T
Ə
S
İ
RL
Ə
R
69
təmin edilən təhlil onların daim müşahidə
edilməsini və önləyici
təmirlərinin aparılmasını mümkün edir. Beləliklə, onlardan maksi-
umum dərəcədə faydalanmaq imkanı yaranır. Problem artıq müəy-
yən xətaları tapmaqla bağlı deyil. Əsas problem, avadanlığın bir
hissəsinin normal əməliyyat sahəsindən kənara çıxdığını göstərən
performans meyarlarının (sensorlar
tərəfindən təmin edilən ve-
rilənlərə əsaslanan alqoritmlər tərəfindən müşahidə edilən) istifa-
dəsi ilə bağlıdır. Məsələn, təyyarələrdəki hava nəzarət mərkəzləri
mühərrikin xəta etməyə başladığını pilotdan əvvəl təyin edə bilir.
Beləliklə, pilotu nə etməli olduğu ilə bağlı istiqamətləndirə bilir və
təyinat yerindəki təmir komandasını əvvəlcədən hərəkətə gətirirlər.
Təmirə əlavə olaraq, müəyyən bir aktivin performansını təxmin
etmə bacarığı yeni biznes modellərinin formalaşdırılmasına
imkan
verir. Aktivin performansı zamanla ölçülə və izlənə bilir. Bunun-
la da təhlil, əməliyyatın xəta payları (
ing. operational tolerances
) ilə
bağlı informasiya verir və şirkətin təməl ehtiyaclarından olmayan və
ya strateji əhəmiyyət daşımayan məhsulların kənardan
təmin edil-
məsi üçün bir əsas təqdim edir. “SAP”, kənd təsərrüfatına yerləşdi-
rilmiş fiziki məhsullardan topladığı məlumatlar əsasında iş vaxtını
və faydanı artıran nümunəvi şirkətdir.
Bir aktivin performansını təxmin etmək qabiliyyəti, eyni za-
manda qiymət xidmətləri üçün də yeni fürsətlər təqdim edir.
Lift lər
və ya yürüş yolları kimi yüksək ötürücülüyə malik olan aktivlər bu
performans əsasında qiymətləndirilə və xidmət göstərənlərə müəy-
yən bir dövr üçün 99,5% fasiləsiz çalışma həddi ilə müqayisədə real
performansa görə ödəniş edilə bilər. Yük
avtomobilləri nümunə-
sinə baxaq. Uzun məsafələr üzrə xidmət göstərən nəqliyyat şirkət-
ləri vaxtaşırı yeni təkərlər almaq əvəzinə, təkər istehsalçılarına hər
1000 km yürüşə görə ödəniş edilməsinə maraq göstərirlər. Bunun
səbəbi, sensorlar ilə təhlilin birləşməsinin təkər şirkətlərinə sürücü
performansını, yanacaq istehlakını və təkər aşınmasını izləmə və
nəticədə tamamilə nöqsansız xidmət etmə imkanı verməsdir.