H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
39
mişdir. Bu dönüş nöqtələri bizim gələcək rəqəmsal və hiper-qoşul-
muş dünyamızı (
ing. hyper-connected world
) formalaşdıracaqlar.
14
Bunların hamısının yaxın 10 il ərzində gerçəkləşməsi gözlənilir.
Eyni zamanda, bu dönüş nöqtələrinin dördüncü sənaye inqilabı
tərəfindən sürətləndirilən dərin dəyişiklikləri canlı şəkildə əldə
etdiyi düşünülə bilər. Bu qeyd edilən dönüş nöqtələri Dünya İqti-
sadi Forumunun nəzdində fəaliyyət göstərən Proqram təminatı və
Cəmiyyət üzrə Qlobal Gündəm Şurası
tərəfindən həyata keçirilən
və informasiya və kommunikasiya sektorunda çalışan ən azı 800
yüksək səviyyəli menecer və mütəxəssisin iştirak etdiyi bir sorğu ilə
müəyyən edilmişdir.
Cədvəl 1 hər bir xüsusi dönüş nöqtəsinin 2025-ci
ildə reallaşa-
cağını gözləyənlərin faiz nisbətini ifadə edir.
15
Əlavə hissədə hər bir
dönüş nöqtəsi, onun müsbət və mənfi təsirləri daha detallı şəkildə
təqdim olunmuşdur. Orjinal tədqiqatın bir hissəsi olmayan 2 dö-
nüş nöqtəsi də – dizayn edilmiş canlılar və neyrotexnologiyalar –
bura
daxil edilmişdir, lakin Cədvəl 1-də qeyd göstərilməmişdir.
Bu dönüş nöqtələri, sistemli xarakterlərindən
irəli gələrək təsir-
ləri get-gedə güclənən əsaslı dəyişiklikləri və bunlara ən yaxşı necə
hazırlanacağını və cavab veriləcəyini ifadə etdikləri üçün olduqca
əhəmiyyətli bir kontekstə malikdirlər. Növbəti
hissədə təqdim
edəcəyim kimi, bu keçid mərhələsində öz yolunu tapa bilmək, ilk
növbədə, hazırda yolda olan və üfüqdə
görünən dəyişikliklərə və
onların qlobal cəmiyyətin hər səviyyəsindəki təsirinə dair məlumat-
lanmadan başlayır.