Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə45/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

11. TAQIMIN DÖYÜŞ DÜZÜLÜŞÜ
Taqım (manqa) müəyyən olunmuş obyektə hücum etmək və onu ələ keçir mək üçün 
əvvəl bir neçə taktiki tapşırığı ardıcıl yerinə yetirməlidir. Bunlar çıxış mövqeyindən 
hücuma keçmə həddinə irəliləmə, döyüş düzülüşü ele ment lərinə açılma və düşmənə 
yaxınlaşmadır.
Motoatıcı taqımın döyüşqabağı və döyüş düzülüşü anlayışını necə başa dü şürsünüz?
Səfər düzülüşü
bölmələrin ardıcıl kolonlarla 
hərəkət etməsi üçün düzü lüşdür. O, marşda, 
təqibdə, manevr icra edəndə tətbiq olunur. Səfər 
düzülüşü yük sək hərəkət sürətini, döyüşqabağı 
və döyüş düzülüşünə tez açılmanı, düşmənin 
atəşlərindən daha az zərər görməni, dayanıqlı 
idarəetməni təmin edir.
Döyüşqabağı düzülüş
bölmələrin cəbhə boyu və 
dərinliyə yayılaraq kolonlarla hərəkət etməsi 
üçün düzülüşdür. O, döyüş düzülüşünə tez 
açılmanı, düşmənin atəşlərindən daha az zərər 
görməni, maneələrin dəf edilməsini və dayanıqlı 
idarəetməni təmin edir.
Döyüş düzülüşü 
bölmələrin döyüş aparması üçün düzülüşdür. O, 
aşağıdakıları təmin edir:
X
döyüş tapşırığının uğurla yerinə yetirilməsini;
X
bölmələrin döyüş imkanlarından tam isti fadə olunmasını;
X
səylərin seçilən istiqamətdə vaxtında cəmləşdiril mə sini;
X
düşmənə atəşlə zərərvurmanın nəticələrindən və əlverişli 
ərazi şərtlərindən cəld yararlanmanı;
X
döyüşün gedişində manevrin hə yata keçirilməsini;
X
düşmənin zərbə və atəşlərindən daha az zərər görməni;
X
idarə edilməsinin fasiləsiz saxlanmasını.
Tapşırıqların yerinə 
yetirilməsi zamanı 
şəraitdən asılı olaraq 
motoatıcı taqımın 
döyüş düzülüşü:
Layih
ə


75
Marş
Marş motoatıcı taqımın əsas hərəkət qaydasıdır. Bundan başqa, taqım də-
mir yolu, su və hava nəqliyyatı vasitəsilə daşına bilər. Taqım istənilən şəraitdə 
marşa daim hazır olmalıdır.
Taqımın bölük tərkibində marş keçirməsi və ya səfər mühafizəsinin tərki-
binə təyin olunması mümkündür.
Taqım düşmənin aviasiya zərbəsi, hava desantlarının və kəşfiyyat-təxribat 
qruplarının tətbiqi, yolların dağıdılması şəraitində marşa daim hazır olmalıdır. 
Bu, şəxsi heyətdən yüksək bacarıq tələb edir.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin