On doqquzuncu mövzu: Cəmiyyətin əsas sferaları. Maddi istehsal sferası. Cəmiyyəti sferalara ayırmağın əsas meyarları. Fəaliyyət növünün spesifikliyi və münasibətlər formasının özünəməxsusluğu. İqtisadi sferanın sosial-fəlsəfi aspekti. İqtisadi fəlsəfə.
İqtisadi sferanın əsasları. Əmək fəaliyyəti, onun səciyyəvi cəhətləri. İstehsal üsulu anlayışı. Mülkiyyət anlayışı. Mülkiyyət formalarının müxtəlifliyi. Xüsusi mülkiyyətin cəmiyyətdə rolu. Bazar iqtisadi mexanizminin mahiyyəti və əsas cəhətləri. Sahibkarlıq iqtisadi inkişafın hərəkətverici qüvvəsidir. Bazar iqtisadiyyatının tənzimlənməsi problemi.
Texnika anlayışı və onun iqtisadi sferada rolu. Texnikanın sosial-fəlsəfi təhlilinin əsasları [1], [2], [3], [4], [5], [24], [25], [26].
İyirminci mövzu: Cəmiyyətin sosial sferası. Sosial sferanın səciyyəvi cəhətləri. Sosial sfera və sosial fəaliyyətin bağlılığı. Sosial struktur anlayışı. Cəmiyyətin sosial birliklərə, qruplara və təbəqələrə bölünməsi. Sosial-sinfi və sosial-ərazi strukturu. Fiziki və əqli əmək işçiləri. Müasir cəmiyyətin sosial strukturunun dəyişilməsinin əsas meylləri. Sosial stratifikasiya təlimi və sosial sferanın öyrənilməsində onun rolu.
Cəmiyyətin sosial-etnik strukturu. İnsanların tarixi birlik formaları. Qəbilə, tayfa, xalq və millət. Onların özünəməxsus cəhətləri.
Cəmiyyətin demoqrafik strukturu. Əhali artımı problemi, onu tənzimləməyin zəruriliyi. Cəmiyyətin cinsə və yaşa görə bölgüsünün normal vəziyyəti.
Cəmiyyətin sosial strukturunda ailə. Ailə cəmiyyətin ilkin özəyi kimi. Ailənin funksiyaları. Gender bərabərliyi problemi. Qadınlara qarşı zorakılığın yolverilməzliyi [1], [2], [3], [4], [33], [32].
İyirmi birinci mövzu: Cəmiyyətin siyasi sferası. Siyasi sfera fəlsəfənin obyekti kimi. Siyasi sferada dövlətin mərkəzi yeri. Dövlətin əsas əlamətləri və funksiyaları. Siyasi hakimiyyət. Hakimiyyət bölgüsü. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti. Dövlət hakimiyyətinin təşkili formaları. Monarxiyanın mahiyyəti və növləri. Respublika hakimiyyət forması. Dövlət quruluşu formaları. Siyasi rejim anlayışı, onun müxtəlif növləri. Demokratiya və diktatura. Demokratiyanın mahiyyəti, əsas cəhətləri və formaları.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət anlayışları. Onların ümumi və spesifik cəhətləri. Vətəndaş cəmiyyətinin strukturu. Burada siyasi partiyaların yeri. Hüquqi dövlətin əsas əlamətləri. Qanunun aliliyi. Şəxsiyyətin azadlığı və məsuliyyəti [1], [2], [3], [4], [5], [25], [26].