AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
FƏLSƏFƏ KAFEDRASI
Doktoranturaya qəbul üzrə
FƏLSƏFƏ fənnindən
P R O Q R A M
Bakı Dövlət Universitetinin Sosial elmlər
və psixologiya fakültəsinin Elmi şurasının
7 iyul 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
(Protokol № 8)
BAKI - 2021
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
FƏLSƏFƏ KAFEDRASI
Doktoranturaya qəbul üzrə
FƏLSƏFƏ fənnindən
P R O Q R A M
Bakı Dövlət Universitetinin Sosial elmlər
və psixologiya fakültəsinin Elmi şurasının
7 iyul 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
(Protokol № 8)
BAKI - 2021
Tərtibçilər: fəlsəfə elmləri doktoru
professor Əziz Bəşir oğlu Məmmədov
fəlsəfə elmləri doktoru
professor Zeynəddin Camal oğlu Hacıyev
fəlsəfə
üzrə fəlsəfə doktoru
dosent Kəmalə Həsən qızı Pənahova
Redaktor: fəlsəfə üzrə fəlsəfə doktoru
dosent Kəmalə Həsən qızı Pənahova
Rəyçilər: fəlsəfə elmləri doktoru
professor
Qoşqar Cəlal oğlu Əliyev
fəlsəfə elmləri doktoru
professor Fikrət Məmməd oğlu Əfəndiyev
İzahat vərəqi
Azərbaycanda müasir dövrdə yetişəcək ziyalılarımızda yüksək intellektual təfəkkür mədəniyyətinin formalaşmasında, yaradıcı fikir tərzinin yaradılmasında, analitik-təhlil bacarığının inkişaf etdirilməsində fəlsəfi problemlərin mənimsənilməsi əhəmiyyətli rol oynayır. Doktoranturaya fəlsəfədən qəbul imtahanın götürülməsində əsas məqsəd doktoranturaya iddialı olanların dünyagörüşü səviyyəsini, nəzəri-metodoloji hazırlığını, yiyələndikləri ixtisasın problemlərinə fəlsəfi yanaşma tərzini aşkar etməkdən ibarətdir.
Fəlsəfə “insan-dünya” münasibətləri sisteminin ən ümumi tərəfləri, varlığın və idrakın ən ümumi prinsipləri və qanunauyğunluqları haqqında elmdir. Fəlsəfə fənni üzrə hazırlanmış bu proqram bakalavr və magistratura səviyyəsində keçilən Fəlsəfə kurslarının problemlərini özündə ətraflı şəkildə əhatə edir.
Təqdim edilən proqramın əsas məqsədi bütün elmi istiqamətlər və ixtisaslar üzrə doktoranturaya iddialı olanları fəlsəfədən qəbul imtahanı verməyə hazırlamaqdan ibarətdir.
Məlumdur ki, fəlsəfə digər elmlər üçün metodoloji funksiya yerinə yetirir. Buna görə də gələcək elmi-tədqiqat fəaliyyəti zamanı dissertasiya mövzusu üzərində işləyərkən doktorantların fundamental fəlsəfi müddəalara və prinsiplərə müraciət qaçılmazdır. Elmi idrak metodları gənc doktorantların elmi fəaliyyətlərinə məqsədəuyğun bir istiqamət verməklə, onlara öz tədqiqat sahələrində dəyərli nəticələr əldə etməyə kömək göstərir. Buna görə də gənc alimlərin tədqiq edəcəkləri problemlərin həlli zamanı həmin metodlara müraciət etmələri, fəlsəfi mahiyyətini aça bilmələri üçün fəlsəfi biliklərə malik olmaları vacib şərtdir. Fəlsəfə həm də dünyagörüşü olaraq, yalnız ətraf aləmi dərk etmək deyil, həm də insanın özünün bu dünyada yerini müəyyənləşdirmə tələbatını, özünüdərki-mənlik şüurunu stimullaşdırır. Fəlsəfə insanın
həm elmi-nəzəri, həm də praktik fəaliyyəti üçün zəruri əsas rolunu oynayır.
Proqramda fəlsəfə kursunun əsas tərkib hissələri olan fəlsəfə tarixi, ontologiya,
qnoseologiya, epistemologiya,
antropologiya, sosial fəlsəfə problemləri əhatə olunub.
Fəlsəfədən imtahana hazırlaşanlar
bilməlidirlər:
--Fəlsəfənin predmetini və funksiyalarını;
-Dünya fəlsəfi fikrinin əsas mərhələlərini, məktəblərini, istiqamətlərini;
-Fəlsəfi biliyin əsas sahələri olan ontologiya, qnoseologiya, dialektika, elm fəlsəfəsi, fəlsəfi antropologiya, soaial fəlsəfənin problemlərini;