Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə15/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

İntizam Nizamnaməsi
Komandir Azərbaycan Respublikasının Konstitusi yasına və qanunlarına 
əməl edilməsi, Hərbi andın və hərbi nizam namələrin tələblərinin, əmr və sərən
-
camların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim öz tabeliyindəki hərbi 
qulluqçulara nümunə olmalıdır.
Komandir Vətənin müdafiəsi naminə tabeliyindəki hərbi qulluqçulardan 
hərbi intizama və qayda-qanuna riayət olunmasını qətiyyətlə tələb etməlidir.
Layih
ə


28
Hər bir komandir Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabe-
liyində olan hərbi qulluqçuları ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlə-
rinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir.
Hərbi intizamın möhkəm olmasında manqa komandirinin rolu nədən ibarətdir?
Komandirlər tabeçiliklərində olan ayrı-ayrı hərbi qulluqçulara və bölmənin 
bütün şəxsi heyətinə həvəsləndirmələr tətbiq edə bilərlər. 
Müddətli xidmət dövründə həvəsləndirmə məqsədilə əsgərlərə, matroslara 
və çavuşlara bir dəfə qısamüddətli məzuniyyət verilir.
Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan 
əsgərlər, matroslar və çavuşlar təltif edilirlər.
Hərbi qulluqçuların həvəsləndirilməsi barədə əmrin elan olunması zamanı 
onlara, adətən, mükafatlar da təqdim edilir. Həmçinin hərbi qulluqçu nun öz 
hərbi borcunu nümunəvi yerinə yetirməsi barədə yaşadığı yerə, yaxud əvvəlki 
iş yerinə göndərilən məktubun mətni oxunur.
Hərbi qulluqçunun adının hissə 
Fəxri kitabına
yazıldığı elan edildikdə ona 
bu barədə hissə komandirinin qol çəkdiyi tərifnamə təqdim edilir.
Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir ona 
vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
Komandir tabeçiliyində olan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya
onun fikrincə, daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
Əsgərlərin və matrosların nalayiq 
hərəkətləri bölüklərin, batareya la rın, ta-
borların və bunlara müvafiq böl mə lərin 
şəx si heyətlərinin yığıncaq la rında; ça
-
vuşların nalayiq hərəkətləri isə ta bor-
ların, diviziyaların və bunlara mü vafiq 
böl mələrin çavuşlarının yığın caqlarında 
müzakirə edilir.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin