DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
18
Birinci sənaye inqilabı 1760-cı ildən 1840-cı ilə qədər davam
etdi. İnqilab dəmir yollarının inşa edilməsi və buxarlı maşının ix-
tira edilməsi ilə mexaniki istehsala start verdi. XIX əsrin sonu və
XX əsrin əvvəllərində ortaya çıxan ikinci sənaye inqilabı
elektrik
enerjisinin və montaj xəttinin köməyi ilə kütləvi istehsalı mümkün
etdi. Üçüncü sənaye inqilabı isə 1960-cı illərdə başladı. Bu inqilab,
yarımkeçiricilərin inkişafı, meynfreym kompüterlərin (1960-cı il-
lər), fərdi kompüterlərin (1970-ci və 1980-ci illər) və internetin
(1990-cı illər) katalizatorluğu ilə baş verdiyi üçün adətən kompüter
inqilabı və ya rəqəmsal inqilab da adlandırılır.
İlk üç sənaye inqilabını təsvir etmək məqsədilə istifadə edilən
tərifl əri və akademik arqumentləri nəzərə alaraq, inanıram ki, bu-
gün biz dördüncü sənaye inqilabının başlanğıcındayıq. Bu inqilab,
hazırki əsrlə birlikdə başladı və indi rəqəmsal inqilabın üzərində
inkişaf edir. Onu, hər yerdə əlçatan
olan daha mobil internet, ucuz-
laşan daha kiçik, lakin daha güclü sensorlar, süni intellekt və maşın
öyrənməsi ilə xarakterizə etmək mümkündür.
Əsasını kompüter aparat təminatı, proqram təminatı və şə-
bəkələrin təşkil etdiyi rəqəmsal texnologiyalar, yeni sayılmasalar da,
üçüncü sənaye inqilabından ayrılaraq, daha mürəkkəb və birləşmiş
xarakter alır və nəticədə cəmiyyətləri və qlobal iqtisadiyyatı trans-
formasiyaya məruz qoyurlar. Elə bu səbəbdəndir ki, Massaçusets
Texnologiya İnstitutunun (MIT) professorları Erik Brincolfson
[Erik Brynjolfsson] və Andreu Makeyf [Andrew McAfee], 2014-
cü ildə nəşr olunan kitablarının adında
da olduğu kimi bu dövrü
“İkinci maşın dövrü”
2
adlandırırlar. Onlar bu kitabda dünyanın bir
dönüş nöqtəsində olduğunu və rəqəmsal texnologiyaların təsirinin
avtomatlaşma sayəsində “bütün gücü” ilə özünü ortaya qoyacağını
və “görünməmiş hadisələrə” yol açacağını iddia edirlər.
Almaniyada “Sənaye 4.0” müzakirə edilir. İlk dəfə 2011-ci ildə
Hannover Sərgisində gündəliyə gələn bu termin, hazırda bu inqi-
labın qlobal dəyər zəncirlərinin təşkilatlanmasını kökündən necə
dəyişdirəcəyini təsvir etmək üçün istifadə edilir. Dördüncü sənaye
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
19
inqilabı, “ağıllı fabrikləri” reallığa çevirərək, virtual və fiziki emal
sistemlərinin qlobal səviyyədə bir-birilə çevik əməkdaşlıq etdiyi bir
dünya yaradır. Bununla, məhsullar tamamilə müştərilər üçün fər-
diləşdirilə bilir və yeni əməliyyat modellərinin yaranması mümkün
olur.
Dördüncü sənaye inqilabı yalnız ağıllı və bir-birinə bağlanmış
maşın və sistemlər ilə əlaqəli deyildir.
Onun əhatə dairəsi çox ge-
nişdir. Genlərin düzülüşündən nanotexnologiyalara, bərpa olunan
enerjilərdən kvant hesablamasına qədər bir çox sahədə eyni vaxt-
da irəliləyiş dalğaları baş verir. Dördüncü sənaye inqilabını digər
inqilablardan köklü şəkildə fərqləndirən də elə bu texnologiyaların
bir-birilə sıx birləşməsi, fiziki, rəqəmsal və bioloji sahələrdə qarşı-
lıqlı təsirdə olmasıdır.
Bu inqilabda ortaya çıxan yeni texnologiyalar və geniş əsaslı in-
novasiyalar, dünyanın bəzi yerlərində inkişaf etməkdə olan əvvəlki
inqilablarla müqayisədə daha sürətlə və daha geniş şəkildə yayılır.
Təxminən 1,3 milyard insanın hələ də elektrik enerjisinə çıxışı ol-
madığı dünyada ikinci sənaye inqilabı bütün dünya əhalisinin yal-
nız 17%-i əhatə edir. Eyni vəziyyət üçüncü sənaye inqilabına
da aid-
dir. Hazırda dünya əhalisinin yarısından çoxu, əksər hissəsi inkişaf
etməkdə olan ölkələrdə yaşayan 4 milyard insan internet xidmətlə-
rinə çıxışdan məhrumdur. Birinci sənaye inqilabının simvolu olan
iplik dəzgahının Avropanın xaricində yayılması təxminən120 ilə
mümkün olmuşdur. Ancaq bunun əksinə olaraq, internet on ildən
də az müddətdə bütün dünyaya yayılmışdır.
Birinci sənaye inqilabından çıxarılan dərs, müasir dövrdə də
aktualdır: tərəqqinin əsas müəyyənedici amili cəmiyyətin texnolo-
ji innovasiyanı qəbul etmə dərəcəsidir. Bu baxımdan hökumət və
ictimai institutlar qədər özəl sektorun
da öz rolunu tam yerinə ye-
tirməsi zəruridir. Həmçinin, vətəndaşların uzunmüddətli faydları
görməsi də eyni dərəcədə əhəmiyyətlidir.
Mən dördüncü sənaye inqilabının da ən az özündən öncəkilər
qədər güclü, təsirli və tarixi baxımdan önəmli olacağına əminəm.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
20
Ancaq dördüncü sənaye inqilabının potensialının təsirli və tutarlı
bir şəkildə gerçəkləşdirilməsini məhdudlaşdıracaq amillərlə bağlı
iki əsas narahatlığım var.
İlk öncə, dördüncü sənaye inqilabına cavab vermək üçün iqti-
sadi, sosial və siyasi sistemlərimizi yenidən düşünmək ehtiyacı ilə
qarşı-qarşıya qaldıqda, bütün sektorlarda davam etməkdə olan də-
yişikliklərin zəruri liderlik və anlayış səviyyələrinin aşağı olduğunu
hiss edirəm. Nəticədə, innovasiyanın yayılmasını idarə etmək və
mürəkkəbliyi azaltmaq üçün lazım olan institusional çərçivə,
istər
milli, istərsə də qlobal səviyyədə ən yaxşı halda əlverişsizdir, ən pis
halda isə heç yoxdur.
İkincisi, dünya, dördüncü sənaye inqilabının fürsət və təhdidlə-
rini ortaya qoyan tutarlı, müsbət və ümumi bir açıqlamadan məh-
rumdur. Çox müxtəlif fərdləri və cəmiyyətləri gücləndirmək və baş
verməkdə olan köklü dəyişikliklər əleyhinə populyar əks reaksiya-
lardan yayınmaq istəyiriksə, belə bir açıqlamanın olması zəruridir.
Dostları ilə paylaş: