3
Ön söz
Az
ərbaycanda müasir dövrdə yetişəcək ziyalılarımızda yüksək intellektual
t
əfəkkür mədəniyyətinin formalaşmasında, yaradıcı fikir tərzinin yaradılmasında,
analitik-t
əhlil bacarığının inkişaf etdirilməsində fəlsəfi problemlərin mənimsənilməsi
əhəmiyyətli rol oynayır. Proqramın hazırlanmasında əsas məqsəd doktoranturaya iddialı
olanların dünyagörüşü səviyyəsini, nəzəri-metodoloji hazırlığını, yiyələndikləri ixtisasın
probleml
ərinə fəlsəfi yanaşma tərzini aşkar etməkdən ibarətdir. Fəlsəfə fənni üzrə
hazırlanmış bu proqram bakalavr və magistratura səviyyəsində keçilən Fəlsəfə
kurslarının problemlərini özündə ətraflı şəkildə əhatə edir. Fəlsəfə “insan-dünya”
münasibətləri sisteminin ən ümumi tərəfləri, varlığın və idrakın ən ümumi prinsipləri və
qanunauyğunluqları haqqında elmdir. Fəlsəfə digər elmlər üçün həm də metodoloji rol
oynayır. Elmi idrak metodları gənc doktorantların elmi fəaliyyətlərinə məqsədəuyğun bir
istiqam
ət verməklə, onlara öz tədqiqat sahələrində dəyərli nəticələr əldə etməyə kömək
göstərir. Buna görə də gənc alimlərin tədqiq edəcəkləri problemlərin həlli zamanı həmin
metodlara müraciət etmələri, fəlsəfi mahiyyətini aça bilmələri üçün fəlsəfi biliklərə malik
olmaları vacib şərtdir.
Proqramda f
əlsəfə kursunun əsas tərkib hissələri olan fəlsəfə tarixi, ontologiya,
qnoseologiya, epistemologiya, antropologiya, sosial f
əlsəfə problemləri əhatə olunub.