Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə123/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

S
/
T
su
al ta
p
şırıq
1. 
Hər hansı fövqəladə hadisə zamanı zərərçəkənə göstərilən ilk tibbi yardı­
mın əhəmiyyətini əsaslandırın.
2. Sizcə, ilk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirləri müəyyən 
ardıcıllıqla icra etməyin səbəbi nədir?
3. Zərərçəkənin əlaltı vasitələrlə təxliyə edilməsini praktiki yerinə yetirin.
4. Süni tənəffüsvermədən əvvəlki tədbirləri əsaslandırın.
5. Qanaxmanın saxlanmasını əl altında olan vasitələrlə praktiki yerinə yetirin.
Layih
ə


185
33. ZƏDƏLƏNMƏLƏRİN PROFİLAKTİKASI
Fərdi tibbi qoruyucu vasitələr fövqəladə hadisələr zamanı ilk tibbi yardımın 
göstərilməsi üçün zəruri olan sadə vasitələrdir. Bunlardan istifadəetmə qay da-
larını hər kəs bilməlidir.
Fərdi tibbi qoruyucu vasitələr müxtəlif fövqəladə hallar və qəzalar zamanı 
hansı əhəmiyyətə malikdir?
Texnogen qəzalar və təbii fəlakətlər zamanı insanlar zədələrə məruz qalır, 
zəhərləyici və radioaktiv maddələrin təsirindən zəhərlənirlər. Bütün bu hallarda 
tibbi qoruyucu vasitələr sizin birinci, ən uyğun və sadiq köməkçiniz olacaq.
Fərdi sarğı 
paketi
Fərdi 
dərman 
qutusu
Ev üçün 
dərman 
qutusu
Zəhərli 
kimyəvi 
maddələr 
əleyhinə 
paket
Fərdi tibbi qoruyucu 
VASİTƏLƏR
Fərdi sarğı paketi
Fərdi sarğı paketindən yara səthinə birincili sarğı qoyulması məqsədilə 
istifadə edilir. O, bintdən (10 sm enində, 7 m uzunluğunda) və iki ədəd pambıq-
cuna yastıqcıqdan ibarətdir. Yastıqcıqlardan biri hərəkətsiz halda bintin bir 
kənarına tikilib, digər yastıqcıq isə bint uzunu hərəkətlidir. Adətən, bint və yas-
tıqcıqlar mumlanmış kağıza bükülmüş halda sellofan və ya perqament kağı-
zından olan üzlüyə (çexola) yerləşdirilir. Paketin içində eyni zamanda sancaq 
da olur. Üzlüyün üzərində paketdən istifadə qaydası yazılır.
Layih
ə


186
Paketdən istifadə edərkən onu sol əldə tutub sağ əl ilə üzlüyün çərtilmiş kə-
narından dartmaq, yapışdırılmış hissəni qoparmaq və içərisindəki mumlanmış 
paket və sancağı çıxarmaq lazımdır. Kağız örtüyün büküşündən sancağı çıxa rıb 
müvəqqəti olaraq göz önündə paltara bərkidilir. Mumlanmış kağız örtüyü 
ehtiyatla açıb sol əl ilə bintin pambıq-cuna yastıqcıq tikilmiş kənarından tutulur 
və sağ əl ilə bint açılır. Bu zaman ikinci yastıqcıq sərbəst açılır ki, onu bint boyu 
hərəkət etdirmək mümkün olsun. Yastıqcıqların bir üzü qırmızı saplarla tikilib. 
Vacib olduqda yardım göstərən əlləri ilə yalnız yastıqcığın bu üzünə toxuna bilər.
Yastıqcıqların digər tikişlər olmayan səthi yaranın üzərinə qoyulur. Kiçik 
yaralanmalarda yastıqcığın biri yara üzərinə qoyulur. Böyük ölçülü yara və 
yanıqlarda isə hər ikisindən yanaşı şəkildə istifadə edilir. Deşilmiş ikitərəfli 
yaralarda yastıqcığın biri yaranın giriş, digəri isə çıxış hissəsinə qoyulur. Sonra 
dairəvi gedişlə yara bintlənib sancaqla bərkidilir. Paketin üzlüyünün daxili səthi 
steril olduğu üçün onlardan hermetik sarğılarda istifadə edilir. Paket əleyh-
qazlar üçün olan xüsusi çantalarda və ya paltarın cibində saxlanılır.
Layih
ə


187

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin