AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


XIII MÖVZU VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM



Yüklə 1.38 Mb.
Pdf просмотр
səhifə4/9
tarix22.07.2017
ölçüsü1.38 Mb.
1   2   3   4   5   6   7   8   9

XIII MÖVZU
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM 
OLAN UŞAQLARIN TƏRBİYƏ FORMALARI
1. Qəyyumluğun və himayəçiliyin tarixi kökü patriar  xal ailə-
nin mövcud olduğu dövrə təsadüf edir ki, onun da əsas məq sədi 
valideyn himayəsindən məhrum olan və yetkinlik yaşına çat ma-
yan uşaqların tərbiyəsinin təşkilindən ibarətdir. Tədris pro se sində 
uşaqların  valideyn  himayəsindən  məhrum  olması  hallarını, 
habelə  onların  şəxsi  əmlak  hüquqlarının  qorunmasının  dövlət 
təmina tının  xüsusiyyətlərinin  mənimsə nil məsinə  diqqət  artırıl-
malıdır.
2.  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  136-141-ci 
mad də lərində qəyyumluq və himayəçilik subyektlərinin yaş həd di, 
qəyyumluq və himayə orqanları, onların funksiyaları, bu orqan-
ların fəaliyyətini nizamlayan əsasnamələri təsdiq edən icra orqa-
nı göstərilmişdir. Buradan məlum olur ki, qəyyumluq 14 yaşına, 
himayəçilik isə 18 yaşına qədər uşaqlar üçün nəzərdə tutulur.
3. Müəssisə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər qəy yum-
luğa və himayəçiliyə ehtiyac duyan uşaqlar barədə qəyyumluq və 
himayə  orqanlarına  məlumat  verməklə,  uşaqların  tərbiyəsindən 
imtina  edən  valideynlərin,  eləcə  də  üzrlü  səbəbdən  uşaqların 
tərbiyəsi  ilə  məşğul  ola  bilmədiyi  hallarda  onlara  ailədə  qayğı 
göstərilməsinin  təmin  edilməsi  üçün  qəyyum  və  himayəçinin 
təyin olunmasına real imkan yaradır.
4.  Tədris  prosesində  xüsusi  diqqət  ona  yönəldilməlidir  ki, 
qəyyum və ya himayəçinin seçilməsi ciddi məsələdir. Odur ki, 
yetkinlik yaşına çatmayanların, onların valideyn lərinin, gələcək 
himayəçinin və ya qəyyumun ərinin (arvadının) razılığı alınmaq-
la aşağıdakı şəxslər istisna olmaqla qəyyumluğa və himayəçiliyə 

45
təyin  olunmasın  razılıq  verilir  (Azərbaycan  Respublikası  Ailə 
Məcəlləsinin 137-ci maddəsi):
– valideynlik hüququndan məhrum olunan şəxslər; 
– on səkkiz yaşına çatmayan şəxslər;
– məhkəmə tərəfindən tam və qismən fəaliyyət qabiliyyətsiz 
hesab edilmiş şəxslər;
–  keçmiş  övladlığa  götürənlər,  əgər  onların  təqsiri  üzündən 
övladlığa götürmə ləğv olunmuşsa, səhhətinə görə uşağı tərbiyə 
etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.
5. Tələbələrə tədrisin gedişində o da vurğulanmalıdır ki, qəy-
yum ların  və  himayəçilərin  fəaliyyətinə  nəzarət  həyata  keçirilir, 
qəyyumluğa və himayəyə götürülənlərin əmlakı da himayə olunur.
Əmlakın  qorunması  yerləşdiyi  yerin  qəyyumluq  və  himayə 
orqanına həvalə edilir. Lazım gəldikdə bu orqan əmlak üzərində 
qəyyum təyin edə bilər.
Qəyyumluq və himayə orqanının sərəncamında gəlir gətirən 
əmlak olduqda, qəyyumluq və ya himayəçilik həmin əmlakı idarə 
etməklə  bağlıdırsa,  bu  orqan  qəyyuma  və  himayəçiyə  müvafiq 
haqq təyin edə bilər. Belə halda qəyyuma və ya himayəçiyə haqq 
əmlakdan alınan gəlir hesabına verilir.
6.  Tədris  prosesində  tələbələr  tərəfindən  qəyyumluğa  və 
hima yəçiliyə  xitam  verilməsinin  hüquqi  həlli  və  nəticələri  də 
əhatəli mənimsənilməlidir. Bu, aşağıdakı hallarda baş verir:
– himayədə olan uşaq övladlığa götürüləndə;
– himayədə olan uşaq uşaq müəssisəsinə tam dövlət təmina-
tına veriləndə;
– uşaq öz valideynlərinin yanına qaytarılanda;
– qəyyum və himayəçi öz vəzifəsinin öhdəsindən gələ bilmə-
yəndə;
– qəyyum və himayəçi ilə qəyyumluğa və himayəyə götürülən 
ümumi ünsiyyət tapa bilməyəndə;
–  qəyyum  və  himayəçi  vəzifəsini  lazımi  səviyyədə  yerinə 
yetirə bilməyəndə;

46
– qəyyumluğun və himayəçiliyin himayədə olanın əmlakına 
sahib olmaq məqsədilə həyata keçirildıyi aşkarlananda. 
Tərbiyə edilmək üçün uşağın himayədar (patronat – keçmişdə 
olan adı) ailəyə alınmasının xüsusiyyətlərinə də tədris prosesində 
xüsusi yer verilməlidir. Patronat 1936-cı ildən sovet ailə hüqu-
qunda mövcud olmuşdur. Lakin sonralar qəyyumluqla qarışmış-
dır. Lakin 1970-ci ildən sonra (yəni Azərbaycan SSR-i Nikah və 
Ailə Məcəlləsi) yenidən patronatın tətbiqinə başlanmışdır.
Belə ailə tipi müqavilə ilə yaradılır, ailəyə qəbul edənlər tər-
biyəçi valideyn adlandırılır. Onların əməyi ödənilir, habelə uşaq-
ların sağlam böyüməsi və tərbiyə alması üçün tərbiyəçi valideyn-
lərə  büdcədən  zəruri  vəsait  ayrılırdı.  Patronat  tipli  ailələrə 
güzəştlər və imtiyazlar verilirdi. 
Hal-hazırda patronat sözü AM-dən çıxarılmış və himayədar 
ailə  sözü  ilə  əvəz  edilmişdir,  patronat  ailənin  funksiyalarını 
himayədar ailə yerinə yetirir.
Aşağıdakı şəxslərin ailələrinə uşaq tərbiyəyə verilə bilməz:
– yetkinlik yaşına çatmayanlar;
– məhkəmələr tərəfındən tam və ya qismən fəaliyyəti qabiliy-
yətsiz sayılanlar;
–  məhkəmələr  tərəfindən  valideynlik  hüququndan  məhrum 
edilənlər və valideynlik hüququ məhdudlaş dırı lanlar;
–  qəyyumluqdan  və  ya  himayəçilikdən  öz  vəzifəsini  yerinə 
yetirmədiyinə,  habelə  lazımi  səviyyədə  yerinə  yetirmədiyinə 
görə kənarlaşdırılanlar;
– məhkəmə tərəfindən övladlığa uşaq götürmək hüququndan 
məhrum edilənlər:
– xroniki xəstələr.
Əlavə edək ki, himayədar ailələrlə bağlanan müqavilənin po-
zulmasının motivlərinə də diqqət verilməsi tövsiyə olunur.
Ümumiyyətlə,  hal-hazırda  bu  institutun  geniş  tətbiqinə  yol 
verilməlidir. RSFSR-in yeni qəbul edilmiş AM-də himayədar tipli 
ailələrə xüsusi diqqət verilir və bu cür uşaqlara baxan ailələrə 
dövlət  tərəfindən  çoxlu  imtiyazlar  müəyyən  edilir.  Hal-hazırda 

47
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə bu institutla bağlı 
ciddi dəyişikliklər olunmuşdur.
Onu da tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, Azərbay-
can  Respublikasında  erməni  təcavüzü  nəticəsində  internat  tipli 
mək təblərdə  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların 
himayədar ailələrə qəbul edilməsi çox vacibdir. Hətta yeni qəbul 
edilmiş  qanunda  bu  uşaqlar  tərbiyəçi  valideynlə  bir  yerdə 
yaşama  salar da, bu institutun tətbiqinə yol verilir. Bir problemə 
tələ bələrin  diqqətini  xüsusilə  cəlb  etmək  lazımdır  ki,  tərbiyəçi 
valideyn uşaqla internat məktəblərdə əlaqə saxlayır, onların tərbi-
yə sinə xüsusi diqqət yetirir. Onlarla özləri arasında doğmalıq ya-
radır. Bundan əlavə, tərbiyəçi valideynlər həmin uşaqları bayram-
larda və ya ad günlərində evlərinə gətirir, onlara hər cür qayğı 
göstərirlər.
Arzu edirik ki, dünyanın heç bir yerində olmayan istiqanlılıq 
kimi bir keyfiyyəti olan Azərbaycanda nə uşaq evləri, nə də baş-
qa himayədarlıq olsun. Hər bir uşağın öz ailəsi və xoşbəxt uşaqlı-
ğı olsun.

48
AİLƏ HÜQUQU FƏNNİ ÜZRƏ KAZUSLAR
I MÖVZU
Ailə hüququnun anlayışı və predmeti. 
Ailə-hüquq münasibətləri
Əsas məsələlər
1. Ailə  hüququnun  anlayışı  və  predmeti. Ailə  hüquq  müna-
sibətlərinin tənzimlənməsi predmeti. 
2. Ailə hüququnun əsas prinsipləri.
3. Ailə hüququnun quruluşu və mənbələri. Mülki qanunveri-
ciliyin ailə münasibətlərinə beynəlxalq hüquq və xarici ölkələrin 
ailə hüquq normalarının tətbiqinin əsasları. 
4. Ailə-hüquq münasibətlərinin anlayışı, növləri, subyektləri 
və obyektləri. 
5. Ailə hüququnda hüquq qabiliyyəti və hüquq qabiliyyətinin 
olmaması.
6.  Ailə  hüquqlarının  həyata  keçirilməsi  və  müdafiəsi.  Ailə 
vəzifələrinin yerinə yetirilməsi. Ailə hüququnda məsuliyyət. 
7.  Ailə  hüququnda  iddia  müddətinin  və  digər  müddətlərin 
keçməsi.
Yoxlama sualları
1. Ailə hüququnun anlayışını verin. Ailə hüququ hansı müna-
sibətləri tənzimləyir? Onların hansı xüsusiyyətləri vardır?
2. Ailə hüququnun əsas vəzifələrini göstərin.
3.  Ailə-hüquq  münasibətlərinin  tənzimlənməsi  metodunun 
özünəməxsus xüsusiyyətləri nədən ibarətdir? 
4. Sosioloji və hüquqi mənada ailənin anlayışını verin. Ailə 
cəmiyyətdə hansı funksiyaları yerinə yetirir?
5.  Ailə  hüququnun  prinsipləri  dedikdə  nələr  başa  düşülür? 
Onları göstərin və məzmununu açıqlayın. 

49
6. Ailə qanunvericiliyindən başqa, Azərbaycan Respublikası-
nın  qanunve ri ciliyinin  hansı  sahələrində  ailə,  analıq,  atalıq  və 
uşaqların müdafiəsi prinsipi təsbit edilmişdir?
7. Ailənin dövlət tərəfindən müdafiəsinin formalarını göstərin. 
Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayan uşaqları 
olan  valideynlərə  dövlət  müavinətlərinin  verilməsi  sistemini 
bütöv lükdə səciyyələndirin. 
8. Azərbaycan Respublikasında dövlətin ailə siyasətinin əsas 
istiqamətləri və prinsiplərinin məqsədi nədir?
9. Hansı orqanlar dövlətin ailə siyasətinin subyektləridir?
10. Ailə-hüquq münasibətlərinin anlayışını verin. Onların qu-
ruluşunu səciyyələndirin. 
11. Ailə-hüquq münasibətlərinin hansı növlərini göstərə bilər-
siniz?
12. Hansı hüquqi faktlar ailə-hüquq münasibətlərinin meyda-
na gəlməsini, dəyişdirilməsini və ya xitam verilməsini doğurur?
13. Bəzi ailə münasibətləri hüquq normaları ilə tənzimlənir, 
yəni hü quq münasibətləridir? Ailə üzvləri arasında hansı müna-
sibətlər ailə qanunveri ciliyinin təsir dairəsindən kənarda yerləşir?
14. Ailə-hüquq münasibətlərinin subyekti kim ola bilər? Ailə-
hüquq mü na sibətlərinin hansı xüsusiyyətləri vardır?
15.  Qohumluq  və  qudalıq  nədir?  Onların  hüquqi  mənası 
nədən ibarətdir?
16. Ailə hüquqlarının həyata keçirilməsinin və ailə vəzifələ-
rinin icra edil mə sinin hansı prinsipləri Azərbaycan Respublikası-
nın Ailə Məcəlləsində formulə edilmişdir?
17. Ailə-hüquq normalarına riayət etməməyə görə ailə-hüquq 
münasibət lərinin  iştirakçılarına  tətbiq  edilən  sanksiyaları  (təsir 
tədbirlərini) göstərin. 
18.  Ailə  münasibətlərində  vətəndaşların  hüquqlarının  hər 
hansı  məhdud laş dırılmasına  qanunla  yol  verilirmi?  Əgər  yol 
verilirsə, hansı əsasla və hansı dərə cədə?
19. Ailə hüququnun quruluşu necədir?
20. Azərbaycan Respublikasının ailə qanunvericiliyinin inki-
şafı haqqında danışın. 

50
21. Ailə hüququnun mənbələrini göstərin.
22. Keçmiş SSRİ ailə qanunvericiliyinin normaları və onların 
tət biqi üzrə SSRİ Ali Məhkəməsi Plenumunun qərarlarının iza-
hatı tətbiq edilə bi lərmi? Əgər tətbiq edilə bilərsə, hansı əsasla və 
hansı hissəsi?
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun ola-
raq ailə qanun ve riciliyinin hansı məsələləri Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir?
24.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  ilə 
bağlı məsələlər ailə qanunvericiliyi ilə tənzimlənirmi? Sizin fik-
rinizcə,  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsində  vətən-
daşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında bölmənin 
olmaması nə ilə bağlıdır?
25. Ailə üzvləri arasındakı hansı münasibətlərə mülki qanun-
vericilik tət biq edilə bilər? Buna hansı şərtlərlə yol verilir?
26.  Mülki  qanunvericiliyin  ailə  münasibətlərinə  tətbiqinin 
Azərbaycan Res pub likasının Ailə Məcəl lə sində nəzərdə tutulmuş 
əsaslarını göstərin. 
27. Qanunun analogiyasına anlayış verin. Ailə üzvləri arasın-
dakı  müna si bət lərə  ailə  və  (və  ya)  mülki  hüquq  normalarının 
analogiya üzrə tətbi qi nin əsas larını açıqlayın. 
28. Hüququn analogiyasının anlayışını verin. Hansı hallarda 
ailə üzv lərinin hüquq və vəzifələri hüququn analogiyasına əsasla-
naraq  müəyyən  edilə  bilər?  Bu  zaman  hansı  prinsipləri  rəhbər 
tutmaq lazımdır?
29. Ailə münasibətlərinə beynəlxalq hüquq normalarının tət-
bi qinin əsası nədir?
30. Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqa-
vilə qayda larının ailə münasibətlərinə tətbiqinin üstünlüyü prinsi-
pini açıqlayın. Azərbaycan Res pub li kasının ailə qanunvericiliyi-
nin uyğunlaşdırılması tələb edilən əsas beynəl xalq-hüquqi aktları 
göstərin.
31. Müstəqil Dövlətlər Birliyi ölkələrinin vətəndaşlarının işti-
rakı  ilə  ailə  münasibətləri  Azərbaycan  Respublikasının  hansı 
beynəlxalq müqaviləsi ilə tənzimlənir?

51
32. Azərbaycan Respublikası vətəndaşlarının onlara məxsus 
olan ailə hüquqlarına azad sərəncam vermə prinsipi nədən iba-
rətdir?
33.  Ailə  hüquqlarının  müdafiəsinin  anlayışını,  mənasını  və 
formalarını açıqlayın. 
34.  Ailə  hüquqlarının  müdafiəsi  hansı  orqanlar  tərəfindən 
həyata keçirilir? Məhkəmənin ailə münasibətləri sahəsində qəbul 
etdiyi qərarların Azərbaycan Respublikasının Ailə Məcəlləsində 
nəzərdə tutulmuş əsaslarını sayın.
35. Ailə hüquqlarının müdafiəsi hansı üsullarla həyata keçi-
rilir? 
36. Hansı hallarda ailə münasibətlərindən irəli gələn tələblərə 
iddia müddəti şamil edilir? 
Məsələlər
Məsələ 1.
Vətəndaşlar  Cəfərova  və  Mirzəyev  nikah  bağlamadan  bir 
neçə ilə birgə yaşamış və təsərrüfatı ümumi idarə etmişlər. Sonra 
onlar  arasında  münaqişə  yaranmış,  münasibətləri  pozulmuş  və 
onlar ayrılıqda yaşamağa başlamışlar. Bir müddət sonra Cəfərova 
birgə əldə etdikləri əmlakın (torpaq sahəsi, televizor, soyuducu, 
mebel, videomaqnitofon) bölünməsi iddiası ilə məhkəməyə mü-
ra  ciət etmişdir.
Bu mübahisənin həlli zamanı hüququn hansı sahəsinin nor-
maları tətbiq edilə bilər?
Məsələ 2.
2009-cu ilin sentyabrında vətəndaş Quliyeva hüquq məsləhət-
xanasına müra ciət edərək göstərmişdir ki, 1999-cu ildə Həsənovla 
nikaha daxil olmuşdur. Birgə yaşadıqlarının ilk vaxtlarında həyat 
yoldaşı ona qarşı diqqətlə yanaşmış, bayramlarda ona gül bağış-

52
lamışdır,  onlar  tez-tez  konsert,  teatr  və  muzeylərdə  olmuş,  qo-
naqlıq məclislərinə getmişlər. Quliyevanın fikrincə, ancaq sonra-
lar  əri  boş  vaxtlarını  onsuz  öz  dostları  ilə  keçirməyə  üstünlük 
verərək, ona az diqqət yetirməyə başlamışdır. 
Quliyeva  hüquqi  vasitələrlə  ərini  ona  nikahın  birinci  ilində 
olduğu kimi mü na sibət bəsləməyə məcbur edə bilməsinin müm-
künlüyü barədə izahat verməyi xa hiş etmişdir. Qalan məsələlərdə 
onun  ərinə  iddiası  yoxdur:  əri  əmək  haqqını  evə  gətirir,  spirtli 
içkilər qəbul etmir, ailədə qalmaqal salmır. Quliyeva nikaha xi-
tam verilməsini istəmir. 
Baxılan  vəziyyətdə  Quliyevaya  hansı  cavabı  vermək  olar? 
Ailə qanunvericiliyi ilə hansı münasibətlər tənzimlənir?
Məsələ 3.
Vətəndaş  M.Q.Mustafayeva  Q.Ə.Mustafayevlə  nikahına  xi-
tam  verilməsi  barədə  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət  et-
mişdir.  O,  ərizəsində  göstərmişdir  ki,  əri  ilə  15  ildən  artıq 
müddətdə  bir  yerdə  yaşayır,  bu  nikahdan  14  yaşlı  oğlu  var dır. 
Son iki ildə Mustafayev spirtli içkilərə aludə olmuş, ailənin ehti-
yaclarına pul verməmiş, evdə dava-dalaş salmış, oğlunun yanın-
da onu təhqir etmiş, çox vaxt evdə gecələməmişdir. Ailə faktiki 
olaraq dağılmışdır. Buna görə o, nikaha xitam verilməsini və oğ-
lunun saxlanılması üçün aliment tutulmasını xahiş edir. 
Məhkəmə  iclasında  Mustafayev  iddianı  qəbul  etməmiş  və 
məhkəmədən nikaha xitam verilməməsini xahiş edərək, öz dav-
ranışını, arvadına və oğluna münasibətini dəyişəcəyinə söz ver-
mişdir. Məhkəmə çıxardığı qərarda ər-arvada barışmaq üçün üç 
ay müddətə vaxt vermişdir. 
Üç  ay  müddət  tamam  olduqdan  sonra  məhkəmə  iclasında 
Mustafayeva  nikaha  xitam  verilməsini  yenidən  xahiş  etmişdir. 
Belə  ki,  Mustafayev  öz  davranışını  dəyişməmiş  və  ailə  bərpa 
olunmamışdır. Mustafayev yenidən iddianı qəbul etməmiş və ni-
kaha xitam verilməməsini xahiş etmişdir.

53
Məhkəmə  ailə  hüququnun  hansı  prinsipi  əsasında  məsələni 
həll etməlidir?
Məsələ 4.
V.E.Hüseynova uzun müddət hesab etmişdir ki, onun iki yet-
kinlik yaşına çatmayan uşağına aylıq müavinət düzgün hesablan-
mır. Müavinət Hüseynovanın iş yerindən ödənilirdi. Bu məsələ 
ilə  bağlı  zəruri  izahat  verilməsi  barədə  onun  şifahi  xahişinə 
müəssisənin  mühasibatlığı  diqqət  yetirməmişdir.  Müəssisənin 
müdiriyyətinə  müraciət  də  nəticə  verməmişdir.  Bununla  bağlı 
Hüseynova  özünün  qanuni  hüquqlarının  pozulması  qərarına 
gəlmiş, ancaq bundan sonra nə edəcəyini bilməmişdir. Tanışları 
ilə məsləhətləşdikdən sonra o, əvvəlcə öz hüquqlarının müdafiəsi 
ilə bağlı prokurorluğa müraciət etməyi qərara almış, ancaq sonra 
öz mövqeyinin düzgünlüyündən şübhələnərək, ən yaxşısı əvvəlcə 
hüquq məsləhətxanasından məsləhət almağı qərara almışdır. 
Hüseynova yaranmış vəziyyətdə necə hərəkət etməlidir? Ailə 
hüquqlarının müdafiəsini hansı dövlət orqanları həyata keçirir? 
Göstərilən məsələnin həlli prokurorluq orqanlarının səlahiyyətinə 
daxildirmi?
Məsələ 5.
Hacıyeva  ərinin  ona  və  uşaqlarına  kifayət  qədər  qayğı 
göstərmədiyini  hesab  edərək,  ailəsinə  münasibəti  ilə  bağlı 
dəfələrlə  ona  iradlarını  bildirmişdir.  O,  öz  mövqeyini  əsaslan-
dırarkən ərinin dövlət qulluğundakı vəzifəsindən az maaş alması-
nı və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəməməsini dəlil 
kimi göstərmişdir. Ancaq Hacıyev arvadının bu iradlarını ciddi 
saymamış,  az  gəlir  gətirməyinə  baxmayaraq,  sevdiyi  peşəni 
dəyişmək istəməmişdir. Bu zəmində ər-arvad arasında etik qay-
dalardan kənara çıxmayan mübahisələr meydana çıxmışdır. Ha-
cıyev ailədə özünü ləyaqətlə aparır, uşaqlarının qayğısına qalır, 

54
ev işləri ilə məşğul olur. Buna baxmayaraq, arvadı onun hərəkət-
lərini düzgün saymır, ailənin dağılmasına yönəldiyini hesab edir. 
Hacıyeva ərini yola gətirə bilməyəcəyinə əmin olduqda icra 
hakimiyyətinin ailə, ana və uşaqların müdafiəsi üzrə qurumuna 
müraciət edərək ailənin saxlanması məqsədilə onun ərinə zəruri 
köməklik göstərilməsini xahiş etmişdir. 
Sizcə, Hacıyevanın icra hakimiyyətinin ailə, ana və uşaqların 
müdafiəsi üzrə qurumuna müraciət etməsinin nəticəsi nə olacaq? 
Hacıyeva  ailə  hüququnun  hansı  prinsiplərini  pozmuşdur?  Ailə 
hüquqlarının  müdafiəsi  hansı  orqanlar  tərəfindən  və  hansı 
əsaslar olduqda həyata keçirilir? 
Məsələ 6.
D.İ.Kərimova boşandıqdan sonra dörd ildən artıq müddətdə 
yetkinlik  yaşına  çatmayan  oğlunun  saxlanılması  üçün  keçmiş 
ərindən aliment tutulması məsələsini qaldırmamışdır. Belə ki, o, 
işlədiyi kommersiya bankından yüksək maaş almış və maddi yar-
dıma ehtiyacı olmamışdır. Ancaq 2007-ci ildə bank bağlandıqdan 
sonra o, işsiz qalmış və oğlunun saxlanılması üçün ərindən hər 
ay  yüz  əlli  manat  ödəməyi  xahiş  etmişdir.  Üç  ay  müddətində 
Kərimov müxtəlif bəhanələrlə bu məsələnin həllindən yayınmış, 
sonra isə alimentin könüllü qaydada ödənilməsi haqqında razı-
laşma  bağlamaqdan  birbaşa  imtina  etmişdir. Arvadının  məhkə-
məyə  müraciət  etmək  barədə  hədəsinə  də  Kərimov  əhəmiyyət 
verməyərək bildirmişdir ki, o, aliment tutulması ilə bağlı iddia 
ərizəsini  məhkəməyə  nikaha  xitam  verildikdən  sonra  bir  il 
müddətində verməli idi, indi isə formal səbəb üzündən (qanunla 
müəyyən  edilmiş  müddətin  başa  çatması  ilə  bağlı)  iddia  təmin 
edilməyəcək. 
Yaranmış  vəziyyətdə  Kərimova  necə  hərəkət  etməlidir? 
Azərbaycan Respub likasının Ailə Məcəlləsində aliment tutulması 
üçün iddia müddəti müəyyən edil mişdirmi?

55
II MÖVZU
Nikah anlayışı. Nikahın bağlanma şərtləri və qaydası.
Nikahın etibarsızlığı
Əsas məsələlər
1. Ailə hüququnda nikahın anlayışı. Nikahın bağlanma şərt-
ləri. Nikahın bağlanmasına mane olan hallar. 
2. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi. 
3. Nikahın bağlanma qaydası. Nikahın bağlanmasının dövlət 
qeydiyyatı. 
4. Nikahın etibarsız sayılması:
a) nikahın etibarsız sayılmasının əsasları və qaydası;
b) nikahın etibarsız sayılmasını tələb etmək hüququna ma-
lik şəxs;
c) nikahın etibarsız sayılmasını aradan qaldıran hallar;
ç) nikahın etibarsız sayılmasının hüquqi nəticələri.
Yoxlama sualları
1. Ailə  hüququ  üzrə  nikah  anlayışını  formulə  edin  və  onun 
hüquqi əlamətlərini göstərin.
2. «Nikahın bağlanması» və «nikahın bağlanmasının dövlət 
qeydiyyatı»  anlayışları  fərqləndirilirmi?  Cavab  verərkən  hüquq 
normalarına istinad edin.
3.  Nikahın  dövlət  qeydiyyatının  hüquqi  və  praktiki  mənası 
nədən ibarətdir?
4. Dini adət üzrə bağlanmış nikahın hüquqi qüvvəsi varmı?
5. Nikahın bağlanmasının şərtlərini göstərin. 
6.  Nikahın  qiyabi,  nümayəndə  vasitəsilə  bağlanmasına  yol 
verilirmi?
7. Nikaha daxil olmuş şəxslərin qarşılıqlı razılığının hüquqi 
məzmunu nədən ibarətdir?

56
8. Qanunvericilikdə nikah yaşı hansı yaşdan müəyyən edilmiş-
dir? Onun aşağı salınmasının əsasını və hüquqi nəticələrini göstərin. 
9.  Nikah  yaşının  aşağı  salınmasına  hansı  hallarda  və  hansı 
hüdudlara qədər yol verilir? Nikah yaşının aşağı salınması məsə-
ləsi kim tərəfindən həll edilir?
10. Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunverici-
liyinə görə nikahın bağlanmasına mane olan hallar hansılardır?
11.  Qardaş  və  bacılar,  övladlığa  götürənlər  və  övladlığa 
götürülənlər arasın da nikah bağlanmasına yol verilirmi?
12. Faktiki ər-arvad münasibətləri hüquqi əhəmiyyətə malik-
dirmi?
13. Nikahın bağlanmasının dövlət qeydiyyatı qaydası haqqın-
da danışın. O, hansı normativ aktlarla tənzimlənir?
14. Nikaha daxil olmaq istəyən şəxslər tərəfindən vətəndaşlıq 
vəziy yəti  aktlarının  dövlət  qeydiyyatı  orqanlarına  ərizə  veril-
dikdən  sonra  qanunla  mü əyyən  edilmiş  müddət  artırıla  və  ya 
azaldıla bilərmi?
15. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əsasları və 
qaydası barədə danışın. 
16. Nikahın etibarsız sayılması üçün zəruri olan əsası göstərin.
17. Saxta nikah dedikdə nəyi başa düşmək lazımdır?
18. Nikahın etibarsız sayılması qaydası haqqında danışın. 
19. Nikahın etibarsız sayılması haqqında iddia ilə məhkəməyə 
kim müraciət edə bilər?
20. Məhkəmə tərəfindən nikah etibarsız hesab edildikdə, han-
sı hü quqi nəticələr baş verir? Hansı vaxtdan nikah etibarsız hesab 
edilir?
21. Etibarsız nikahın ər-arvad üçün heç bir hüquq və vəzifələr 
doğurmadığı haqqında qaydada istisna varmı?
22. Nikahın etibarsızlığını istisna edən halları göstərin. 
23.  Nikahın  etibarsız  hesab  edilməsi  haqqında  məhkəmə 
qərar  çıxararkən  vicdanlı  ər  ona  vurulmuş  mənəvi  ziyana  görə 
kompensasiya tələb etmək hüqu quna malikdirmi? Əgər belə hü-
quqa malikdirsə, hansı qaydada?
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə