58
8. TAQIMIN QURULUŞU
Hərbi hissənin yerləşdiyi ərazidən və yerinə yetirəcəyi döyüş tapşırığın dan asılı olaraq
mexanikləşdirilmiş taqım piyadaların döyüş maşını üzərində, motoatıcı taqımlar
zirehli transportyor və yaxud avtomobil üzərində ola bilir.
Motoatıcı taqımın quruluşunun onun döyüş tapşırığını yerinə yetir məsinə təsirini necə
başa düşürsünüz?
Əziz gənclər! Bilirsiniz ki, Çağırışaqədərki hazırlıq fənninin tədrisi prose
-
sində şagirdlərdən manqa və taqım komandirləri təyin olunub. Tədris ili ər
-
zində, xüsusən də hərbi idman bayramı zamanı onların fəaliyyəti ilə tanış oldu
-
nuz. Dərslərin gedişində ən kiçik bölmə olan manqanın quruluşunu və döyüş
imkanını öyrəndiniz. Bu il isə manqadan bir pillə yuxarı bölmə olan taqımın qu
-
ruluşunu öyrənəcəksiniz.
Motoatıcı taqım
idarəetmə və atəşlə himayə qrupundan və üç motoatıcı
manqadan ibarətdir. Motoatıcı manqanın quruluşunu 10-cu sinifdə öyrəndiyiniz
üçün bu dərslərdə idarəetmə və atəşlə dəstək qrupunun quru luşunu öyrən sək,
artıq taqımı da öyrənmiş olacaqsınız.
İdarəetmə və atəşlə dəstək qrupunun tərkibinə taqım komandiri, taqım ko
-
mandirinin müavini, snayper, bilavasitə taqım komandirinə tabe olan atəş va
-
sitələri və əmrə verilmiş bölmələr daxildir.
Bu qrup düşmənin canlı qüvvəsini,
yüngül zirehli və zirehsiz texnikalarını məhv edir, həmçinin başqa döyüş tap-
şırıqlarını yerinə yetirir.
Dostları ilə paylaş: