Münd
ə
ricat
Ön söz
9
Giriş 11
1. Dördüncü Sənaye İnqilabı
17
1.1. Tarixi kontekst
17
1.2. Dərin və sistemli dəyişiklik
20
2. Hərəkətverici qüvvələr
27
2.1. Meqatrendlər
27
2.1.1. Fiziki
28
2.1.2. Rəqəmsal
31
2.1.3. Bioloji
34
2.2. Dönüş nöqtələri
38
3. Təsirlər
41
3.1. İqtisadiyyat
41
3.1.1. Artım
42
3.1.2. Məşğulluq
48
3.1.3. İşin təbiəti
60
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
3.2. Şirkətlər
63
3.2.1. Müştəri gözləntiləri
66
3.2.2. Verilənlərlə təkmilləşən məhsullar
68
3.2.3. Əməkdaşlıq innovasiyası
70
3.2.4. Yeni əməliyyat modelləri
71
3.3. Milli və qlobal
80
3.3.1. Hökumətlər
81
3.3.2. Ölkələr, bölgələr və şəhərlər
88
3.3.3.
Beynəlxalq təhlükəsizlik
94
3.4. Cəmiyyət
106
3.4.1. Bərabərsizlik və orta sinif
107
3.4.2. İcma
109
3.5. Fərd
112
3.5.1. Kimlik, əxlaq və etika
113
3.5.2. Bəşəri əlaqə
116
3.5.3. İctimai və şəxsi məlumatın idarə edilməsi
118
Qarşıdakı yol
121
Təşəkkür 131
MÜND
Ə
R
İ
CAT
Əlavə: Dərin dəyişikliklər
1. İmplantasiya oluna bilən texnologiyalar
2. Rəqəmsal
varlığımız
3. Yeni interfeys kimi baxış
4.
Geyinilə bilən internet
5. Hər yerdə kompüterdən istifadə
6. Cibinizdəki super kompüter
7. Hər kəs üçün saxlanc
8. Əşyaların interneti və əşyalar üçün internet
9. Qoşulmuş
ev
10. Ağıllı şəhərlər
11. Qərarlar üçün böyük verilənlər
12. Sürücüsüz avtomobillər
13. Süni intellekt və qərarvermə
14. Süni intellekt və ağ yaxa
tələb edən iş yerləri
15. Robotlar və xidmətlər
16. Bitkoin və blokçeyn
17. Paylaşma iqtisadiyyatı
18. Hökumətlər və blokçeyn
19. Üçölçülü çapetmə və istehsal
20. Üçölçülü çapetmə və insan sağlamlığı
21. Üçölçülü çapetmə və istehlak məhsulları
22. Dizayn edilmiş canlılar
23. Neyrotexnologiyalar
Qeydlər
9
Ön söz
Hazırda bəşəriyyət irimiqyaslı, mürəkkəb və heyrətamiz texno-
loji innovasiyaların sürətlə inkişaf etdiyi, süni intellektin həyatımı-
zın müxtəlif sferalarına daxil olduğu böyük bir dəyişikliklər döv-
ründə yaşayır. Biz, artıq
özündə buxar mühərriki, elektrik enerjisi,
kompüter və internetin ixtirasını ehtiva edən üç sənaye inqilabını
geridə qoyaraq, XX əsrin sonlarından etibarən süni intellekt, ro-
botlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər,
nanotexnologiya, biotexnologiya və kvant hesablamaları kimi yeni
texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı dövrün-
dəyik. Bu inqilabın insanlara, şirkətlərə, ölkələrə və bütövlükdə
dünyaya
nələr vəd etməsi, onun yaratdığı imkanlardan necə istifadə
olunması barədə suallar hazırda geniş intellektual müzakirələrin
mövzusudur.
Qeyri-neft sektorunu gücləndirməklə uzunmüddətli dövr üçün
dayanıqlı iqtisadi inkişafı təmin etməyi hədəfl əyən Azərbaycanın
dördüncü sənaye inqilabı ilə bağlı müzakirələrə qoşulmasının, bu-
nunla bağlı Bakıda regional mərkəzin yaradılması istiqamətində iş-
lərin görülməsinin daha düzgün seçimlər etməyə imkan verəcəyinə
inanıram. Bu baxımdan, hesab edirəm ki, Dünya İqtisadi Forumu-
nun təsisçisi və prezidenti Klaus Şvabın qələmə aldığı “Dördüncü
sənaye inqilabı” adlı bu kitabın Azərbaycan dilində oxuculara təq-
dim edilməsi ölkəmizdə müasir iqtisadi təfəkkürün formalaşması
prosesinə verilən mühüm töhfədir.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
10
Texnologiyaların siyasi,
iqtisadi, sosial və mədəni kontekstlə-
ri yenidən necə formalaşdıracağı ilə bağlı əhatəli və qlobal baxışa
olan ehtiyacı təmin etmək məqsədilə yazılmış kitab, öz elmi məz-
munu və intellektual çalarları ilə bəşəriyyəti yeniliklərə hazırlayan,
bu sahədə hökumətlər tərəfindən zəruri tənzimləmə və idarəetmə
mexanizmlərinin yaradılmasının vacibliyini önə çəkən əvəzsiz bilik
mənbəyidir. Müəllif, bu əsərində həm öz təcrübəsini, həm də dün-
yanın aparıcı ekspertlərinin, böyük korporasiyaların liderlərinin iq-
tisadiyyat və texnologiyaların inkişafı barədə fikirlərini ümumiləş-
dirməklə bizi dördüncü sənaye inqilabını
təcəssüm etdirən əsas
innovasiyalarla tanış edir və bu prosesin hökumətlərə, müəssisələrə,
sahibkarlara və vətəndaşlara potensial təsirlərini göstərir.
Kitabda cənab Şvabın dördüncü sənaye inqilabı ilə bağlı əsas na-
rahatlığı bu prosesin cəmiyyət tərəfindən nəzarət altına alınıb-alın-
mayacağı ilə bağlıdır. Müəllif göstərir ki, dördüncü sənaye inqilabı
dünyanı köklü şəkildə transformasiya etmək potensialına malik
olsa da, əldə olunacaq uğur, bilavasitə vətəndaşların, şirkətlərin və
dövlətlərin birgə fəaliyyətindən asılıdır.
Şirkətlər yeni sənaye normalarına adaptasiya ola bilmədiyi, hö-
kumətlər yeni texnologiyalardan yetərincə yararlanmadığı və bu
texnologiyalara nəzarəti təmin edə bilmədiyi halda, sivilizasiyanın
inkişafi tamamilə fərqli istiqamətlərə yönələ bilər. Buna görə də,
müəllif hər kəsi insanlara fokuslanmağa səsləyir, yeni texnologiyala-
rın insanlar tərəfindən məhz onların özləri üçün yaradılmış
alətlər
olduğunu unutmamağa çağırır.
Sonda belə bir dəyərli əsərin Azərbaycan oxucularına ana dili-
mizdə təqdim edilməsində əməyi olan UNEC alimlərinə təşəkkür
edir və gələcək elmi fəaliyyətlərində uğurlar diləyirəm.
Dostları ilə paylaş: