəccüblü deyil ki, temporallığı ifadə 
edən leksik vasitələrlə bağlı bir çox cəhətlər artıq dilçilərin diqqətini cəlb edib. Dilçilik elmində 
zaman leksemləri sahə təşkili baxımından müəyyən qədər təfərrüfatı ilə tədqiq edilmişdir. 
D.Q.İşçuk, V.V.Morkovkina, A.P.Klimenko, N.A.Potaenko, E.V.Terexova və başqaları zamanın 
semantik sahəsinin və onun daxilindəki müxtəlif qrup və alt qrupların öyrənilməsinə fərqli 
yanaşmalar (məntiqi semantik, funksional, psixolinqvistik və s.) təqdim edir. Bu əsərlərdə zaman 
mənasının müxtəlif cəhətləri fərqləndirilir. Temporallığı ifadə edən leksik vasitələr , zaman 
mənasının özü və zaman sahəsinin həcmi müxtəlif cür şərh olunur. 
Zaman mənası daşıyan leksik vahidlər bütün dünyagörüşünün əsasını təşkil edən xalqın 
mədəniyyətini dərk etməyin əsas vasitəsidir. Zaman anlayışının etnomədəni şərtliliyi 
linqvokultrologiya çərçivəsində atalar sözləri və frozoloji vahidlər vasitəsilə çatdırılır. Temporal 
məna daşıyan sözlərin müqayisəli aspektə öyrənilməsi öyrənilən dillərin hər birinin 
linqvokulturologiyasını ən aydın şəkildə əks etdirir. Türk dillərində temporal leksikanın tədqiqi 
eyni zamanda, zəngin türk mədəniyyətini, etnoqrafiyasını, tarixi leksikasını öyrənməyə imkan 
verir. Türk dillərinin genoloji qohumluğu, müasir türk dillərinin eyni kök dildən törəməsi həmin 
dillərin temporal leksikasının da bənzərliyinə səbəb olur.
Azərbaycan dilçilik elmində linqvistik problemlərin öyrənilməsində mühüm nailiyyətlər 
əldə edilmişdir. Bununla belə, Azərbaycan dilçiliyində hələ də tədqiqata cəlb edilməmiş, tam 
öyrənilməmiş problemlər qalmaqdadır. Bunlardan biri də spesifikliyi ilə diqqəti cəlb edən



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin