Fəaliyyətyönümlü yanaşmaya (aksionel yanaşma) uyğun olaraq Azərbaycan universitetlərində ingilis dili dərslərində bədii mətnlərin tədrisi 137 təmin olunur, digər tərəfdən, mədəni məqsədlərlə digər qruplarla, ədəbi-bədii qabiliyyətləri,
musiqi bacarığı olanlarla müştərək iş birliyində hərtərəfli inkişaflarına zəmin yaranır.
Əvvəlcə tələbələr davamlı olaraq danışdılar, əsırin xülasəsini və hazırladıqlarını təqdim
etdilər və beləliklə də, yoldaşlarına bütöv bir layihə təqdim etdilər.İkincisi, onlar ictimaiyyətlə
əlaqə saxladılar. Həqiqətən, motivasiyalı və yaxşı məlumatlı, İngilis dilli və incəsənət təhsilli,
musiqi qabiliyyətli tələbələr birgə bu layihədə iştirak etdi, əsəri tez oxuyub,mənimsəyib, bədii-
musiqili təqdimat etdilər.
Mikro tapşırıq 2 :
Interview with a writer / author Yazıçı/Müəllif ilə müsahibə.
Mikro tapşırıq 2 tələbələri müsahibə kimi xüsusi yazı növünün başa düşülməsinə və onları
hazırlamaq bacarıqlarına yiyələnməyə kömək edir.Görüşdəmüəllifdən soruşmaq üçün bir sıra
suallar tərtib olunur. Universitet tələbələriakademik səviyyədə ətraflı didaktik unsiyyət
situasiyası yaratmaq üçün səy göstərirlər.
Tələbələr yeni praqmatik bacarıqlar əldə edirlər (ədəbi əsərin məzmununundan başlayaraq
yazıçı ilə müsahibəyədək), eləcə də dil (nitq aktlarını mənimsəmək: təqdim etmək, sorğu-sual
etmək) və nitq bacarıqlarını inkişaf etdirmək (yazıçı ilə ingiliscə danışmaq, auditoriya ilə inamla
ünsiyyət qurmaq...).
Mikro tapşırıq 3 :
Participate in an interactive creativity workshop. Yaradıcı interaktiv fəaliyyət qurmaq.
Bu tapşırıqla ədəbi, bədii və mədəniyyətlərarası məsələlərlayihədəöz əksini tapdı.İdman və
jurnalistika mövzusu vasitəsilə tələbələr fəallığa, qoçaqlığa, cəsurluğa, özünəinama, dostluğa,
tolerantlığa, ümidə, vətən sevgisinə səslənirdilər.
Növbəti tapşırıq əsərdən ilhamlanaraq şeirlər yazmaq oldu.
Compose poems inspired by the work. Bu mikro tapşırıq arzu, sevgi, zövq alma kimi duyğuları yazı praktikasına birləşdirdi və
müzakirələri gücləndirdi. Tələbələr müəllimləri ilə birlikdə qafiyələnməni yoxladılar və sonra
poetik baza yaradıldı. Əsərin kollektiv oxusu məzmunun mənimsənilməsindən şeir yazmağa
qədər yaradıcı tapşırıqla nəticələndi. Leksik tapşırıqlara qayıdış qruplarda bir neçə yazı və
düzəliş testindən sonra mətnə dördlüklər yazmağa imkan verdi. Tələbələr çox həvəs və maraqla
işlədilər, qafiyə seçdilər, hecaları saydılar, zamanın necə keçdiyini görmədən söz axtardılar.
Beləliklə, əsərin leksikası sadə və poetik üslubda qafiyələnməyə imkan verir.
Tələbələr bu oyun-tapşırıq vasitəsilə əsərin məzmununu poetik formada yenidən yazmaq,
ciddi iş görmək, yoxlamaq, özünüqiymətləndirməik və yenidən tərtib etmək bacarıqlarına
yiyələnirlər.
Establish an intercultural study between a literary work and a painting :
Ədəbi əsərlə rəsm əsəri arasında mədəniyyətlərarası əlaqə qurun.
Məzmunla rəsm arasındakı əlaqə mövzunun daha yaxşı mənimsənilməsini təmin edir.
Didaktik modelin qiymətləndirilməsi