Fəaliyyətyönümlü yanaşmaya (aksionel yanaşma) uyğun olaraq Azərbaycan universitetlərində ingilis dili dərslərində bədii mətnlərin tədrisi 135 Project objective: To study a literary work and to reinvest it in the linguistic activities of
reception and production in different contexts: cultural, poetic and artistic.
Macro task: Organize a cultural event based on the literary work of Sue Leatherentitled
“Like Fathers”. In order to accomplish this complex task, we have broken it down into three
micro tasks:
Micro task 1
Discover the context and the literary work “Like Fathers” (in “Death in the Dojo”).
Micro task 2 Author-related research.
Micro task 3 Participate in a creativity workshop.
Aksionel yanaşmaya müvafiq olaraq hazırladığımız model bədii mətnin tədrisinin təd-
qiqatımızın məqsədinə uyğun müxtəlif mikro tapşırıqlarla və yekun tapşırıqla reallaşması ilə
mümkün oldu.
“Like Fathers” adlı ədəbi əsərin seçimi düzgün idi. Təxminən eyni taleyi yaşamış ata və
oğulun həyatından bəhs edən hekayə, əvvəl boksçu sonra isə jurnalist taleyi yaşamış insnlara
həsr olunub.
Birincisi, "beyin fırtınası" adlanan texnika makro tapşırığı ortaya çıxardı. Mikro tapşırıqların
seçilməsi üçün çoxlu fikirlər var idi. Layihənin sosial tərəfləri tələbələri səfərbər etdi, çünki son
nəticəni geniş ictimaiyyətə təqdim etmək böyükməsuliyyətidir. Beləliklə, tələbələr layihənin
uğur qazanması üçün bütün mümkün səyləri etməyə hazır idilər.
Mikro tapşırıq səviyyəsində dil fəaliyyətinin həyata keçirilməsi.
Layihənin məqsədi tələbələri səfərbər etmək, onların sosial fəallığını təmin etmək, bu
fraqmentə- bədii parçaya müvafiq anlama və tətbiqlə bağlı müxtəlif dil bacarıqlarını inkişaf
etdirməkdir. Bu ədəbi əsər dörd dil fəaliyyəti üzərində işləmək üçün çox yaxşı bir imkan idi.
Tələbələrlə birlikdə hər bir fəaliyyətin, tapşırığın məqsədlərini və qəbul ediləcək metodoloji
proseduru müəyyən etdik.
Mikro tapşırıq 1 : Konteksti və "Like Fathers" ədəbi əsərinin məzmununu anlamağa çalışın.
Oral comprehension. Dinləyib-anlama: Şifahi anlama digər dil fəaliyyətlərinə körpü rolunu oynayan əsəri və
yazıçını tanımaq və tarixi kontekstlə tanış olmağa imkan verən bir addımdır.
Understand a documentary on the sportsmanCon Blakeston /Con Blakeston haqqında sənədli
filmi izləyibanlamağa çalışın.
Auditoriyada kollektiv şəkildə iki dəfə mətni dinlədikdən sonra və sənədin başa
düşülməsini dəqiqləşdirmək üçün biz çox seçimli testə, mövzu ilə bağlı leksikonu tapmaq üçün
yerləşdirmə tapşırığına və sənədli filmin qruplrda müzakirəsinə nail olduq.
Know the author and his works. Müəllifi və əsərlərini tanıyın.
Tələbələri sərbəst fəaliyyətə yönəltmək üçün biz onları üç qrupa ayırdıq və onlara İnternet
səhifələrindəmüəlliflə bağlı məlumat toplamaq tapşırığı verdik. Onlar aktiv və təkrar
dinləmədən sonra yazılı əsəri genişləndirmli idilər. (tematik vərəqləri yazın və təqdim edin).