Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə70/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   66   67   68   69   70   71   72   73   ...   86
Filologiya 2021 2

Leyla Mahmudova
 
130 
ideyaları da əks etdirməkdə məharətli idilər. Qazı Bürhanəddinin tuyuq janrında yazdığı 
şeirlərindəki bədii forma yenilikləri ilə yanaşı, dövlətçilik təfəkküründən doğan ictimai motivlər 
orta əsr Azərbaycan poeziyasının ictimai məzmununu daha da dolğunlaşdırmışdır. Böyük 
mütəfəkkir Mövlana Cəlaləddin Ruminin ən yaxın məsləkdaşı, “Azərbaycan ürfani-fəlsəfi 
şeirinin günəşi” olan Şəms Təbrizi nəinki hürufi şeirin bütün rəmzlərindən yaradıcı şəkildə 
istifadə etmiş, hətta klassik lirikaya ilk dəfə olaraq bir çox əlavə rəmzləri gətirməyə nail 
olmuşdur. Bütün bunların əsasında Azərbaycan ədəbiyyatının yeni tipli orta əsrləri formalaşmış 
və inkişaf etmişdir. 
Bu dövrdə ədəbiyyatımızn əsas aparıcı qüvvəsi lirika, xüsusən məhəbbət lirikası idi. 
Lirikanın aparıcı qol olması özünü poeziyada divan ədəbiyyatı ilə sübut edirdi.Bu mərhələdə 
bədii sözü daha obrazlı deyə bilmək istiqamətində sağlam rəqabət mühiti yaranmış, məzmunu 
itməmək şərti ilə təsvir vasitələri yaratmaq uğrunda ciddi mübarizə getmişdir. Dövrün lirikası 
obrazlı, təsirli, emosional və mənalı şeirlərdən təşkil olunmuş, qəzəl, qəsidə, rübai, qitə, 
mürəbbe, müxənnəs, müstəzad, tərkibbənd, tuyuğ, müfrəd və s. Şer janrlarında yazılmış parlaq 
nümunələrlə əks olunurdu. 
XIII əsrdən başlayaraq Yaxın Şərq bədii fikrində olduğu kimi, Azərbaycan ədəbiyyatında da 
qəzəl bir janr kimi öz təsdiqini tam tapdı. Həm də maraqlıdır ki, ənənəvi orta əsr ədəbi-nəzəri 
traktatlarında qəzəlin qarşısına qoyulan tələblərdən fərqli olaraq, poetik təcrübədə janrın mövzu 
dairəsi daha geniş vüsət və əhatəlilik kəsb edir. Aşiq və məşuqə münasibətləri, məhəbbətin 
nəşəsi və kədəri, vüsal, hicran səhnələri öz hakim mövqeyini saxlasa da, təbiət mənzərələri, 
ictimai-siyası, didaktik-etik motivlər də qəzəlin predmetinə çevrilir, sırf fəlsəfi, sufi-panteist 
qəzəllər yaranır.(5,səh.35) Bir janr kimi qəzəl klassik lirikada işlədilən poetik formaların ən 
məşhur səviyyəsinə isə Məhəmməd Füzulinin qüdrəti ilə çatır. 
Orta əsrlərdə Azərbaycan ədəbi-ictimai fikrində sufizm və hürufizm cərəyanları qüvvətlən-
miş, yalnız bədii düşüncənin deyil, dini-ideoloji mühitin də aparıcı axınları funksiyasında çıxış 
etmişdir. Bu dövrdə Fəzlullah Nəimi Astrabadi (1339-1401) hürufizmin siyasi-ideoloji nəzə-
riyyəsini yaratmışdır. Böyük mütəfəkkirin “Cavidannamə” traktatı zamanında hürufilərin mü-
qəddəs kitabı hesab edilmişdir (Rəhim Əliyev). Mahmud Şəbüstərinin (1287-1320) “Gülşəni-raz” 
traktatında sufizmin nəzəri əsasları işlənib hazırlanmışdır. İmadəddin Nəsimi (1359-1417) hürufi 
ədəbiyyatı yüksək səviyyəyə qaldıraraq poeziyada yeni bir istiqamət açmışdır. Məhəmməd 
Füzulinin yaradıcılığında sufi düşüncəsi kamil insan ideyasının yüksək bədii ifadəsinə xidmət 
edir. Bununla belə, orta əsrlər Azərbaycan ədəbiyyatı hürufizm və sufizm cərəyanlarının sərhəd-
lərini aşaraq, bütövlükdə Zamanın ümummilli və bəşəri ideyalarını tərənnüm etmişdir. Ona gö-
rə də orta əsrlər Azərbaycan ədəbiyyatına yalnız sufizm, yaxud hürufizm ədəbiyyatı demək 
doğru olmazdı. Bu tarixi mərhələnin ədəbiyyatında müşahidə edilən ana dili, xalq ruhu, müba-
rizə əzmi, milli mənəviyyatın bədii ifadəsi, dünyəvilik meylləri və bəşəri ideyaların təcəssümü 
dini-ideoloji cərəyanlardan daha çox Zamandan, ənənədən və həyatdan gəlirdi. (2, Səh.8-9

Azərbaycan dilində yazılmış ilk poeziya nümunələri İzzəttin Həsənoğlunun yaradıcılığında 
vüsət tapırdı. Belə bir qiymətli ənənənin başlanğıcı məhz orta əsrlərdə qoyuldu. Klassik ədəbi dil 
isə öz ənənəsi üzrə davam etdirilirdi. Doğrudur, klassik ədəbi dil ibtidai savadlı adamların başa 
düşməsi üçün çətin bir dil idi, lakin ədəbi dil Azərbaycan xalqının orta əsrlərdə yaratdığı ədəbi, 
fəlsəfi, dini, elmi, tarixi əsərlərin dili kimi milli mədəniyyətimizin yaradılmasında və sonrakı 
nəsillərə çatdırılmasında misilsiz rol oynayırdı. (6, səh.155) Bu Azərbaycan mədəniyyətinin 
islami epoxasının, qızıl əsrinin dilidi, qiymətsiz milli sərvətdir. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin