Elnarə Qəmbərova 134 valideynləri ingilis dili bilir, gündəlik fəaliyyətlərində işlə bağlı istifadə edirlər və ailənin
yanaşması fərqlidir.
Yuxarı kurslarda təhsil alan azərbaycanlı tələbələrə ingilis dilinin bədii mətnlər vasitəsilə
kommunikativyönümlü tədrisi üçün sillabüslərdə lazımi qədər oxu və təhlil üçün maraqlı bədii
mətnlərnəzərdə tutulmur. Öyrənmə tematik metodologiyaya uyğun aparılır. Sadəcə paratext
öyrənilir, müəllifdən sitat gətirilir və mətnlər aid olduqları mövzulara və ya növlərə görə təhlil
edilir. Bədii mətnin tədrisinə dövrün güzgüsü və hər şeydən əvvəl müəllifin ruhunu əks etdirən
dəyər kimi az yer verilir. Əslində bədii mətn tələbəyə düzgün çatdırılarsa, ona ömürlük toxunur,
təsir edirvə yaddaşında silinməz izlər buraxır.
Universitetdə təhsil alan tələbələr, gələcək müəllimlər öz təhsillərindəki ədəbi boşluqları
doldurmağa çalışmırlar və bunun faydasını görmürlər. Müəllimlər qeyd edirlər ki, əslində bu
tələbələr orta məktəblərdən bədii ədəbiyyata, mütaliəyə maraq və həvəs göstərməyə alışdırılmalı
idilər.
Bundan əlavə, aşağı kurslarda bu məsələlər geniş aspektdə nəzərə alınmalı və bədii
mətnlərin tədrisi də önə çəkilməlidir. İxtisas üzrə pedaqoji fakültə tələbəni tələb olunan vəzifələri
yerinə yetirməyə hazırlamaq üçün onlara linqvistik və akademik bacarıqlar aşılayır, peşəkar
karyeraları üçün: dil fəaliyyətinin didaktikası, qiymətləndirmə, kurikulumların tədrisi, fonetika
və fonologiya, vəs məsələləri əsas götürür. Mətn janrları ilə bağlı mətnlərin növləri verilərkən bu
məsələlərə toxununlur, bədii əsərlərdən bəzi fraqmentlər nəzərdə tutulur. Bu yanaşma isə,
metodoloji xarakter daşıyır və daha konkret olaraq janr didaktikasını və daha az ədəbiyyatı
hədəfləyir. Bu müşahidələrdən sonra biz bədii mətnin fəaliyyət nöqteyi-nəzərindən tədrisini
sınaqdan keçirmək istədik; bədii mətn üzrə fərqli fəaliyyət ideyasına müvafiq tədrisini
planlaşdırdıq.
Biz bu praktik hissədə bədii mətndən istifadə etmək üçün aksionel yanaşmayamüvafiq eyni
auditoriyavə eyni tələbələrlə iş apardıq.
Layihənin tətbiq olunacağı çərçivəni müəyyən etmək üçün ingilis dili müəllimləri ilə
linqvistik səviyyəni müəyyən etdik. Beləliklə, didaktik modelimizin icrasıIII kursların dil
səviyyəsinə uyğun nəzərdə tutulur.Sue Leathertərəfindən yazılmış “Like Fathers” (in “Death in
the Dojo”) [ 6 s. 72] hekayəsi tələbələrimizin dil səviyyəsinə uyğun gəlir. Bundan əlavə,
ingilisdilli yazar tərəfindən yazılmışdır və tələbələrə yaxından təsir edə biləcək bir mövzudan,
boksdan bəhs edir.
İngilis dili Müəllimləri Assosiasiyası (AZETA) və British Council ilə əməkdaşlıq edərək, biz
bir layihə və mədəni-küləvi tədbir hazırladıq,"İdman sağlamlıqla yanaşı, özünü təqdimatdır"
layihəsini rellaşdırdıq. 11 aprel 2021-ci il saat 11:00-da və aşağıda qeyd etdiyimiz müxtəlif həyata
keçirmə mərhələləri ilə yerinə yetirdik.
Project:
Azerbaijan University
Faculty of Education 1, Teaching Metodology of Foreing Languages department (English,
French)
Public:students in the 3td year of the bac
Level: A2 / B1
Number of hours: 20