DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
30
disəyə çevirəcəkdir. Bundan başqa, digər texnoloji irəliləyişlər sayə-
sində robotlar daha da uyğunlaşa bilən
və çevik xarakter almağa
başlayır və onların struktur və funksional dizaynı mürəkkəb bioloji
strukturlara oxşamağa çalışır (təbiətin model və strategiyalarının
təqlid edildiyi “biomimikri” adlandırılan bir prosesin davamı ola-
raq).
Sensorlarda baş verən inkişaf prosesləri robotlara ətraf mühiti
daha yaxşı anlama, reaksiya vermə və ev işləri kimi müxtəlif növ və-
zifələri icra etmə bacarıqları qazandırır. Əgər keçmişdə robotlar hər
hansısa bir avtonom vahid tərəfindən proqramlaşdırılırdısa, hazır-
da onlar bulud texnologiyası vasitəsilə məlumatları
uzaq məsafədən
əldə edə bilir və eyni zamanda, digər robotlardan ibarət olan şə-
bəkələrə qoşulmağı bacarırlar. Yəqin ki, robotların növbəti nəsli in-
san-maşın əməkdaşlığını daha yüksək dərəcədə ortaya qoyacaqdır.
Üçüncü hissədə, mən insan-maşın əlaqələrinin
gündəmə gətirəcəyi
etik və psixoloji problemləri təhlil edəcəm.
Yeni materiallar
Bir neçə il öncə xəyal edə bilmədiyimiz xüsusiyyətlərə malik
materiallar artıq bazara daxil olmağa başlamışlar. Üstəlik hamısı da
daha yüngül, möhkəm, təkrar istifadə edilə bilən və uyğunlaşa bilən
materiallardır. Hazırda, özü-özünü bərpa edə bilən və ya təmiz-
ləyən ağıllı materiallar (
ing. smart materials
), orijinal formalarına
qayıda bilən yaddaşlı metallar, təzyiqi enerjiyə çevirə bilən kerami-
ka və kristallar kimi yeni tətbiqi məhsullar mövcuddur.
Dördüncü sənaye inqilabının digər innovasiyaları kimi yeni ma-
terialların da bizi hara aparıb çıxaracağını söyləmək çətindir. Polad-
dan 200 dəfə daha möhkəm, insan saçından
milyon dəfə daha incə və
eff ektiv istilik və elektrik enerjisi ötürücüsü olan qrafen kimi nano-
materialları nəzərdən keçirək.
6
Qrafen rəqabətli qiymətə sahib oldu-
ğu zaman (hazırda dünyanın ən bahalı materiallardan biridir və bir
mikrometr ölçüsündəki qrafen dənəciyinin qiyməti 1000 dollardan
çoxdur) emal və infrastruktur sektorlarında
inqilabi dəyişikliklərə gə-
H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
31
tirib çıxaracaqdır.
7
Bu, eyni zamanda, iqtisadiyyatları əsasən müəyyən
mallardan asılı olan ölkələrə də ciddi təsir göstərəcəkdir.
Başqa yeni materiallar hazırda üzləşdiyimiz qlobal risklərin azal-
dılmasında mühüm rol oynaya bilərlər. Məsələn, termoset plastik
maddələrində baş verən yeni innovasiyalar
mobil telefonlardan
sxem lövhələrinə və aviasiya sektorundakı müxtəlif hissələr də daxil
olmaqla, bir çox sahədə istifadə edilən və yenidən istifadəsi müm-
künsüz olan bəzi materialları təkrar istifadəyə yararlı hala gətirə bi-
lir. Poliheksahidrotriazinlər (PHT-lər) olaraq adlandırılan təkrar
istifadə edilə bilən termoset polimerlərin yaxın
zamanlarda kəşf
edilən yeni sinifl əri, özü-özünü yeniləyə bilən dizaynda olan və iq-
tisadi artımla resurs ehtiyacları arasındakı əlaqəni aradan qaldıran
dövrəvi iqtisadiyyata (
ing. circular economy)
keçid yolunda atılmış
mühüm addımdır.
8
Dostları ilə paylaş: