Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə78/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   74   75   76   77   78   79   80   81   ...   86
Filologiya 2021 2

Elnarə Qəmbərova
 
138 
Mədəni-kütləvi tədbirdən sonra fəaliyyətyönümlü yanaşmaya müvafiq olaraq bədii mətn 
haqqında rəy formalaşdırmaq üçün ikinci sorğunun cavablarını topladıq. Anketimiz iki 
istiqmətdəhazırlanmışdı: əsərin oxunuşu və tapşırıqlarıın hazırlanması. 
Mədəni-kütləvi tədbirdən sonra rəy/feedback.
Nəticələrin təhlili. Birinci istiqamət. 
Tələbələrin əksəriyyəti əsəri məmnuniyyətlə oxuduqlarını bildirdilər: əsər maraqlı mövzuya 
həsr olunub, idman və jurnalistika hər ikisi onlar üçün maraqlıdır və eyni zamanda ata və 
oğulun oxşar tale və fəıaliyyələri maraq doğurur. Bəzi tələbələr isə, mətnin sadəvə axıcı 
üslubunu qeyd etdi.Tapşırıqlarla bağlı cavablar da müsbət oldu. Bu tapşırıqlar tələbələrin 
potensial imkanlarını üzə çıxardı, yaradıcı və zənginləşdirici tapşırıqlar idi, demək olar ki, 
hamısı öz nailiyyətlərindən sevinir və fəxr edirdi. Tələbələrin əksəriyyəti “stresssiz” fəıaliyyəin 
əyləncəli tərəfini ifadə etdi. Müəllimlər də işin cəlbedici, lakin çətin olduğunu bildirdilər. Fərqli 
şifahi və yazılı tapşırıqlar onları cəlb etmək və uğur qazandırmaq üçün kifayət qədər zəif olan iki 
qrupla da aparıldı. 
İkinci istiqamətin təhlili. Mədəni-kütləvi tədbirin təşkilində tələbələrin fəallığı və həvəsi 
açıq-aydın görünürdü. Nümayiş zamanı diqqətəlayiq dinamizmin və bağlılığın şahidi olduq. 
Tələbələr də, müəllimlər kimi, tədbirin uğurlu keçməsini arzuladılar və buna yetərincə səy 
göstərdilər. Doğrudan da, bu müsbət hal bədii mətnin düzgün seçildiyini və qəbul edilən 
yanaşmanın uğurunu nümayiş etdirdi. Müəllimlər və tələbələr təsdiqlədi ki, tədbir uğurlu keçdi 
və bu təcrübənin təkrarlanması çox müsbət haldır. Bu tədbirdən sonra bədii mətnlə bağlı dil 
müəllimlərinin də fikirlərini topladıq. Onların fikrincə, tapşırıqlar yaradıcı və həvəsləndirici olsa 
da, xüsusilə səviyyələrin heterojenliyinə, müxtəlifliyinə, fərqliliyinə görə çətin idi. Buna 
baxmayaraq, müəllimlər bədii mətnin yeni formaya uyğunlaşdırılmış tədrisinin tərəfdarıdırlar. 
Hamı fəaliyyətyönümlüyanaşmaya müvafiq olaraq sistemli şəkildə aparılan tapşırıqların 
tələbələrin gizli potensialını aşkar etməsinimaraq və heyrətlə qarşıladı. Oxu, yazı, incəsənət, şeir, 
rəsm və mədəni aspektləri birləşdirərək uğur qazanmaq mümkün olduğuna əmin oldular. 
Güclü tərəflər. Bu model sayəsində biz tələbələrimizin linqvistik bacarıqları ilə yanaşı,geniş 
auditoriya qarşısında ingilis dilində özünəinamlı çıxışlarını, sərbəst fikir ifadə etmək 
bacarıqlarını formalaşdırmağa nail olduq. 
Fəaliyyətyönümlü yanaşmaya müvafiq didaktik modelin tətbiqi aşağıdakı müsbət 
məqamları vurğulamağa imkan verdi: 
- Kollektiv fəaliyyəti təşkil etmək. 
- Özünüqiymətləndirmə prosesini təkmilləşdirmək. 
- Tapşırıqları səviyyələrin müxtəlifliyinə uyğunlaşdırmaq. 
- Yaradıcılığa cəlb emək. 
- Seçə bilmək bacarıqlarını təkmilləşdirmək. 
- İngilis dilində danışmağasövq etmək. 
- Fonetik və intonasiya korreksiyasını kontekstləşdirmək: sosial kontekstdə yerləşdirilmiş 
para-verbal elementlər (səs, axın, vurğu). 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin