Ailənin fövqəladə hallara hazırlıq planı: X
Yaşadığınız bölgə üçun xarakterik olan fövqəladə halları əvvəlcədən mü-
əyyən edin;
X
Həmin fövqəladə hallara hazırlıq, onların qarşısının alınması və nəticələ-
rinin aradan qaldırılmasına dair davranış qaydalarını öyrənin, ailənin hər
bir üzvünün bilməsinə əmin olun;
X
Çalışdığınız yerlərdə (iş yeri, məktəb, bağça və s.) fövqəladə hal planı
(təxliyə planı) ilə tanış olun;
X
Ailə üzvlərinizlə kənarda görüş yeri təyin edin. Əmin olun ki, ayrı düş dükdə
hamı bir-biri ilə nə vaxt və necə əlaqə saxlayacağını bilir;
X
Aidiyyəti qurumlardan başqa, fövqəladə hallar zamanı əlaqə saxlaya bilə-
cəyiniz yaxın bir adam müəyyən edin. Bütün ailə üzvləri o şəxsin telefon
nömrəsini və ünvanını bilməlidir. Fövqəladə haldan sonra həmin şəxsə
zəng edin, olduğunuz yeri və hər şeyin qaydasında olub-olmadığını söy-
ləyin;
X
Ev heyvanı saxlayırsınızsa, fövqəladə hallar zamanı onun təhlükəsizliyini
necə təmin edəcəyinizi müəyyən edin. Çünki ev heyvanları belə hallar
zamanı yaradılan sığınacaqlara buraxılmır.
Plan hazırlandıqdan sonra aşağıdakılara əməl edilməlidir: X
Ailənizlə fövqəladə hallara hazırlığı birlikdə müzakirə edin və əmin olun ki,
hər kəs öz rolunu bilir;
X
Planınızı mütəmadi məşq edin, ailə üzvlərinin plan haqqında biliklərini
müntəzəm olaraq yoxlayın;
X
Ehtiyat çantasını vaxtlı-vaxtında yoxlayın, istifadə müddəti bitmiş məh-
sulları təzələyin.
Q qayda
Yadda saxlayın! X
Fövqəladə hal baş verən zaman “112” qaynar xəttinə zəng etməyi və hansı
məlumatları verəcəklərini uşaqlara öyrədin;
X
Qaz və elektrik enerjisinin şəbəkədən necə ayrıldığını hər kəs öyrənib
yadda saxlasın;
X
Vacib sənədlərinizi təhlükəsiz yerdə saxlayın və onların bir surətini etibar
etdiyiniz şəxsə verin.
Layih
ə