Leyla Mahmudova
128
keşməkeşli yol keçmiş, onu yaradanların dünyagörüşünü, meyl və maraqlarını, arzu və
istəklərini poetik nümunələrdə yaşatmışdır. Bədii ədəbiyyatın
tarixini, onun xalqın və
ümumiyyətlə, bəşər cəmiyyətinin tarixi inkişafı ilə bağlılığını öyrənib şərh edən ədəbiyyat tarixi,
hələ yazılı ədəbiyyat mövcud olmadığı dövrlərdən indiki dövrə qədər xalq yaradıcılığından
qaynaqlanan bədii ədəbiyyatın zəmanəmizə qədər keçdiyi böyük, mürəkkəb tarixi inkişaf
yolunu elmi surətdə işıqlandırmış və işıqlandırmaqdadır.
Ədəbiyyat tarixi keçmişdə yaranmış ədəbi abidələrin təsviri deyil,
bəlkə həmin əsərlərlə
birlikdə onlara əsaslanaraq xalqın mənəvi aləminin, ictimai mübarizəsinin tarixini izləmək
deməkdir. Müxtəlif dövrlərdə ayrı-ayrı hadisələrə cavab verən bədii əsərlər xalqın hislərini,
sevincini, kədərini, qəzəbini, məhəbbət və nifrətini, inam və əqidəsini, məslək və dözümlülüyü-
nü
əks etdirdiyi, zəmanəsinin əks sədası olduğu üçün onların vasitəsilə xalqın duyğu və
düşüncələrinin tarixini izləyirik.(1, səh.4 )
Ədəbiyyatımızın tarixi inkişafı bir sıra elm xadimlərimiz tərəfindən tədqiq edilmiş, bu
tədqiqat ətrafında tutarlı əsərlər yazılmış, elmi araşdırmalar aparılmışdır. “Azərbaycan
ədəbiyyatı tarixi 7 cilddə”,Y.Qarayevin “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər”, В.Əh-
mədovun “XX əsr Azərbaycan ədəbiyyatı tarixi 3 cilddə”,B. Şəfizadə “Azərbaycan ədəbiyyatı
tarixi”,E. Əlibəyzadə “Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər)”.“Azərbaycan
Ədəbiyyatı tarixi 6 cilddə”, Y.Babayevin “Azərbaycan Ədəbiyyatı tarıxı”, Ə.Səfərli Azərbaycan
“Ədəbiyyatı tarixi” və sairə bu sahədə yazılmış qiymətli əsərlər bu araşdırmaların tutarlı
nəticələridir.Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi
təsnifatı adlı məqaləsində tarixi dövrləşməni tədqiq edərək yazır ki, Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsinin müasir konsepsiyası üçün müəyyən edilmiş meyarlar ədəbiyya-
tımızın çoxəsrlik tarixində baş vermiş ictimai-mədəni və ədəbi-tarixi prosesslərin reallıqlarını,
keçilmiş inkişaf yolunun özünəməxsusluqlarını obyektiv şəkildə
özündə əks etdirməyə imkan
yaradır. Ədəbi-tarixi proseslərin reallıqları dedikdə isə Azərbaycan ədəbiyyatının təbii
məntiqindən, daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki
ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Bu üzvi əlaqə nəzərə
alınmadan milli ədəbiyyat tarixinin inkişaf yolunun obyektiv dövrləşdirilməsini müəyyən etmək
çox çətin olar. Qeyd olunan prinsiplər Azərbaycan ictimai-mədəni fikrinin və ədəbiyyatının
əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca məzmununu,
əsas inkişaf
istiqamətlərini özündə əks etdirir. Burada hər hansı bir kənar ideologiyanın diqtəsi ilə təklif
olunan meyllər özünə yer almamışdır. Akademik tarixi dövrləşmə mərhələlərinin təsnifatını
verərək mövzunu daha da konkretləşdirir.
Dostları ilə paylaş: