Saatdarların dəyişilməsi Növbə saatdara 10–15 addımlığa qədər yaxınlaşdıqda dəyişdirici
“Növbə – DAYAN” komandası verir və qarovul nəfərlərinin birinə posta və onun giriş
yerlərinə nəzarət etməyi əmr edir. Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə
tərəf durur və müstəqil surətdə avtomatı
“Qayışa” vəziyyətini alır. Dəyişdirici
saatdara
“ FARAĞAT” , qarovul nəfərinə
“Əsgər Vəliyev, posta addımla – MARŞ” komandası verir. Saatdar bir addım sağa çəkilir, qarovul nəfəri saatdara
yaxınlaşır və üzü saatdara tərəf onun yerində dayanır. Dəyişdiricinin
“Saatdar, postu təhvil ver” komandası ilə saatdar və qarovul nəfəri başlarını bir-birinə
tərəf çevirir. Saatdar postunun nömrəsini deyir, postlar tabelinə əsasən bütün
mühafizə edilənləri sadalayır və eyni zamanda növbə çəkərkən post yaxınlı
-
ğında gör düklərini söyləyir. Dəyişdiricinin
“Qarovul nəfəri, postu qəbul et” komandası ilə qarovul nəfəri dəyişdiricinin iştirakı ilə mühafizə olu nan obyekti
dolanaraq saxlancların, anbarların pəncərə və divarlarının sazlı ğını, maşınların,
döyüş texnikasının sayını yoxlamağa borcludur.
Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qaro-
vul nəfəri mühafizə olunan obyektin əks tərəfinə üzlərini tutaraq dayanır və növbə
ilə məlumat verir. Məsələn:
“Yoldaş çavuş. Əsgər Quliyev filan nöm rəli postu təhvil verdi” ;
“Yoldaş çavuş, Əsgər Vəliyev filan nömrəli postu qə- bul etdi” .
Q qayda
Saatdarlar hər iki saatdan bir, cüt, yaxud tək saatların başlanğıcında də yişilirlər.
Havanın temperaturu –20°C və daha aşağı şaxtada, kölgədə +30°C və ondan
yuxarı olduqda saatdarlar bir saatdan bir dəyişilirlər.