Fəaliyyətyönümlü yanaşmaya (aksionel yanaşma) uyğun olaraq Azərbaycan universitetlərində
ingilis dili dərslərində bədii mətnlərin tədrisi
133
tutur.Bu zaman bədii mətnin tıdrisi ikinci plana keçir. Bu məqalədəədəbiyyatın
dillərin-
mədəniyyətlərin tədrisindəki yeri və bədii mətninaksionel yanaşmaya (fəaliyyətyönümlü
yanaşma) görə tədrisini necə təşkil etmək məsələləri tədqiq olunur.
“Bədii mətn” dövrü, cəmiyyəti, dili, mədəniyyəti, əks etdirir”. [4, s. 23]
Bu isə, dil dərslərində bədii mətnlərdən istifadənin aktuallığını göstərir. Bədii mətnlərin
tədrisi ənənəvi üsullara qayıtmaq deyil, aksionel yanaşma- fəaliyyətyönümlü yanaşma vasitəsilə
tədrisi yenidən canlandırmağa zəmin yaradır.
Dillər üçün Ümumi Avropa İstinad Çərçivə (CERF) (Avropa Şurası, 2001) sənədiAvropada
dil tədrisi üçün istinad sənədidir. Onun müəllifləri dilin tədrisi zamanı, fəaliyyətyönümlü
yanaşmayauyğun olaraq vəzifə bölgüsünə müvafiq tapşırıqları yerinə yetirməyi tövsiyə edirlər.
CERF “resurs” kimi qəbul edilən bədii mətnləri təkcə estetik deyil, tərbiyəvi, əxlaqi, emosional
cəhətdən dəyərləndirir və dil və mədəni məqsədlər üçün əvəzsiz mənbə olduğunu ön plana
çəkir.[3, s 47]
Beləliklə, Çərçivə sənədi bədii mətnə tapşırıq şəklində
yanaşaraq statusu yenidən
müəyyənləşdirir. Müəllimin qarşısına qoyduğu məqsədə uyğun olaraq verilmiş nəticəyə nail
olmaq üçün nəzərdə tutduğu hər hansı bir fəaliyyət məqsədi vəzifə kimi müəyyən edilir. [3, s
16].
Avropa Çərçivə Sənədi “dildən estetik və ya poetik istifadəyə” çağırır [3, s 35]. Bədii
mətnlərtələbənin
xüsusilə
də,
yuxarı
kurs
tələbələrinin
həyata
keçirə
biləcəyi
"fəaliyyətlər/tapşırıqlar" üçün dəstək kimi istifadə olunur, çünki onlar təhsil layihəsi çərçivəsində
oxumaq, anlamaq və yazma ilə əlaqələndirilir.Biz didaktik modelimizdə bunu təqdim edəcəyik .
Puren [8, s. 132] tapşırığın və ya mikro tapşırıqların mümkün icrası kimi gördüyü təhsil
layihələrinə tələbələri cəlb eməyi tövsiyə edir: "Sosial fəaliyyət
perspektivi tələbələr
arasındadaha böyük muxtariyyəti nəzərdə tutan real layihələrə üstünlük verir. Bu da layihənin
tətbiqəkömək etdiyni vurğulayır (learning by doing)Riçer [9, s. 39]. Tələbə bu zaman bilik
prosesinin aktyoruna çevrilir. O, bilik və bacarıqlara layihələrin həyata keçirilməsi yolu ilə
yiyələnir və beləliklə, onun mədəniyyətlərarası ünsiyyət bacarıqlarınınvə
öyrənmək üçün
bacarıqlarının inkişafı təmin olunur.
Tələbələrin bədii mətnlərlə bağlı maraq və ehtiyaclarını təhlil etmək məqsədi ilə III kurs
tələbələri ilə bədii mətnintədrisinin necə təşlil olunduğu və effekti ilə bağlı anket sorğusu
keçirdik. Sorğuda 24 tələbə iştrak etdi. Sorğunun nəticələrinə görə tələbələrin əksəriyyəti əmək
bazarında təklif olunan imkanlara görə maraq dairələrini ifadə etdilər. 20 nəfər ingilis dilinə, 4
nəfər isə, ingilis bədii əbiyyata marağını qeyd etdi. Göründüyü kimi, bədii mətnlərlə bağlı nəticə
aşağı səviyyədədir.
İkinci sual bədii mətnin öyrənilməsinin çətinlikləri ilə bağlı idi. 18 tələbəoxuzamanı
məzmunun leksik cəhətdən başa düşülməsinin çətin olduğunu və sualların çox mürəkkəb
olduğunu qeyd etdi. Yazıçıların, şairlərin və onların əsərlərinin adlarını
çəkmək tələb olunan
suala cavabda isə, demək olar ki, bütün tələbələr dərslikdə verilən müəlliflərlə bağlı məlumat
yazdılar.
Sualların təhlili bədii ədəbiyyata və mütaliəyə həvəsin olmadığını açıq şəkildə göstərdi. On
ikitələbə oxumağı sevmədiklərini söylədi; 7tələbə ümumiyyətlə sualları tam cavablandırmadı.
İyirmi dörd tələbədən 5 tələbə mütaliəyə
maraq göstərdiyini qeyd etdi, çünki onların