FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul üzrə FƏLSƏFƏ fənnindən proqram bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi şurasının



Yüklə 52,05 Kb.
səhifə3/11
tarix30.08.2023
ölçüsü52,05 Kb.
#140962
1   2   3   4   5   6   7   8   9   10   11
proqram - Felsefe - doktoranturaya qəbul - azerb

Üçüncü mövzu: Antik fəlsəfə
Antik fəlsəfənin yaranmasının tarixi şəraiti. Onun kosmosentrik xarakteri. Antik fəlsəfənin əsas mərhələləri. Milet məktəbi. Kortəbii dialektika. Eleya məktəbinin nümayəndələri. Pifaqor təlimi. Demokritin atomizmi.
Qədim yunan fəlsəfəsinin klassik mərhələsi. Sokrat insan haqqında.
Platonun fəlsəfi ideyaları. Platonda materiya anlayışı. Bilik xatırlama kimi. Platonun dövlət təlimi.
Aristotel fəlsəfəsində materiya, forma, imkan və gerçəklik kateqoriyaları. Hərəkət və onun növləri. Aristotel tərəfindən məkan və zaman kateqoriyalarının şərhi. İdraka dair fikirləri. Aristotelin siyasi görüşləri.
Ellin-Roma fəlsəfəsi. Stoisizm, skeptisizm, eklektisizm və neoplatonizm. Epikurun atomist təlimi. Epikurun idrak nəzəriyyəsi. Atomist təlimin L.Kar tərəfindən davam etdirilməsi.
Neoplatonizm fəlsəfəsi. Plotinin fəlsəfəsində emanasiya nəzəriyyəsi [1], [2], [3], [4], [5].
Dördüncü mövzu: Orta əsrlər Qərb fəlsəfəsi
Orta əsrlər Qərb fəlsəfəsinin teosentrik mahiyyəti və monoteizmə əsaslanması. Ruh və bədən, etiqad və zəka, mahiyyət və mövcudluq anlayışları. Xristian fəlsəfəsinin əsas inkişaf mərhələləri: patristika və sxolastika. A.Avqustinin dini fəlsəfi ideyaları. Boetsi mövcudluq və mahiyyət haqqında. Nominalizm və realizmin mübahisəsi. Akvinalı Fomanın təlimində dünyanın yaradılması ideyası. Substansional və aksidental formaların əlaqələndirilməsi. U.Okkamın idrak nəzəriyyəsi [1], [2], [3], [4], [5].
Beşinci mövzu: Orta əsrlərdə İslam Şərqində fəlsəfi fikir
Orta əsrlər İslam Şərqi fəlsəfəsinin əsas cəhətləri. Şərq peripatetizmi. Onun əsas nümayəndələri. Şərq peripatetiklərinin varlıq nəzəriyyəsi. Emanasiya prosesi. Zəruri varlıq və mümkün varlıq. Şərq peripatetiklərinin qnoseologiyası. Şərq peripatetik fəlsəfəsində cəmiyyətə dair baxışlar. Şərq peripatetiklərinin etik görüşləri. İradə azadlığı problemi. Əxlaqi keyfiyyətlərin tərbiyənin məhsulu olması.
İslam dini zəminində təşəkkül tapmış sufi fəlsəfəsi. Sufilik düşüncə sistemi, həyat tərzi, tərbiyə üsulu kimi. Kamil insan ideyası. Mistik yolun mərhələləri. Mistik yolun hal və məqamları. Mərifət, fəna və bəqa anlayışları. Sufizmin əsas nümayəndələri.
S.Sührəvərdinin İşraqilik fəlsəfəsi. Emanasiya prosesində yaranan ilkin varlıq olan mücərrəd işıq. İşraqilik fəlsəfəsində idrak problemləri.
Hürufilik təlimi. Nəimi və Nəsimi. Hürufilikdə hərf və say simvolikası. Panteizm təlimi [1], [2], [3], [4], [5], [7], [8], [15.

Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin