Xarici dillərin tədrisində istifadə olunan motivasiya növləri 123 motivasiya növünü təhlil edən zaman Ellis qeyd edir ki, ən yaxşı motivasiya inteqrativ
motivasiya hesab olunur. O bildirir ki, inteqrativ motivasiya daha üstündür və yaxşı təşkil
olunur. İnstrumental və inteqrativ motivasiya olunmayan tələbələr tədris zamanı ikinci dilə
yiyələnərkən müxtəlif problemlərlə üzləşəcək, ümumiyyətlə, dil öyrənmə prosesi onlar üçün
çətin olacaqdır [4].
R.Qardner də xarici dilin öyrənilməsi zamanı motivasiyanın komponentləri təhlil edərək
inteqrativ motivasiyanı instrumental motivasiyadan üstün tutur. O, motivasiyaya daxil olan
komponentləri ümumiləşdirir və 4 əsas koteqoriyanı müəyyənləşdirir:
1. Öyrənilən dilin daşıyıcılarına qarşı münasibət
2. Xarici dil öyrənilməsi prosesinə qarşı münasibət
3. Motivasiyanın formalaşması indeksləri
4. Ümumi münasibətlər [2].
Birinci kateqoriya ingilis dili dərslərində öyrənilən dilin daşıyıcılarına olan münasibəti və
həmin cəmiyyətə qarşı olan rəftarı özündə ehtiva edir.
İkinci kateqoriya üzrə təsnifatda birbaşa tədris zamanı motivasiyanın formalaşmasını əhatə
etdiyi üçün buraya müəllim və tələbələrin fəaliyyətləri, öyrənmə strategiyaları, istifadə edilən
motivasiyaedici təlim vasitələrinə münasibəti əks etdirir.
Üçüncü kateqoriya dilöyrənənlərin təlimə olan maraqlarını, onların hədəflərini və
gördükləri işləri əhatə edir.
Sonuncu, dördüncü kateqoriyaya isə ingilis dilinin öyrənilməsinə olan ümumi maraqlar,
səmərəli təlim nəticəsi əldə etmək istəyi, müvəffəqiyyət qazanmaq və s. aid edilir.
Lakin, bu araşdırma metodiki və psixoloji ədəbiyyatlarda birmənalı qarşılanmır. N.A.Emel-
yanova qeyd edir ki, yuxarıda sadalanan R.Qardner modeli xarici dilin öyrənilməsindən əvvəl
baş verən prosesləri və onların aspektlərini nəzərə almır. Bu baxımdan o, həmin modeli nataman
hesab edir və belə izah edir: “Modeldə qeyd edilən kateqoriyalar dəyişməz və affektiv şəxsi
xüsusiyyətləri dilin öyrənilməsinə qarşı olan situativ münasibətlərdən fərqləndirilmir” [8, s.63].
R.Qardnerin təsnifatını təhlil edən alimlərdən biri də S.N.Çxartişvili isə onun münasibət
məsələsinə diqqət çəkməsini mühüm hesab etmir. O, qeyd edir ki, dil təlimində münasibət
məsələsindən daha çox təlabat məsələsinə diqqət çəkmək lazımdır. S.N.Çxartişvili bu təlabatları
aşağıdakı kimi ümumiləşdirir:
təlimin əhəmiyyətliliyinin dərk olunması;
intellektual fəallığın olması;
biliklərin əldə edilməsi;
müvəffəqiyyət qazanılması;
təkmilləşmənin təmin edilməsi;
sosial nüfuz qazanmağa çalışması;
sərbəstliyin olmasına cəhd etməsi [11, s. 242].
Dilöyrənənlərin bu təlabatlarını nəzərə almaqla təlim nailiyyətlərini artırmağın mümkün
olacağını qeyd edən müəllif bu strukturun R.Qardnerin struktrundan daha əhəmiyyətli olmasını
vurğulayır.