FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul üzrə FƏLSƏFƏ fənnindən proqram bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi şurasının


Altıncı mövzu: İntibah dövrü fəlsəfəsi



Yüklə 52,05 Kb.
səhifə4/11
tarix30.08.2023
ölçüsü52,05 Kb.
#140962
1   2   3   4   5   6   7   8   9   10   11
proqram - Felsefe - doktoranturaya qəbul - azerb

Altıncı mövzu: İntibah dövrü fəlsəfəsi
İntibah dövrü fəlsəfəsinin antroposentrik xarakteri. Sekulyarizasiya prosesi, onun ictimai və mənəvi həyatdakı dəyişikliklərə təsiri. Fəlsəfi təfəkkürün incəsənətə yönəlməsi və hərtərəfliliyi. Humanizm ideyalarının təbliği.
Kopernikin heliosentrizmi. C.Brunonun panteist təlimi. İdrak nəzəriyyəsi [1], [2], [3], [4], [5].
Yeddinci mövzu: Yeni dövr fəlsəfəsi
Yeni dövr fəlsəfəsinin elmə arxalanması. XVII əsr Avropa fəlsəfəsində empirizm və rasionalizm.
Empirizmin nümayəndələri. F.Bekonun təcrübi biliyə əsaslanan induktiv metodu kəşf etməsi.
T.Hobbsun mexaniki, determinizm prinsipi. Dövlətin mənşəyi haqqında təlim. C.Lokkun sensualizmi. Birinci və ikinci keyfiyyətlər haqqında təlim.
R.Dekartın razionalizmi və dualizmi. Anadangəlmə ideyalar nəzəriyyəsi.
Q.Leybnisin çoxlu substansiyalar konsepsiyası. Monada təlimi. “Zəka həqiqəti” və “fakt həqiqəti”.
B.Spinozanın panteizmi və hilozoizmi [1], [2], [3], [4], [5], [14].
Səkkizinci mövzu: Klassik alman fəlsəfəsi
Klassik alman fəlsəfəsinin yarandığı tarixi şərait və təbii–elmi əsasları.
İ.Kantın fəlsəfəsi. İdrak nəzəriyyəsi. Dərk edən subyektin spesifikliyi. Empirik (aposterior) və aprior bilik. İdrakda dərrakə və zəka pilləsi. Kantın antinomiyaları. İ.Kantın əxlaq, hüquq və dövlət haqqında fikirləri.
İ.Fixtenin subyektiv idealizmi. “Mən” və “Qeyri-Mən” ideyası. F.Şellinqin natur fəlsəfəsi.
G.Hegel tərəfindən dialektik təfəkkürün əsaslarının işlənməsi. İnkişafın mənbəyinin ziddiyyət olması. Triada prinsipi - tezis, antitezis, sintez. Hegel tərəfindən dialektikanın qanun və kateqoriyalarının sistemləşdirilməsi. Vətəndaş cəmiyyəti və dövlət barədə fikirlər.
L.Feyerbaxın antropoloji materializmi [1], [2], [3], [4], [5].


Doqquzuncu mövzu: Marksizm fəlsəfəsi
Marksizm fəlsəfəsinin meydana gəlməsinin ictimai-iqtisadi, təbii-elmi ilkin şərtləri və nəzəri mənbələri. Tarixin materialist əsaslandırılması. Tarixin hərəkətverici qüvvəsinin sinfi mübarizə olması. K.Marksın izafi dəyər nəzəriyyəsi. Marksizmin ictimai-iqtisadi formasiya təlimi. Cəmiyyətin inkişafı prosesində mülkiyyət formalarının dəyişilməsi. Marksizmdə sinfi mübarizə və dövlət təlimi.
Materialist dialektikanın işlənməsi. Engels tərəfindən hərəkət formalarının təsnifatı. Marksizm ideyalarının Rusiyanın ictimai-siyasi həyatına tətbiqi. Müasir dövrdə marksizmin yenidən mənalandırılmasının zəruriliyi [1], [2], [3], [4], [5].

Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin