T
Ə
S
İ
RL
Ə
R
59
bının keçmiş mərhələləri hələ dünya vətəndaşlarının əksəriyyəti
üçün əlçatan deyildir. Onlar elektrik enerjisini, təmiz suyu, sanitar
vasitələri və inkişaf etmiş iqtisadiyyatlardakı kapital təchizatının
bir çox növlərini hələ də əldə edə bilmirlər. Buna baxmayaraq, dör-
düncü sənaye inqilabı mütləq inkişaf etməkdə
olan ölkələrə də təsir
göstərəcəkdir.
Dördüncü sənaye inqilabının konkret təsiri hələ də tam müəy-
yən deyildir. Son illərdə ölkələrin daxilindəki bərabərsizlik səviy-
yəsi artsa da, ölkələr arasındakı bərabərsizlik səviyyəsi əhəmiyyətli
dərəcədə azalmışdır. Dördüncü sənaye inqilabı,
iqtisadiyyatlar ara-
sında gəlir, bacarıqlar, infrastruktur, maliyyə və digər sahələrdə in-
diyə qədər şahid olduğumuz böyük fərqlərin azalmasının qarşısını
alma riskinə malikdirmi? Yoxsa texnologiyalar və sürətli dəyişiklik-
lər sıçrayışlı inkişafamı xidmət edəcək?
Hətta ən yüksək inkişaf etmiş iqtisadiyyatların öz problemləri
ilə mübarizə apardığı bir dövrdə də bu çətin
suallara layiqli diqqət
ayırmaq lazımdır. Yer kürəsinin bir çox ərazisinin geridə qalma-
masını təmin edə bilmək yalnız əxlaqi bir öhdəlik kimi qəbul edil-
məməlidir. Bu, eyni zamanda, miqrant axınları kimi geosiyasi və
təhlükəsizlik təhdidlərinin qlobal qeyri-stabilliyə
səbəb olma riski-
ni də azaldacaqdır.
Dördüncü sənaye inqilabının qlobal istehsalın əhəmiyyətli his-
səsinin inkişaf etmiş ölkələrə doğru geri qayıtmasına səbəb olma
ehtimalı aşağı gəlirli ölkələr üçün təhlükəli ssenaridir. Ucuz iş qüv-
vəsinə çıxışın artıq şirkətlərin rəqabət gücünü artıran amil olmaq-
dan çıxması bu təhlükəli ssenarini reallaşdıra bilər. Xərc üstünlük-
lərinə əsaslanmaqla qlobal iqtisadiyyata xidmət edən güclü istehsal
sektorları yaratma bacarığı, ölkələrə kapital yığımı, texnologiya
transferi və gəlirləri artırma imkanları verən sınanmış
bir inkişaf
yoludur. Əgər bu yol bağlanarsa, o zaman bir çox ölkə öz modeli
və sənayeləşmə strategiyası haqqında yenidən düşünməyə məcbur
qalacaqdır. İnkişaf etməkdə olan iqtisadiyyatların dördüncü sənaye
inqilabının imkanlarından necə faydalanacağı
dünya üçün böyük
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
60
əhəmiyyət daşıyan bir mövzudur. Bunun üçün lazım olan strategi-
yaları anlamaq, inkişaf etdirmək və uyğunlaşdırmaq məqsədilə təd-
qiqat və müzakirələri davam etdirmək mühüm əhəmiyyət daşıyır.
Dördüncü sənaye inqilabının “qazanan hamısını aparır” kimi
ifadə edilən dinamikasının həm ölkələr arasında, həm də ölkələrin
daxilində özünü ciddi şəkildə göstərməsi əsas təhlükədir. Bu, sosial
gərginlikləri və münaqişələri biraz da artıracaq
və daha az əlaqəli
və dəyişkən bir dünya yaradacaqdır. Bu, hazırda insanların xüsusilə
də sosial ədalətsizlik və müxtəlif ölkələr arasındakı həyat standartı
fərqlərinə daha şüurlu və həssas yanaşdıqlarını düşündükdə, daha
da aydın görünür. Dövlət və özəl sektorun liderləri insanları onların
həyat standartlarını yaxşılaşdırmaq üçün etibarlı strategiyalar tət-
biq etdiklərinə inandıra bilməsələr, sosial narahatlıq, kütləvi miqra-
siya və şiddətli ekstrimizm artaraq, inkişafın
bütün mərhələlərində
olan ölkələr üçün risklər yarada bilər. İnsanların özlərini və ailələ-
rini keçindirmək üçün ciddi bir işə sahib olduqlarını düşünmələ-
ri əhəmiyyətlidir. Ancaq iş qüvvəsinə tələb yetərsiz olduqda və ya
mövcud bacarıqlar tələbə uyğun olmadıqda nə baş verəcəkdir?
Dostları ilə paylaş: