T
Ə
S
İ
RL
Ə
R
97
daxili dialoq problemsiz davam edir.
Ənənəvi ailə birliyi getdik-
cə daha çox transmilli ailə şəbəkələri ilə əvəz olunur.
— Əmək bazarlarının yenidən formalaşması:
İşçilərin mobilliyi
yerli əmək bazarlarını yaxşı və ya pis istiqamətdə transformasi-
ya etmək imkanına sahibdir. Bir tərəfdən, inkişaf etməkdə olan
ölkələrdəki işçilər inkişaf etmiş dünyanın əmək bazarlarında
qarşılanmayan bir çox bacarıq səviyyələrinə
cavab verə biləcək
insan resursları ehtiyatını formalaşdırır. Qabiliyyətlərin mobil-
liyi, yaradıcılıq, sənaye innovasiyası və əməyin səmərəliliyi üçün
hərəkətverici qüvvədir. Digər tərəfdən isə miqrant işçilərin yer-
li əmək bazarlarında iştirakı eff ektli bir şəkildə idarə olunmasa,
ev sahibi ölkələrdə əmək haqqı problemlərinə və sosial qarışıq-
lıqlara
səbəb ola bilər, həmçinin də miqrantların ölkələrinin
qiymətli insan kapitalından məhrum olmasına gətirib çıxarar.
Rəqəmsal inqilab fiziki mobilliyi tamamlayan və asanlaşdıran
yeni rabitə və “mobillik” fürsətləri yaratdı. İndi fiziki, rəqəmsal və bi-
oloji dünyaların birləşməsi zaman/məkan məhdudiyyətlərini mobil-
liyi təşviq edəcək tərzdə daha da aşdıqca, böyük ehtimalla dördüncü
sənaye inqilabı da oxşar təsir yaradacaqdır.
Bu səbəbdən, dördüncü
sənaye inqilabının əsas çağırışlarından biri faydaların tamamilə əldə
oluna bilməsi üçün suverenlik hüquq və öhdəliklərini fərdi hüquq
və istəklərlə birləşdirmək, milli təhlükəsizlik ilə şəxsi təhlükəsizliyi
əlaqəndirmək və artan fərqlilik şəraitində sosial ahəngi qorumanın
yollarını taparaq insan mobilliyini idarə etmək olacaqdır.
Mənbə:
Global
Agenda Council on Migration, World Economic Forum