T
Ə
S
İ
RL
Ə
R
63
laşmanın risklərinin “geniş-xəttli sazlama axtarışlarını
kənarda qoya
biləcəyini və beləliklə, daha güclü ümumi prinsiplərin kəşfini da-
vam etdirməyə mane olacağını” bildirmişdi.30
Hazırda müşahidə edilən mürəkkəblik ilə hiper-ixtisaslaşmanın
birləşməsi qarşısında məqsədyönlü çalışmanın əsas problemə çev-
rildiyi bir nöqtədəyik. Bu, xüsusilə də şirkətdəki vəzifələrin əksər
hallarda həyatlarında məna və məqsəd tapma qabiliyyətlərini məh-
dudlaşdırdığını düşünən gənc nəsil üçün əsas məsələdir. Sərhədlərin
qaldırılmağa başlandığı və istəklərin dəyişdiyi
bir dünyada insanlar
yalnız iş-həyat tarazlığını arzulamaqla kifayətlənmir, eyni zamanda
uyğun bir iş-həyat ahəngini istəyirlər. Mən işin gələcəyində yalnız
kiçik bir qrupun belə imkana sahib olacağından narahatam.
3.2 Şirkətlər
Artım modelləri, əmək bazarlarında
və işin gələcəyində baş
verəcək və təbii olaraq bütün təşkilatlara təsir göstərəcək dəyişik-
liklərdən başqa, dördüncü sənaye inqilabının təməlini təşkil edən
texnologiyaların şirkətlərin idarəetmə, təşkilatlanma və resursla tə-
minolunma tərzləri üzərində böyük təsiri olduğunu da sübut edir.
Bunun konkret bir göstəricisi “S&P 500” siyahısındakı şirkətlərin
orta ömrünün 60 il civarından təxminən 18 ilə enməsidir.
31
Digər
bir göstərici isə, yeni daxil olanların bazarlarda
hakim mövqeyə
yüksəlməsi və əhəmiyyətli gəlir hədəfl ərinə çatması üçün zəruri
olan zaman dilimindəki dəyişiklikdir. “Facebook” ildə 1 milyard
dollarlıq gəlirə 6 il, “Google” isə yalnız 5 il ərzində çatdı. Demək
olar ki, hər zaman rəqəmsal imkanlar tərəfindən gücləndirilən yeni
texnologiyalar şirkətlər üçün dəyişikliyin sürətini və miqyasını şü-
bhəsiz daha da artırır.
Bu, eyni zamanda qlobal “CEO”lar
və təcrübəli şirkət mene-
cerləri ilə görüşlərimdə tez-tez gündəmə gələn bir mövzunu daha
da gücləndirir: hazırda mövcud olan məlumat axınını, köklü dəyi-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
64
şikliklərin sürətini və innovasiyanın güclənməsini qavramaq və ya
bunları təxmin etmək çox çətindir. Bunlar daimi heyrət qaynağıdır.
Bu kontekstdə, uğurlu şirkət liderlərinin yeni nəslinin əsas fərqi
daim öyrənmə,
uyğunlaşma, konseptual və funksional uğur model-
lərinə tənqidi yanaşma qabiliyyətləri olacaqdır.
Bu səbəbdən, dördüncü sənaye inqilabının şirkətlər üzərindəki
təsirinin səbəb olduğu ilk məcburiyyət bir şirkət lideri kimi təkid-
lə özünə və şirkətinə nəzər salmanın zəruriliyidir. Təşkilat və onun
rəhbərliyi öyrənmə və dəyişmə imkanlarına sahibdirmi?
Prototip
yetişdirmə və sürətli investisiya qərarları verməklə bağlı təcrübəsi
necədir? Şirkətdaxili mədəniyyət, innovasiyanı və uğursuzluğu qə-
bul edirmi? Mənim gördüyüm hər şey, yarışın
sadəcə daha da sürət-
lənəcəyini, dəyişikliklərin daha da dərinləşəcəyini göstərir. Bu sə-
bəbdən səyahət, təşkilatların sürətli və çevik davranış qabiliyyətinə
kəskin və dürüst bir baxışı tələb edir.
Dostları ilə paylaş: