DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
32
kökündən dəyişdirəcəkdir. Proses çərçivəsində emaldan infrastruk-
tura və səhiyyəyə qədər bütün sektorlarda transformasiya doğurucu
təsir ortaya çıxacaqdır.
Əşyaların internetinin ən çox yayılmış
tətbiqlərindən biri olan
uzaqdan müşahidəni (
ing. remote monitoring)
təhlil edək. İndi istə-
nilən bir paket, palet və konteynerə bir sensor, ötürücü və ya radio
tezlik qəbuledici (RFID) etiket yerləşdirməklə onu müşahidə et-
mək mümkündür. Bu, şirkətə həmin əşyaların təchizat zəncirində
harada olduğunu, necə hərəkət etdiyini və necə istifadə edildiyini
müşahidə etmək imkanı yaradır. Eyni qaydada
müştərilər də gözlə-
dikləri bir paket və ya sənədin harda olduğunu real vaxt rejimində
müşahidə edə bilirlər. Uzun və mürəkkəb təchizat zəncirinə sahib
olan şirkətlər üçün bu, transformasiya xarakterli yeni imkandır.
Tezliklə buna oxşar nəzarət sistemləri insanların hərəkəti və müşa-
hidə edilməsi üçün də tətbiq ediləcəkdir.
Rəqəmsal inqilab, fərdlərin və institutların iş və əməkdaşlıq tərz-
lərində kökündən fərqlənən yeni yanaşmalar doğurur. Məsələn, çox
vaxt “paylanmış kitabça” kimi açıqlanan blokçeyn (
ing. blockchain
),
hər hansı bir əməliyyatın qeyd və təsdiq olunmazdan əvvəl kom-
püterlər şəbəkəsinin kollektiv şəkildə doğrulamasını nəzərdə tutan
təhlükəsiz protokoldur. Blokçeynin əsasını təşkil edən texnologiya
bir-birini tanımayan, başqa sözlə, bir-birinə güvənmək üçün heç bir
əsası olmayan insanların, hər hansı
neytral mərkəzi orqan, məsələn,
hər hansı nəzarətçi və ya mərkəzi kitabça olmadan, əməliyyatları
öz aralarında aparmalarına imkan yaradır. Əslində blokçeyn, pay-
laşılan, proqramlaşdırıla bilən, kriptoqrafik cəhətdən təhlükəsiz və
buna görə də etibarlı, heç bir istifadəçinin nəzarətində olmayan və
hər kəsin gözdən keçirə bildiyi bir kassa kitabçasıdır.
Bitkoin (
ing. bitcoin
) hazırda blokçeyn texnologiyasının ən çox
tanınan tətbiqidir. Lakin bu texnologiya qısa zaman ərzində çoxlu
sayda digər tətbiqləri də ortaya çıxaracaqdır. Hazırda blokçeyn tex-
nologiyası daha çox bitkoin kimi rəqəmsal pul vahidləri ilə aparılan
maliyyə əməliyyatlarını qeyd
etmək üçün istifadə olunsa da, gələ-
H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
33
cəkdə doğum və ölüm haqqında olan sənədlər, mülkiyyət sənədləri,
nigah registrləri, təhsil diplomları, sığorta tələbləri, tibbi prosedur-
lar və seçkilərdə istifadə olunan səslər kimi çox müxtəlif obyektlə-
rin, yəni kod ilə ifadə oluna bilən hər növ əməliyyatın qeydiyyatçısı
xidmətini göstərəcəkdir. Bəzi ölkələr və ya institutlar artıq blok-
çeynin potensialını araşdırmağa başlamışdır. Məsələn, Honduras
hökuməti bu texnologiyadan ərazi mülkiyyətini qeydə almaq üçün
istifadə edir, Man Adası isə bundan şirkətlərin qeydiyyatı
üçün isti-
fadə etməyə çalışır.
Daha geniş miqyasda texnologiya əsaslı platformalar artıq in-
didən tələb iqtisadiyyatını (bəziləri paylaşma iqtisadiyyatı da ad-
landırır) reallaşdırmağa imkan verir (
ing. on-demand economy və
ya sharing economy
). Ağıllı telefonlarda asanlıqla istifadə edilən bu
platformalar insanları, aktivləri və verilənləri bir yerə toplayaraq,
məhsul və xidmətlərin istehlakının tamamilə yeni yollarını yaradır.
Onlar şirkətlərin və fərdlərin zənginlik yaratmasının qarşısında da-
yanan maneələri azaldaraq, fərdi və peşəkar mühiti dəyişdirirlər.
“Uber” modeli, bu texnologiya platformalarının inqilabi gü-
cünü göstərən konkret bir nümunədir. Sürətlə artan bu platforma
şirkətləri, camaşır yumaqdan alış-verişə,
ev işlərindən avtomobil
parketməyə, qonaqlamadan uzun məsafəli nəqliyyat səfərlərini pay-
laşmaya qədər bir çox yeni xidmətlər təklif edirlər. Onların ortaq
bir xüsusiyyəti var: tələb və təklifi əlçatan və ucuz şəkildə bir-birinə
uyğunlaşdırmaqla, istehsalçılara çox müxtəlif məhsullar təqdim et-
məklə və hər iki tərəfə qarşılıqlı əlaqədə və əks-əlaqədə olma im-
kanı verməklə inam yaradırlar. Bunun sayəsində yetərincə istifadə
edilməyən aktivlərin daha eff ektiv istifadəsi də mümkün olmağa
başlayır. Əvvəllər özlərini hər hansı bir təchizatçı kimi görməyən
insanlara aid olan aktivlər (məsələn, avtomobillərindəki bir otura-
caq, evlərindəki bir boş çarpayı, pərakəndə satıcı ilə istehsalçı ara-
sında olan ticarət əlaqəsi və ya çatdırılma, ev təmiri və ya
inzibati
tapşırıqlar kimi bir xidməti təklif etmək üçün zəruri olan zaman və
bacarıq) istifadəyə açılırlar.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
34
Tələb iqtisadiyyatı təməl bir sualı gündəliyə gətirir: Hansına sahib
olmaq daha dəyərlidir, platformaya, yoxsa onun əsasında dayanan ak-
tivə? Medya strategiyası mütəxəssisi Tom Qudvin [Tom Goodwin]
2015-ci ilin mart ayında “TechCrunch”da nəşr etdirdiyi məqaləsində
belə yazır: “Dünyanın ən böyük taksi xidməti şirkəti – “Uber” heç
bir avtomobilə sahib deyil. Dünyanın ən məşhur mediasının sahibi
olan “Facebook” heç bir məzmun yaratmır. “Alibaba” şirkəti, dünya-
nın ən dəyərli pərakəndə satıcı
şirkəti olsa da, heç bir inventarı yox-
dur. Eyni zamanda, dünyanın ən böyük qonaqlama təchizatçısı olan
“Airbnb” hər hansı bir daşınmaz əmlakın sahibi deyildir.”
9
Rəqəmsal platformalar, fərdlərin və təşkilatların aktivlərdən or-
taq istifadə və ya xidmətin təmini zamanı ortaya çıxan əməliyyat
və çəkişmə xərclərini dramatik şəkildə azaltmışdır. Hazırda istə-
nilən əməliyyat növü bütün tərəfl ərə iqtisadi fayda təmin etməyə
imkan verəcək formada müxtəlif hissələrə ayrıla bilər. Əlavə olaraq,
rəqəmsal platformalardan istifadə edilən zaman istehsal olunmuş
hər əlavə məhsulun, malın və ya xidmətin marjinal istehsal xərci sı-
fıra yaxınlaşır. Bunun biznes dünyası və cəmiyyət baxımından yara-
dacağı möhtəşəm nəticələri isə Üçüncü Hissədə təqdim edəcəyəm.
Dostları ilə paylaş: