FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul üzrə FƏLSƏFƏ fənnindən proqram bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi şurasının


On üçüncü mövzu: Varlığın universial əlaqələri haqqında təlim



Yüklə 52,05 Kb.
səhifə6/11
tarix30.08.2023
ölçüsü52,05 Kb.
#140962
1   2   3   4   5   6   7   8   9   10   11
proqram - Felsefe - doktoranturaya qəbul - azerb

On üçüncü mövzu: Varlığın universial əlaqələri haqqında təlim
Dialektika varlığın universal əlaqələri, hərəkəti və inkişafı haqqında təlimdir. Dialektika və onun alternativləri. Obyektiv və subyektiv dialektika. Dialektikanın prinsipləri. Universal əlaqə anlayışı. Əlaqələrin təsnifatı.
Inkişaf anlayışı. Inkişafın müxtəlif modelləri. Proqressiv (tərəqqi), neytral və reqressiv (tənəzzül) inkişaf.
Qanun anlayışı. Qanunların təsnifatı. Xüsusi, ümumi və ən ümumi qanunlar. Təbiət və cəmiyyət qanunları. Dinamik və statistik qanunlar. Dialektikanın əsas qanunları. Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Eyniyyət, fərq, əkslik, ziddiyyət anlayışları. Ziddiyyətlərin növləri.
Kəmiyyətin keyfiyyətə keçməsi qanunu. Keyfiyyət, əlamət və xassə anlayışları. Kəmiyyət anlayışı. Ölçü keyfiyyətlə kəmiyyətin vəhdəti kimi. Sıcrayış, təkamül və inqilab.
Dialektik sintez (inkarı inkar) qanunu. Inkar anlayışı. Inkarın tipləri və növləri. Destruktiv və konstruktiv inkar. İnkişafda varislik əlaqəsi. Hegelin “Triada” prinsipi. İnkişafın spiralvari forması.
Dialektikanın kateqoriyaları. Fəlsəfi kateqoriyalar və ümumelmi anlayışlar.
Dialektik kateqoriyaların təsnifatı. Varlığın quruluşunu ifadə edən kateqoriyalar. Sistem və sistemlilik, tam və hissə, özünütəşkiletmə, ayrıca, təkcə, xüsusi və ümumi, mahiyyət və hadisə (təzahür), məzmun və forma. Varlığın səbəbiyyət (determinasiya) əlaqələrini bildirən kateqoriyalar: səbəb və nəticə, zərurət və təsadüf, imkan və gerçəklik [1], [3], [4], [5], [9], [17], [18].
On dördüncü mövzu: İdrak nəzəriyyəsi (qnoseologiya)
İdrak fəlsəfi təhlilin predmeti kimi. Dünyanın dərk olunması ətrafında fəlsəfi mübahisələr. Idrakın obyekti və subyekti. Bilik idrakın başlıca məqsədidir. Biliyin strukturu. Hissi idrak və onun formaları: duyğu, qavrayış və təsəvvür. Məntiqi (rasional) idrak və onun əsas formaları: anlayış, mühakimə və əqli nəticə. Yaradıcılıq və intiusiya. Izahat və anlama.
Praktika anlayışı. Praktika idrakın mənbəyi və onun nəticələrinin meyarı kimi.
Həqiqət haqqında konsepsiyalar. Həqiqət proses kimi. Mütləq və nisbi həqiqətin dialektikası. Həqiqətin obyektivliyi və konkretliyi. Həqiqət və yanılma. Həqiqət və yalan.
Müasir dünyada elm. Elmi idrakın mahiyyəti və əsas funksiyaları. Elmi idrakın spesifik cəhətləri. Elmi biliyin strukturu. Empirik və nəzəri bilik. Elmi biliyin vasitələri və əsas formaları. Fakt, problem, ideya, prinsip, hipotez, nəzəriyyə. Elmi idrakın metodologiyası. Metod və metodologiya. Elmi idrak metodlarının xarakteristikası. Metodların təsnifatı. Elmi idrakın empirik metodları. Elmi idrakın nəzəri metodları. Elmi idrakın empirik-nəzəri metodları [1], [3], [4], [5], [9], [10], [19], [20].

Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin