AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 32.09 Kb.

səhifə7/9
tarix22.07.2017
ölçüsü32.09 Kb.
1   2   3   4   5   6   7   8   9

Məsələlər
Məsələ 1. 
Çörək zavodunda işləyən R.Q.Qəniyeva rəfiqəsinin məsləhəti 
ilə  bərbər  olmağı  qərara  almışdır.  Onun  seçimi  əri  tərəfindən 
bəyənilməmiş,  bununla  bağlı  ər-arvad  mübahisə  etmişlər.  Bir 
həftə  sonra  Qəniyev,  onun  etirazına  baxmayaraq,  arvadının  işə 
düzəlmək üçün bərbərxanaya müraciət etdiyindən xəbər tutmuş-
dur. O, arvadından öz niyyətindən imtina etməyi tələb etmiş, əks 
halda  onu  boşanma  ilə  hədələmişdir.  Qəniyev  öz  mövqeyini 
əsaslandırarkən göstərmişdir ki, bir ər kimi o, arvadına istənilən 
səciyyəli məsləhət verə bilər. Nəticədə ərinin dəlilləri Qəniyevaya 
əsaslı görünmüş və o, ailənin saxlanılması məqsədilə özünün iş 
yerini dəyişmək niyyətini həyata keçirməkdən imtina etmişdir. 
Fikrinizcə, Qəniyevanın mövqeyi nə dərəcədə əsaslıdır? Peşə 
seçimi azadlığı məsələsində ər-arvadın hüquqlarını açıqlayın. 
Məsələ 2. 
R.Q.Manafova  E.Ş.Süleymanovla  nikah  qeyd  etdirərkən 
onun soyadını daşımaq istədiyini bildirmişdir. Manafovanın xa-
hişi yerinə yetirilmişdir. Artıq Süleymanova olmuş Manafova bir 
neçə gündən sonra nikah bağlanmasının dövlət qeydiyyatı orqa-
nına gələrək özünün nikahdan qabaqkı soyadını bərpa etməyi xa-
hiş etmişdir. O, buna səbəb olaraq özünün birinci nikahdan olan 
14 və 16 yaşlı uşaqlarının analarının yeni soyadına etiraz etməsini 
göstərmişdir. 
Nikah bağlanmasının dövlət qeydiyyatı orqanı Manafovanın 
xahişini təmin etməlidirmi?
Məsələ 3. 
Nikah  bağlanmasının  dövlət  qeydiyyatına  qədər  və  nikah 
dövründə  Kərimovlar  nikah  müqaviləsi  bağlamamışlar.  Ancaq 

86
nikah bağlandıqdan sonra Kərimova ərinin tələbi ilə aldığı təhsilə 
uyğun olaraq heç vaxt həkim işləməmək, yalnız evdarlıq işlərini 
yerinə  yetirmək  və  uşaqların  tərbiyəsi  ilə  məşğul  olmaq  öhdə-
liyini imzalamışdır. Bir neçə il sonra Kərimova bu öhdəliyi poz-
muş və polik linikaya ixtisası üzrə işə düzəlmişdir. Kərimo vanın 
əri hüquq məsləhətxanasına müraciət edərək öz vədini pozmuş 
arvadına qarşı hansı hüquqi tədbirlərin tətbiq edilə biləcəyini ay-
dınlaşdırmağı xahiş etmişdir.
Kərimova hansı cavab verilməlidir? Arvadının peşə fəaliyyəti 
ilə bağlı Kərimovun irəli sürdüyü tələbin nikah müqaviləsinə da-
xil edilməsi mümkün idimi?
Məsələ 4. 
P.D.Fərəcova nikah bağlanması zamanı ərinin soyadını qəbul 
etmək barədə qohumlarının və yaxınlarının məsləhətlərinə bax-
mayaraq,  özünün  nikahaqədərki  soyadını  saxlamağı  qərara  al-
mışdır. Nikah qeydiyyata alındıqdan bir neçə həftə sonra Fərə-
cova özünə qarşı ərinin qohumları tərəfindən qərəzli müna sibət 
hiss  edərək  ehtiyatsız  hərəkət  etdiyini  başa  düşmüşdür.  Buna 
görə nikah bağlanmasının dövlət qeydiyyatı orqanına öz soyadı-
nın  ərinin  soyadına  dəyişdirilməsi  xahişi  ilə  müraciət  etmişdir. 
Nikah  bağlanmasının  dövlət  qeydiyyatı  orqanında  Fərə co vaya 
bildirmişlər ki, o, soyad seçimi hüququndan artıq istifadə etmiş-
dir və buna görə onun xahişi rədd edilir. 
Nikah bağlanmasının dövlət qeydiyyatı orqanı düzgün hərəkət 
et mişdirmi?  Fərəcova  öz  soyadını  ərinin  soyadına  necə  dəyişə 
bilər?
Məsələ 5. 
K.H.Təhməzov  ümumi  əmlakın  bölünməsi  haqqında  iddia 
ərizəsində ümumi əmlak siyahısında onun keçmiş arvadının bo-
şanmadan bir il qabaq onun yazılı razılığı olmadan satdığı video-
maqnitofonu və «Sanyo» televizorunu, habelə qiymətli kağızlar 

87
olan səhmləri göstərmişdir. Bununla bağlı o, göstərilən alqı-satqı 
əqdini  etibarsız  saymağı,  arvadının  göstərilən  aparatların  və 
səhmlərin  satılmasından  əldə  etdiyi  məbləği  bölünməli  olan 
əmlakın ümumi dəyərinə daxil etməyi tələb etmişdir. 
İşə baxılması gedişində məhkəmə müəyyən etmişdir ki, video-
maqnitofonu, televizoru və səhmləri, həqiqətən, Təhməzova sat-
mış,  əldə  etdiyi  pulu  ailənin  ehtiyaclarına  –  qızına  əlavə  məş-
ğələlər keçən repetitorların haqqını ödəməyə və mənzilin təmi-
rinə  sərf  etmişdir.  Təhməzovun  özü  arvadının  alqı-satqı  əqdi 
barədə qabaqcadan xəbərdar olmuş, ancaq buna əhəmiyyət ver-
mə miş,  bunu  yalnız  boşanmadan  sonra  ümumi  əmlakın  bölün-
məsi zamanı yada salmışdır. 
Təhməzovun tələbi məhkəmə tərəfindən necə həll edilməlidir? 
Ər-arvaddan birinin ümumi əmlaka sərəncam vermə üzrə həyata 
keçirdiyi  əqdin  məhkəmə  tərəfindən  etibarsız  sayılması  üçün 
zəruri olan əsası göstərin. Ümumi əmlaka sərəncam vermə üzrə 
ər-arvaddan biri tərəfindən həyata keçirilən əqdə digərinin razı-
lığı hansı formada ifadə edilməlidir? 
Məsələ 6. 
L.E.Məmmədova  keçmiş  əri  U.Ş.Məmmədova  qarşı  iddia 
qaldıraraq «Jiquli» avtomaşınına özünün mülkiyyət hüququnun 
tanınmasını xahiş etmişdir. Bu zaman Məmmədova göstərmişdir 
ki, avtomobil onun cavabdehlə nikahda olduğu dövrdə alınsa da, 
onların ümumi əmlakı hesabına əldə edilməmişdir. Belə ki, 4700 
manat pulu onun anası Qədimova vermiş, 2300 manat pul isə ca-
vabdehin xalasından borc alınmışdır. Bu borcu Məmmədova hələ 
Məm mədovla nikaha daxil olmazdan əvvəl miras kimi əldə etdi-
yi vəsaitdən şəxsən ödəmişdir. 
Məmmədovanın iddiası ödənilməlidirmi? İddiaçı bu tələbinin 
təsdiqi üçün hansı sübutları təqdim edə bilər?

88
Məsələ 7. 
Ü.Ö.Babayevanın ümumi əmlakın bölünməsi haqqında keç-
miş ərinə qarşı irəli sürdüyü iddiaya məhkəmədə baxılarkən so-
nuncu özünün elmi kəşflərinə görə Azərbaycan Respublikasının 
Nazirlər Kabineti tərəfindən verilən mükafatın bərabər bölünməsi 
ilə razılaşmamışdır. V.Q.Babayevin fikrincə, göstərilən mükafat 
onun şəxsi əmlakıdır və bölünməli deyildir. Ancaq Babayeva öz 
tələbini əsaslan dırarkən göstərmişdir ki, ərinin elmi fəaliyyətdəki 
uğurları nikah dövründə onun ərinə göstərdiyi qayğı və diqqətlə 
qırılmaz surətdə bağlıdır. 
Babayevanın iddiası üzrə məhkəmə hansı qərar qəbul etmə-
lidir? Ər-arvaddan hər birinin əmək, elmi, ictimai və sair fəaliy-
yət  sahəsində  uğurlarına  görə  əldə  etdiyi  mükafatlar,  bəxşişlər 
ər-arvadın hansı əmlakına (ümumi və ya ayrı) aiddir?
Məsələ 8. 
Ər-arvad  Əfəndiyevlərin  ümumi  əmlakının  bölgüsü  zamanı 
məhkəmə dərzi avadanlığını bölünməli olan əmlakın tərkibindən 
çıxarılaraq Əfəndiyevaya vermək barədə qərar çıxarmışdır. Belə ki, 
Əfəndiyeva  ixtisasca  dərzi  olmuşdur.  Eyni  zamanda  ər-arva dın 
ümumi əmlakından Əfəndiyevə düşən paya müvafiq kompensa-
siya verilmişdir. 
Məhkəmənin  çıxardığı  qərarın  düzgün  olub-olmadığını  ay-
dınlaşdırın.
Məsələ 9. 
Ər-arvad  Həbibovlar  nikah  müqaviləsi  bağlayarkən  yalnız 
ərin  avtomaşınına  və  arvadın  idman  avadanlığına  mülkiyyətin 
ayrı  olması  rejiminin  müəyyən  edilməsini,  qalan  əşyalara  isə 
mülkiyyətin birgə rejimi tətbiq olunmasını xahiş etmişlər. Bu za-
man onlar əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ 
ilə bağlı hər hansı xüsusi şərtlər nəzərdə tutmamışlar. 

89
Avtomaşın  və  idman  avadanlığı  ər-arvad  tərəfindən  onların 
nikahlarının ilk üç ili ərzində alınmışdır. Bundan sonra onlar av-
tomaşından və idman avadanlığından bir-birindən asılı olmaya-
raq istifadə etmişlər. Daha iki il keçdikdən sonra onlar daimi ya-
şamaq  üçün  şəhər  ətrafında  yerləşən  evə  köçmüşlər.  Həbibova 
ərindən onu həftənin müəyyən günləri avtomaşınla şəhərə – işə 
aparmağı xahiş etmişdir ki, bu da iş qrafikinə görə Həbibov üçün 
çətinlik yaratmışdır. Bununla bağlı o, nikah müqaviləsinin şərtinə 
istinad  edərək  arvadının  xahişinə  əhəmiyyət  verməmişdir.  Belə 
olduqda Həbibova bildirmişdir ki, yaşayış yerini dəyişmələri on-
ların həyatına və əmlakdan istifadə etmək şəraitinə əhəmiyyətli 
təsir etdiyindən nikah müqaviləsi etibarsızdır. 
Ər-arvadın mübahisəsi ilə bağlı nəyi aydınlaşdıra bilərsiniz? 
Mülkiyyətin ayrı olması rejimi müəyyən edildikdə ər-arvadın hər 
biri  əmlakın  ayrı-ayrı  növləri  üzərində  yalnız  özünün  şəxsi 
mülahizəsinə  əsasən  sahiblik,  istifadə  və  sərəncam  hüququnu 
həyata  keçirməkdə  haqlıdırmı?  Baxılan  halda  nikah  müqavilə-
sinin dəyişdirilməsinə əsas varmı? Nikah müqaviləsinin dəyişdi-
ril mə sinin qaydası necədir? 
Məsələ 10. 
Ər-arvad  Cavadovlar  nikah  müqaviləsi  bağlayarkən  nikaha 
xitam verilməsi halında bir-birini saxlamaq öhdəliyindən imtina 
etməyi qərara almışlar. Onlar boşanmanın əsaslarından asılı ol-
mayaraq  bir-birinin  qarşısında  aliment  öhdəliyinin  olmamasını 
müəyyən  etmişlər. Ancaq  notarius  onların  nikah  müqaviləsinin 
qanunun tələblərinə uyğun olmadığını bildirib, onu təsdiq etmək-
dən imtina etmişdir. 
Notariusun  hərəkətinə  qiymət  verin.  Nikah  müqaviləsi  bağ-
lanarkən ər-arvad nikaha xitam verilməsi halında qarşılıqlı mad-
di köməkdən imtina edilməsinin nəzərdə tutulması hüququna ma-
likdirmi? 

90
V MÖVZU
Valideynlərin və uşaqların hüquq və vəzifələri
Əsas məsələlər
1. Uşaqların mənşəyinin müəyyən edilməsi. Atalığın könüllü 
müəyyən edilməsi.
2. Atalığın məhkəmə qaydasında müəyyən edilməsi.
3.  Doğum  haqqında  qeydiyyat  kitabında  (doğum  haqqında 
şəhadətnamə də) uşağın valideynlərinin qeyd edilməsi.
4. Atalığa (analığa) dair mübahisə açma.
5. Yetkinlik yaşına çatmayan uşaqların hüquqları:
a) uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ;
b) uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə 
olmaq hüququ;
c) uşağın öz fikrini bildirmək hüququ;
ç) uşağın ad, ata adı və soyad daşımaq hüququ;
d) uşağın müdafiə hüququ;
e) uşağın əmlak hüququ.
6. Valideynlərin hüquq və vəzifələri:
a) valideynlərin hüquq və vəzifələrinin ümumi səciyyəsi;
b) uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və 
vəzifələri;
c)  uşaqların  hüquq  və  mənafelərinin  müdafiəsi  sahəsində 
valideynlərin hü quq və vəzifələri;
ç) uşaqlarından ayrı yaşayan valideynin hüquqlarının həya-
ta keçirilməsi;
d) yetkinlik yaşına çatmayan valideynlərin hüquq və vəzi-
fə lərinin həyata keçirilməsi.
7. Uşaqların tərbiyəsi ilə bağlı valideynlər arasındakı müba-
hisələr.  Uşaqla rın  tərbiyəsi  ilə  bağlı  işlər  üzrə  məhkəmə  qərar-
larının icra edilməsi. 

91
8. Valideynlik hüquqlarından məhrumetmənin əsası, qaydası 
və hüquqi nəticələri. Valideynlik hüquqlarının bərpası.
9.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılmasının  əsası, 
qaydası və hü quqi nəticələri. Valideynlik hüquqlarının məhdud-
laş dırılmasının ləğv edilməsi. 
Yoxlama sualları
1. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin meydana 
gəlməsinin əsa sını göstərin. 
2.  Uşaqların  mənşəyi  (valideynləri)  hansı  orqan  tərəfindən 
müəyyən edilir? 
3.  Nikah  bağlanmasının  dövlət  qeydiyyatı  orqanına  uşağın 
doğulması haq qın da ərizə kim tərəfindən və hansı formada veril-
məlidir? Uşağın doğulması haq qında ərizə hansı müddətə veril-
məlidir? 
4. Doğumun qeydiyyatı zamanı nikah bağlanmasının dövlət 
qeydiyyatı or qa nına hansı sənədlərin təqdim edilməsi zəruridir? 
5. Nikahda olan, nikahda olmayan valideynlərdən olan uşaq-
ların mənşəyi nin müəyyən edilməsi qaydasını göstərin.
6.  Hansı  uşaqlara  münasibətdə  atalığın  könüllü  müəyyən 
olunması institutu tətbiq edilir? Yetkinlik yaşına çatan uşaqların 
atalığını müəyyən etmək müm kün dürmü?
7. Atalığın  könüllü  müəyyən  olunması  haqqında  ərizəni  nə 
vaxt vermək olar? Atalığın müəyyən olunmasına ananın razılığı 
tələb edilirmi?
8. Hansı hallarda uşağın atalığının müəyyən olunması yalnız 
atanın ərizəsi ilə mümkündür?
9.  Ananın  hamiləliyi  dövründə  uşağın  atalığının  müəyyən 
olunması haqqın da ərizə vermək mümkündürmü? Əgər mümkün-
dürsə, hansı hallarda?
10. Atalığın könüllü müəyyən olunmasının hüquqi nəticələrini 
göstərin. 
11. Hansı hallarda konkret şəxsdən uşağın mənşəyi (atalığı) 
məhkəmə qaydasında müəyyən olunur?

92
12.  Uşağın  atalığının  məhkəmə  qaydasında  müəyyən  olun-
ması  haqqında  id dia  kim  tərəfindən  verilə  bilər?  Belə  iddianın 
uşağın özü tərəfindən verilməsi müm kündürmü?
13. Atalığın  müəyyən  olunması  haqqında  mübahisələrə  ba-
xar  kən  məhkəmə  hansı  məqsədlə  və  hansı  hallarda  tibbi-
məhkəmə ekspertizası təyin edir?
14. Uşağın mənşəyinin müəyyən olunması haqqında məsələ 
üzrə «genetik daktiloskopiya» metodu ilə aparılmış ekspertizanın 
rəyinin  başqa  dəlillərlə  müqayisədə  əhəmiyyəti  nədir? Atalığın 
müəyyən  olunması  haqqında  işlər  üzrə  ekspertizaya  tərəflərin 
gəlməməsinin,  yaxud  ekspertlərə  tədqiqat  üçün  zəruri  əşyaları 
verməməsinin hüquqi nəticələrini göstərin (cavab verərkən Azər-
baycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qəra-
rına istinad edin).
15. Hansı hallar olduqda məhkəmə konkret şəxsin atalığının 
müəyyən olun ması haqqında qərar çıxara bilər? 
16. Atalığın müəyyən olunması işləri üzrə məsələdə məhkəmə 
nikahdan  kənar  doğulmuş  uşaqlara  münasibətdə  hansı  halları 
nəzərə  almalıdır  (cavab  verərkən Azər baycan  Respublikası Ali 
Məh kəməsi Plenumunun qərarlar toplusuna istinad edin)?
17. Hansı hallarda məhkəmə xüsusi icraat qaydasında atalıq 
faktını müəy yən etmək hüququna malikdir?
18. Atalığın məhkəmə qaydasında və könüllü qaydada müəy-
yən olunma sının hüquqi nəticələrini göstərin. 
19. Hansı əsaslar olduqda atalığın tanınması faktı məhkəmə 
qaydasında mü əy yən edilə bilər? Kim bu faktın müəyyən edil-
məsi haqqında ərizə ilə məhkə məyə müraciət edə bilər?
20. Hüquq haqqında mübahisə olduqda (məsələn, miras əm-
lakı ilə bağlı) atalığın tanınması faktı məhkəmə tərəfindən müəy-
yən edilə bilərmi?
21. Valideynlərin birgə ərizəsi və ya atalığın müəyyən edil-
məsi haqqında məh kəmənin qərarı olmadıqda nikahda olmayan 
anadan olan uşağın atalığı necə müəyyən edilir? 

93
22. İnsan reproduksiyasının (nəsil artımının) süni metodları 
tətbiq edildiyi zaman uşağın valideynləri olaraq kimlər yazılır?
23. Hansı müəssisələrdə süni mayalanma və embrionun imp-
lantasiyası metodlarının tətbiqinə icazə verilir? Qadın bu prose-
duralar  barədə  qabaqcadan  hansı  məlumatları  ala  bilər?  İnsan 
reproduksiyasının (nəsil artımının) süni metodlarının tətbiqi za-
manı  həkim  sirrini  hansı  amillər  təşkil  edir  (cavab  verərkən 
Əhalinin  sağlamlığının  qorunması  haqqında  Azərbaycan  Res-
publikasının Qanununun 29-cu maddəsinə istinad edin)? 
Süni mayalanma, embrionun implantasiyası, eləcə də dono-
run şəxsiyyəti həkim sirridir.
24. Süni mayalanmanın köməyi ilə hamilə qalmaq istəyən qa-
dınlara  mü nasibətdə  tibbi,  sosial  və  sair  səciyyəli  hər  hansı 
məhdudiyyət qanunda nəzərdə tutulmuşdurmu?
25.  Uşaq  surroqat  anadan  olduğu  halda  onun  valideynləri 
necə qeydə alınır? 
26. Atalığa və ya analığa dair mübahisə açmaq üçün qanunda 
hər hansı müd dət müəyyən edilmişdirmi?
27. Hansı şəxslər doğum qeydiyyatı kitabında (doğum haq-
qında  şəhadət na mədə)  valideynlərə  dair  məhkəmə  qaydasında 
mübahisə açmaq hüququna ma likdir?
28. Hansı əsaslar olduqda uşağın atası kimi yazılmış şəxsin 
atalığa dair mübahisə açma haqqında tələbi məhkəmə tərəfindən 
təmin edilə bilməz?
29. Atalığa  və  ya  analığa  dair  mübahisə  açma  zamanı  şəxs 
hansı hallara istinad etmək hüququna malik deyildir? 
30.  Nikahdankənar  doğulmuş  uşaqlara  münasibətdə  atalıq 
(analıq) haqqında aparılmış qeydlə bağlı hansı müddətdə müba-
hisə  açıla  bilər  (cavab  verərkən  Azər baycan  Respublikası  Ali 
Məhkəməsi Plenumunun qərar toplusuna istinad edin)?
31. Uşağın müdafiə hüququnun; öz valideynləri və başqa qo-
humları ilə ün siy yətdə olmaq hüququnun; ad, ata adı və soyad 
daşımaq hüququnun mahiy yətini açıqlayın.

94
32. Yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri haradır? 
Yaşayış  yeri  üzrə  onların  qeydiyyatı  hansı  şəkildə  və  hansı 
sənədlər əsasında həyata keçirilir?
33.  Azərbaycan  Respublikasının  yetkinlik  yaşına  çatmayan 
vətəndaşı ya şa yış yerini tərk edə və Azərbaycan Respublikasın-
dan  gedə  bilərmi  (cavab  verərkən  «Azər baycan  Respublikasın-
dan  getmək  və  Azər baycan  Respublikasına  gəlmək  qaydaları 
haqqında» Azər baycan Respublikasının müvafiq tarixli Qanunu-
nun maddələrinə istinad edin)?
34.  Uşağın  ailədə  yaşamaq  və  tərbiyə  olunmaq  hüququna 
nələr daxildir?
35. Uşaqların babaları, nənələri, qardaşları, bacıları və digər 
qohumları  ilə  ünsiyyət  hüququ  hansı  şəkildə  həyata  keçirilə 
bilər?  Uşaqla  ünsiyyət  hüququ  olan  qohumlarının  tam  siyahısı 
qanunla müəyyən edilmişdirmi?
36.  Uşaq  hüquqları  haqqında  Konvensiyanın  40-cı  maddə-
sinin müddə alarını nəzərə almaqla ekstremal vəziyyətlərdə uşa-
ğın öz valideynləri və digər qohumları ilə ünsiyyət hüququnun 
mahiyyətini açıqlayın. 
37. Uşağın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi 
ilə bağlı vəziy yət ekstremal vəziyyətdirmi? Belə hallarda uşağın 
öz valideynləri və digər qo hum ları ilə ünsiyyətinin qanunda han-
sı formaları nəzərdə tutulmuşdur? 
38. Beynəlxalq hüquqda hansı hədələr və qəsdlərdən uşağın 
müdafiəsi nəzər də tutulmuşdur (cavab verərkən Uşaq hüquqları 
haqqında Konvensiyanın 4, 16, 19 və 33-cü maddələrinə istinad 
edin)? Belə hallarda Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə hansı müdafiə tədbirləri nəzərdə tutulmuşdur?
39.  Uşağın  hüquqlarının  və  qanuni  maraqlarının  müdafiəsi 
kim tərəfindən hə yata keçirilir? Yetkinlik yaşına çatmayan öz hü-
quqlarının və qanuni maraq larının müdafiəsi hüququnu müstəqil 
şəkildə həyata keçirmək hüququna ma likdirmi?
40. Uşağın öz fikrini bildirmək hüququnun məzmununu açıq-
layın.  Uşaq  məhkəmə  istintaqı  və  inzibati  araşdırmaların  gedi-

95
şində dinlənilmək hüququna malikdirmi? Əgər malikdirsə, hansı 
hallarda və hansı şərtlərə riayət edilməklə?
41. Məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 
yaşına çatmış uşa ğın razılığı ilə qərar qəbul edə biləcəyi halları 
göstərin.
42. Uşağın ad, ata adı və soyad daşımaq hüququ necə həyata 
keçirilir?
43. Doğum haqqında şəhadətnamədə tapılmış uşağın adı, ata-
sının adı və soyadı hansı məlumatların əsasında yazılır?
44.  Uşağın  adı  və  soyadı  ilə  bağlı  valideynlər  arasındakı 
müba hisə kim tərə findən və hansı əsasla həll edilir?
45. On səkkiz yaşına çatana qədər uşağın adının və soyadının 
dəyişdiril məsinə icazə verilirmi? Əgər verilirsə, kimin xahişi və 
kimin icazəsi ilə?
46. Valideynlər ayrı yaşadıqda uşağın soyadının onunla bir-
likdə yaşayan vali deynin soyadına dəyişdirilməsi haqqında qərar 
qəbul edərkən müvafiq icra hakimiyyəti orqanı hansı halı nəzərə 
almalıdır?
47. Uşağın soyadının və adının dəyişdirilməsinin dövlət qey-
diyyatı hansı orqan tərəfindən həyata keçirilir? 
48. Uşağın əmlak hüquqlarını göstərin və onların mahiyyətini 
açıqlayın. 
49. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən 
məbləğ kimin sərəncamına daxil olur?
50.  Yetkinlik  yaşına  çatmayan  uşaqların  alimenti,  aliment 
ödəməli olan vali deynin arzusu ilə bankda yetkinlik yaşına çat-
mayan uşağın adına açılmış hesaba keçirilə bilərmi? 
51.  Yetkinlik  yaşına  çatmayan  uşaqların  mülkiyyət  hüququ 
əldə etməsinin əsasını (üsulunu) göstərin. 
52. Uşaq ona məxsus əmlaka, mülkiyyət hüququna müstəqil 
sərəncam verə bilərmi? 
53.  Valideynlərə  və  uşaqlara  məxsus  olan  ümumi  əmlaka 
ümumi mülkiyyət hüququ ilə bağlı onlar arasındakı münasibətlər 
hüququn hansı sahəsinin norma la rı ilə tənzimlənir?

96
54. Uşağın əmlakının idarə edilməsi üzrə səlahiyyəti həyata 
keçirərkən vali deynlər hansı qaydaları rəhbər tutmağa borcludur-
lar? Bu qaydalar hüququn han  sı sahəsinin normaları ilə tənzim-
lənir? Bu qaydaların mahiyyətini açıqlayın.
55. Valideynlərin və uşaqların əmlakının ayrı olması prinsipi 
nədən  iba rət dir?  Birlikdə  yaşayan  valideynlər  və  uşaqlar  bir-
birinin əmlakından istifadə edə bilərmi və ya həmin əmlaka sa-
hiblik edə bilərlərmi?
56. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və 
vəzifələri nədən ibarətdir?
57.  Uşaqların  hüquq  və  mənafelərinin  müdafiəsi  sahəsində 
valideynlərin hü quq və vəzifələrinin məzmununu açıqlayın. Han-
sı  hallarda  valideynlər  öz  uşaqla rı nın  maraqlarını  təmsil  etmək 
hüququna malik deyillər?
58. Valideynlərin valideynlik hüquqlarının həyata keçirilmə-
sinin qayda və üsulları sahəsində qanun hansı tələbləri müəyyən 
etmişdir?
59. Valideynlik hüquqlarını uşaqların hüquq və maraqlarının 
zərərinə  hə ya ta  keçirən  valideynlər  üçün  qanunda  hansı  məsu-
liyyət tədbirləri nəzərdə tutul muşdur?
60. Yetkinlik yaşına çatmayan valideynlərin valideynlik hü-
quqlarını həyata ke çirməsinin məzmunu nədən ibarətdir? Yetkin-
lik yaşına çatmayan valideynlər nikahda olmadıqda valideynlik 
hüquqlarını müstəqil həyata keçirmək hüququna malikdirlərmi? 
61.  Uşaqların  tərbiyəsində  ailəyə  kömək  sahəsində  dövlət 
səciyyəli tədbirlər nə dən ibarətdir?
62.  Uşaqların  ümumi  orta  təhsil  almasının  təmin  edilməsi 
sahəsində valideynlərin hüquq və vəzifələrinin həyata keçirilmə-
sinin formalarını göstərin (cavab verərkən «Azər baycan Respub-
likasının 19 iyun 2009-cu il tarixli «Təhsil haqqında» Qanununa 
istinad edin).
63. Uşaqların tərbiyəsi və təhsilinə aid məsələlər valideynlər 
tərəfindən  necə  həll  edilməlidir?  Baxılan  məsələdə  valideynlər 

97
arasında yaranan narazılığı həll et mək üçün onlar hansı orqana 
müraciət etmək hüququna malikdirlər?
64.  Valideynlər  ayrı  yaşadıqda  uşaqların  yaşayış  yeri  necə 
müəyyən edilir? Va lideynlər ayrı yaşadıqda yetkinlik yaşına çatma-
yan uşaqların onlardan han sı nın yanında yaşaması ilə bağlı müba-
hisənin həlli zamanı məhkəmə hansı me yar ları rəhbər tutur? 
65. Uşaqlardan ayrı yaşayan valideynə qanun hansı hüquq və 
vəzifələr mü əyyən edir? Uşaqlardan ayrı yaşayan valideynin va-
lideynlik hüquqlarını həyata keçirməsi qaydasını göstərin. 
66.  Tərbiyə,  müalicə,  sosial  müdafiə  və  digər  müəssisələr 
uşaqlardan  ayrı  ya şa yan  valideynə  öz  uşağı  haqqında  məlumat 
verməkdən hansı hallarda imtina edə bilər? 
67. Uşaqla yaşayan valideyn digər valideynin uşaqla ünsiyyə-
tinə mane ol maq hüququna malikdirmi? Uşaqlardan ayrı yaşayan 
valideynlərin valideynlik hü qu qunun həyata keçirilməsi qaydası 
ilə bağlı valideynlər arasındakı mübahisə ləri hansı orqan həll edir?
68. Uşaqlardan ayrı yaşayan valideynlərin valideynlik hüqu-
qunun  həyata  ke çirilməsi  haqqında  məhkəmə  qərarını  yerinə 
yetirməyən təqsirkar valideynə han sı tədbirlər tətbiq edilə bilər 
(cavab  verərkən Azər baycan  Respublikasının  Mül ki-Prosessual 
Məcəlləsinin müvafiq müddəasından istifadə edin)?
69. Uşaqlardan ayrı yaşayan valideyn hansı hallarda uşağın 
onun tərbi yə si nə verilməsini məhkəmə qaydasında tələb edə bilər? 
70. Uşağın qohumlarından kimlər onunla ünsiyyət hüququna 
malikdir? Uşaq la ünsiyyətlə bağlı hüququn həyata keçirilməsi ilə 
əlaqədar uşağın valideyn lə ri ilə onun yaxın qohumları arasında 
meydana  çıxmış  mübahisələrin  həll  edil məsi  hansı  orqanların 
səlahiyyətindədir? 
71.  Valideynlərin  valideynlik  hüquqlarının  müdafiəsi  hüqu-
qunun  mahiy yə ti ni  açıqlayın.  Məhkəmənin  qətnaməsinə  və  ya 
qanuna əsaslanmadan uşağı özündə sax  la yan şəxsdən uşağı geri 
qaytarmaq  haqqında  valideynlərin  iddiasından  məh kə mə  hansı 
əsaslar olduqda imtina edə bilər? 

98
72.  Valideynləri  valideynlik  hüquqlarından  məhrumetmənin 
əsaslarını göstə rin. Valideynlik hüquqlarından məhrumetmə han-
sı qaydada həll edilir?
73. Valideynləri valideynlik hüquqlarından məhrumetmə haq-
qında iddia vermək hüququ olan şəxslərin dairəsini müəyyən edin.
74. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər üçün 
qanunda han   sı hüquqi nəticələr nəzərdə tutulmuşdur? Onlar hansı 
vəzifələrdən azad edil mirlər? Valideynləri (onlardan biri) valideyn-
lik hüquqlarından məhrum edilmiş uşa ğın hansı hüquqları saxlanı-
lır? Valideynlik hüquqlarından məhrumetmə ha lın da hansı müd-
dət keçdikdən sonra uşağın övladlığa götürülməsinə yol verilir? 
75. Hansı hallarda valideynlik hüquqlarını bərpa etmək müm-
kündür? Bu mə sələ hansı orqan tərəfindən və kimin ərizəsi əsa-
sında həll edilir? Azərbaycan Res publikasının Ailə Məcəlləsinin 
67-ci  maddəsində  valideynlik  hüquqlarının  bər pa sı  üçün  hansı 
məhdudiyyətlər nəzərdə tutulmuşdur? 
76.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılması  nədən 
ibarətdir? Vali deyn lik hüquqlarının məhdudlaşdırılmasının hansı 
əsasları  vardır?  Valideynlik  hüquq larının  məhdudlaşdırılması 
işinə hansı qaydada baxılır? 
77.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılmasının  hüquqi 
nəticələrini gös tərin. Bu hüquqi nəticələrin valideynlik hüquqla-
rından məhrumetmənin hüquqi nəticələrindən fərqi nədir? 
78.  Valideynlərinin  (onlardan  birinin)  valideynlik  hüquqları 
məhdudlaş dı rıl mış uşağın hansı hüquqları saxlanılır?
79. Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaş dı-
rıl an valideyn lərin uşaqları ilə əlaqələri mümkündürmü?
80. Hansı hallar olduqda valideynlik hüquqlarının məhdudlaş-
dı rıl masının ləğv edilməsinə yol verilir və hansı qaydada?
81. Hansı hallar məhkəməyə valideynlərin (onlardan birinin) 
valideynlik  hü quq larının  məhdudlaş dı rıl masının  ləğv  edilməsi 
haqqında iddiasını rədd etmək hüququ verir? 
82. Hansı hallarda qanun qəyyumluq və himayə orqanı tərə-
findən uşağın onun valideynlərindən (onlardan birindən) alınma-

99
sına icazə verir? Uşaq alındıq da qəyyumluq və himayə orqanının 
üzərinə hansı vəzifələr qoyulur?
83. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə 
baxılarkən  qa nun  qəyyumluq  və  himayə  orqanlarının  iştirakını 
onların üzərinə bir vəzifə kimi han sı məqsədlə qoyur?
84. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə 
baxılarkən qəy  yumluq və himayə orqanlarının iştirakının forma-
larını açıqlayın. 
85. Uşaqların tərbiyəsi ilə bağlı işlər üzrə məhkəmə qətnamə-
lə rinin icra edilməsi qaydasını göstərin. 
86. Uşaqların tərbiyəsi ilə bağlı işlər üzrə məhkəmə qətnamə-
sinin icra edil məsinə mane olan valideynə (onu əvəz edən şəxsə) 
hansı tədbirlər tətbiq oluna bilər?
87. Uşağın alınıb başqa şəxsə verilməsi ilə əlaqədar məhkəmə 
qətnaməsinin məcburi icrası necə həyata keçirilir? Uşağın veril-
məsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan 
vurmadan icra olunmasının mümkün olmamasının hüquqi nəticə-
ləri nədir? 


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə