Bacarmalıdırlar: -Gerçəkliyin müxtəlif sahələrinə və bilavasitə öz ixtisaslarına dair problemlərin fəlsəfi təhlilini verməyi;
- Fəlsəfi dünyagörüşünə əsaslanmaqla müstəqil düşüncə tərzini və əqidəsini formalaşdırmağı;
- Fəlsəfi prinsipləri və qanunları, elmi idrakın forma və metodlarını yiyələndiyi ixtisasa tədbiq etməyi.
Fənnin mənimsənilməsi zamanı tələbələr səriştələrə yiyələnməlidir: -Fəlsəfənin kateqorial aparatından istifadə etmək, elmi diskusiyalar aparmaq qabiliyyətinə;
-Fəlsəfi məsələlərin və ixtisaslarına dair müxtəlif problemlərinin təhlilinə sistemli yanaşma vərdişlərinə.
Birinci mövzu: Fəlsəfənin predmeti və funksiyaları. Fəlsəfə “dünya-insan” münasibətləri sisteminin ən ümumi tərəfləri, varlığın və idrakın ən ümumi prinsipləri və qanunauyğunluqları haqqında elmdir. Fəlsəfənin dünyagörüşü və metodoloji funksiyaları.
Fəlsəfənin təbiətşünaslıq və humanitar elmlərlə əlaqəsi. Fəlsəfi biliyin tərkib hissələri.
Fəlsəfə dünyagörüşünün nəzəri əsası kimi. Dünyagörüşü anlayışı. Dünyagörüşündə dərketmə, qiymətləndirmə və fəaliyyətin qarşılıqlı əlaqəsi. Dünyagörüşünün məzmununda emosional və intellektual səviyyələr. Dünyagörüşündə bilik, əqidə, inam və şübhənin vəhdəti.
Dünyagörüşünün tarixi formaları: mifologiya və din. Fəlsəfi dünyagörüşünün səciyyəvi cəhətləri [1], [2], [3], [4], [5].
İkinci mövzu: Qədim Şərqdə, Hindistanda və Çində fəlsəfi fikirlərin meydana gəlməsi Ilkin fəlsəfi fikirlərin qədim Şərqdə meydana gəlməsi. Qədim Misirdə və Babilistanda fəlsəfə. Yaxın Şərqdə və qədim Azərbaycanda fəlsəfi təsəvvürlər. Zərdüştilik və onun dünyagörüşü əsasları. “Avesta” qədim Şərqin fəlsəfi abidəsi kimi.
Qədim Hindistanda fəlsəfi fikir. Qədim Hind fəlsəfəsinin dövrləri.
Qədim Hind fəlsəfəsində ortodoksal və qeyri-ortodoksal cərəyanlar. Buddizm təlimi. Çarvaklar fəlsəfəsi. Caynizm təlimi.
Qədim Çin fəlsəfəsinin əsas məktəbləri. Konfusiçilikdə insan, etika və sosial həyat məsələləri.
Daosizm təliminin mahiyyəti. Moizm məktəbinin əsas ideyaları [1], [3], [4], [5], [6].