DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
24
Dördüncü sənaye inqilabının yaratdığı təhdidlər daha çox təklif
tərəfində - əmək və istehsal dünyasındadır. Son bir neçə il ərzində
ən inkişaf etmiş ölkələrin böyük əksəriyyətində,
eyni zamanda da
Çin kimi bəzi sürətlə inkişaf etməkdə olan iqtisadiyyatlarda əməyin
Ümum Daxili Məhsuldakı (ÜDM) faiz nisbəti ciddi şəkildə aşağı
enmişdir. Bu enişin yarısı investisiya mallarının nisbi qiymətlərinin
innovasiyadakı irəliləyişlər nəticəsində azalması ilə bağlıdır (bu da
şirkətləri əməyi kapitalla əvəzləməyə məcbur edir)
5
.
Nəticədə dördüncü sənaye inqilabından ən böyük faydanı intel-
lektual və ya fiziki kapitalın təminatçıları – innovatorlar,
investor-
lar və səhmdarlar – əldə edirlər. Bu, əmək sahibləri ilə kapital sahib-
ləri arasında getdikcə artan sərvət bərabərsizliyini də izah edir. Eyni
zamanda bu, real gəlirlərinin həyatı boyunca artmayacağından və
övladlarının özlərindən daha yaxşı bir həyat sürə bilməyəcəyindən
əmin olan bir çox işçinin yaşadığı məyusluğun da səbəbidir.
Artan bərabərsizlik və ədalətsizliklə bağlı güclənən narahat-
lıqlar da çox önəmli bir təhdid yaradır ki, bu mövzuya da kitabın
üçüncü hissəsində xüsusi bir yer ayıracağam. Faydaların və dəyərin
insanların çox kiçik bir hissəsinin əlində cəmləşməsi,
eyni zamanda
platforma eff ekti deyilən amilin – geniş çeşidli məhsul və xidmət
növləri üzrə alıcılarla satıcıları görüşdürən şəbəkələr formalaşdıran
rəqəmsal təşkilatların artan miqyas qazancları əldə etməsi – hesabı-
na daha da kəskinləşir.
Platforma eff ektinin nəticəsi öz bazarlarında hakim olan az say-
da, ancaq güclü platformanın təmərküzləşməsidir. Faydalar aydın-
dır, xüsusilə də istehlakçılar yüksək dəyər və daha çox rahatlıq əldə
edir və daha aşağı xərc çəkirlər. Ancaq sosial risklər də eyni dərə-
cədə aydındır. Belə ki, dəyər və gücün çox az sayda əldə təmərgüz-
ləşməsinin qarşısını almaq məqsədilə açıqlıq və əməkdaşlıq inno-
vasiyası üçün imkanlar yaradaraq rəqəmsal platformaların (sənaye
platformaları da daxil olmaqla) fayda və risklərini tarazlaşdırmanın
yollarını tapmalıyıq.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
25
Bütün bunlar
iqtisadi, sosial və siyasi sistemlərimizə təsir
göstərən qarşısıalınmaz fundamental dəyişikliklərdir. Qloballaşma
prosesinin özünün müəyyən şəkildə qarşısını almaq mümkün olsa
belə, bu dəyişikliklərin qarşısında dayanmaq çətindir. İstisnasız ola-
raq bütün sektorlar və şirkətlərin özlərinə verməli olduğu “İnqilabi
dəyişikliklər məni də əhatə edəcəkmi” sualı deyil, “İnqilabi dəyişik-
lik nə vaxt baş verəcək, hansı formada
olacaq və mənə və qurumu-
ma necə təsir göstərəcək” sualıdır.
İnqilabi dəyişikliyin reallığı və üzərimizdəki təsirinin qarşısı-
alın mazlığı ona münasibətdə çarəsiz və gücsüz olmamız mənasına
gəlməməlidir. Siyasət seçimlərini istiqamətləndirəcək bir qrup or-
taq dəyərləri formalaşdırma və dördüncü sənaye inqilabını hər kəs
üçün fürsətə çevirəcək dəyişiklikləri həyata keçirmə məsuliyyəti
bizdədir.