FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul üzrə FƏLSƏFƏ fənnindən proqram bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi şurasının


On beşinci mövzu: Fəlsəfədə şüur problemi



Yüklə 52,05 Kb.
səhifə7/11
tarix30.08.2023
ölçüsü52,05 Kb.
#140962
1   2   3   4   5   6   7   8   9   10   11
proqram - Felsefe - doktoranturaya qəbul - azerb

On beşinci mövzu: Fəlsəfədə şüur problemi
Şüurun öyrənilməsinin əhəmiyyəti. Şüur yüksək təşəkküllü materiyanın – insan beyninin xassəsi kimi. Inikas anlayışı. Inikasın formaları.
Şüura fəlsəfi yanaşmanın əsas aspektləri. Şüurun mənbələri və strukturu.
Özünüdərk və onun formaları. Şüur və təfəkkür. Dərrakə və zəka. Ağıl və müdriklik. Şüur, dil və kibernetika. Qeyri-şüurinin məzmunu. Freydizm nəzəriyyəsi. Arxetiplər təlimi [1], [2], [3], [4], [12].
On altıncı mövzu: Fəlsəfi antropologiya
Fəlsəfədə insan probleminin yeri. Fəlsəfi fikir tarixində insan probleminin qoyuluşu. Azərbaycan ictimai fikir tarixində insanın izahı.
İnsanın və cəmiyyətin mənşəyi - antropososiogenez. Onun kompleks xarakteri. Əmək nəzəriyyəsi, mutasiya təlimi və kosmosentrizm nəzəriyyələri.
Insanın mahiyyəti. İnsanın təbiətində bioloji və sosialın nisbəti. İnsan – biososialpsixikosmik varlıq kimi.
Insanın tipologiyası. Həyatın mənası. Insanın mənəvi həyatında ölüm və ölməzlik problemi. Ölmək hüququ və evtanaziya. Insanın inkişafında nitqin, dilin və şüurun rolu.
Insan, fərd, fərdiyyət və şəxsiyyət anlayışları. Insan və bəşəriyyət [1], [2], [3], [4], [5], [21], [14], [22], [23], [34], [35].
On yeddinci mövzu: Təbiət fəlsəfi dünyagörüşü sistemində
Təbiət anlayışı. Təbiətin ümumi anlamı. İnsan-təbiət münasibətlərinin əsas tarixi mərhələləri. Təbiətin təşkili və struktur səviyyələri.
Təbiət və cəmiyyət. Təbiət və süni mühit. Coğrafi mühitin insana təsiri. Coğrafi determinizm təlimi. Elmi-texniki tərəqqi və ekoloji böhran. Ekoloji problemlərin həlli yolları [1], [2], [3], [4], [5], [37].
On səkkizinci mövzu: Cəmiyyət özüinkişaf edən sistem kimi
Cəmiyyət özünəməxsus varlıq – maddi-ideal reallıqdır. Cəmiyyət və onun inkişaf qanunauyğunluqları sosial fəlsəfənin predmeti kimi. Cəmiyyətin izahına dair nəzəri baxışlar.
Cəmiyyətin idealist izahının mahiyyəti. İctimai həyata müxtəlif münasibətlərin xaotik və təsadüfi məcmusu kimi yanaşılması. Cəmiyyətin ayrı-ayrı fərdlərin mexaniki birliyi kimi götürülməsi.
Coğrafi determinizmin mahiyyəti. Geopolitika konsepsiyası.
Sosial həyatın materialist izahının əsasları. Maddi və ideoloji münasibətlər. İctimai varlıq və ictimai şüur anlayışları.
Sosial fəlsəfənin dünyagörüşü və metodoloji, nəzəri və proqnostik funksiyaları. Sosial fəlsəfənin humanitar biliklər sistemində yeri [1], [2], [3], [4], [38].

Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin