JOURNAL OF BAKU ENGINEERING UNIVERSITY- PHILOLOGY AND PEDAGOGY 2021. Volume 5, Number 2 Pages 115-120 115 UOT: 811.512.161 RUS DILÇILƏRININ TÜRK DILLƏRININ TEMPORAL LEKSIKASINI MÜQAYISƏLI TƏHLILI RAMAZANOVA SEVINC FƏRƏC QIZI AMEA Nəsimi adına Dilçilik İnstitu
ramazanova.sevinc.93@mail.ru XÜLASƏ Türk dillərinin lüğət tərkibi çox zəngindir. Türk dillərinin lüğət fondunda mühüm yer tutan qatlardan biri də
temporal leksikadır. Temporal termini latın mənşəli tempus “zaman” sözündən yaranmışdır. Dilçiliyə bu termin
funksional qrammatikaların yaranması ilə bağlı gətirilmişdir.
Türk dillərinin leksik qatında, ümumiyyətlə, zaman bildirən leksikanı bir neçə qata bölmək mümkündür. Belə ki,
türk dillərində zaman bildirən sözləri zaman anlamlı feillər, isimlər və zərflər formasında qruplaşdırmaq mümkündür.
Zaman və insan ta qədimdən fəlsəfi problemlər sahəsinə aid olan mövzulardan olmuşdur. Zaman məkanla
yanaşı, hər bir mədəniyyətdə dünyanın özünəməxsus xüsusi modelini quran məntiqi ilkin parametrdir. Zaman
minilliklər boyu daim filosoflar və müxtəlif elm sahələrinin nümayəndələri tərəfindən ən fərqli xüsusiyyətlərinə əsasən
araşdırılan universal kateqoriyadır.
Temporallığın təhlilinə həsr olunmuş linqvistik tədqiqatlarda daim vurğulanır ki, zaman münasibətlərinin dildə
əks olunması problemi ən çətin problemlərdən biridir. Zamanın linqvistik təcəssümünün tədqiqi üçün təbiət elmlərinin
məlumatlarının öyrənilməsi aktual və vacibdir.
Dilçi alimlər temporal leksikanı həm öz dillərinin, həm də başqa dillərin materialları əsasında və ya müqayisəli
şəkildə həm sinxron, həm diaxron planda öyrənmişdirlər.
Rus dilçiliyində temporal leksikaya dair tədqiqat işləri öz zənginliyi və müxtəlifliyi baxımından xüsusilə fərqlənir.
Açar sözlər: zaman, leksika, temporal, dilçilik, tədqiqat