T
Ə
S
İ
RL
Ə
R
61
nada
işçilər deyil, daha çox xüsusi vəzifələri yerinə yetirən müstəqil
çalışanlardır. Nyu-York Universitetinin (NYU) Stern Biznes Mək-
təbinin professoru Arun Sandararacan [Arun Sundararajan]
“
New
York Times
”
qəzetində Fərhad Mancunun[Farhad Manjoo] bölmə-
sində vəziyyəti belə ifadə edir: “Nəticədə, iş qüvvəsinin bir qisminin
gəlir əldə etmək üçün portfelindəki işləri yerinə yetirdiyi bir dün-
ya bizi gözləyir. Bir “Uber” sürücüsü, bir “Instacart” müştərisi, bir
“Airbnb” kirayəçisi və “Taskrabbit” təsisatçısı ola bilərsiniz”
27
Şirkətlərin, xüsusilə də sürətlə böyüyən startupların rəqəmsal
iqtisadiyyatdan əldə etdikləri üstünlüklər məlumdur. İnsan bulu-
du platformaları, işçiləri sərbəst çalışanlar kimi kateqoriyalaşdırdı-
ğı üçün hazırda minimum əmək haqqı, əmək haqqından
tutulan
vergi və sosial sığorta kimi öhdəliklərdən kənardadırlar. Birləşmiş
Krallıqda yerləşən “MBA & Company”nin baş meneceri Daniyel
Kallaqanın [Daniel Callaghan] “Financial Times” qəzetindəki
məqaləsində deyilir: “Kimi istəyirsiniz, nə zaman istəyirsiniz və
dəqiq olaraq necə istəyirsiniz, elə də təmin
edə bilərsiniz və onlar
sizin işçiniz olmadığı üçün məşğulluqla bağlı yaranan çətinliklər-
dən və tənzimləmə öhdəliklərindən də kənarda qalırsınız.”
28
Buluddakı insanlar üçün əsas üstünlüklər sərbəstlik (işləmək və
ya işləməmək) və virtual qlobal bir şəbəkəyə aid olmanın təmin et-
diyi bənzərsiz dərəcədə mobillikdir. Bəzi müstəqil işçilər bu imkanı
daha çox sərbəstlik, daha az stres və daha çox iş məmnunluğunun
ideal birləşməsi kimi görürlər. Baxmayaraq ki,
insan buludu hələ il-
kin inkişaf mərhələsindədir, ancaq onun səssiz şəkildə yol qət edən
bir ofşorinq forması olduğunu ortaya qoyan mühüm sübutlar artıq
mövcuddur (səssiz şəkildə, çünki insan buludu platformaları siya-
hıya alınmır və məlumatlarını açıqlamağa məcbur deyillər).
Bəlkə bu, internetə çıxışı olan hər kəsi gücləndirəcək və çatış-
mayan bacarıqlarını tamamlayacaq yeni və çevik bir iş inqilabının
başlanğıcıdır? Yoxsa bu, işçilərin ağır şərtlər altında işlədiyi iş yer-
lərinə doğru qaçılmaz bir yarışmı başladacaqdır? Əgər nəticə ikinci
olacaqsa, o zaman prekarya (
ing. precariat
)
- keçimlərini təmin et-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
62
mək məqsədilə müxtəlif vəzifələrdə çalışan, əmək hüquqlarından,
sövdələşmə hüquqlarından və iş təhlükəsizliyindən məhrum olan
işçilərin sosial sinifi – bizi gözləyən sosial narahatlıqların və siyasi
qeyri-sabitliyin potensial mənbəyi rolundamı çıxış edəcəkdir? Nə-
hayət, insan buludunun inkişafı yalnız insan işlərinin avtomatlaş-
masını sürətləndirməkləmi kifayətlənəcəkdir?
Qarşı-qarşıya qaldığımız çağırışa yalnız sosial və məşğulluq
müqavilələrinin dəyişən iş qüvvəsinə və işin dəyişən təbiətinə uy-
ğun gələn yeni formaları ilə cavab verilə bilər. Biz, əmək bazarla-
rının böyüməyinə zərər vermədən və insanları
seçdikləri formada
işləməkdən məhrum etmədən insan buludunun mənfi tərəfl ərini
mümkün ola biləcək istismar baxımından məhdudlaşdırmağı ba-
carmalıyıq. Əgər bunu edə bilməsək, o zaman dördüncü sənaye
inqilabı işin gələcəyini, London Biznes Məktəbinin menecment
təcrübəsi üzrə professoru Linda Qrattonun [Lynda Gratton]“Yer-
dəyişmə: işin gələcəyi artıq burdadır”adlı kitabında
da qeyd etdiyi
kimi, qaranlıq bir yerə, bütün cəmiyyətlərdə parçalanma, təcrid və
kənarlaşdırmanın daha yüksək səviyyələrinə aparıb çıxara bilər.
29
Kitabın əksər hissələrində qeyd etdiyim kimi, seçim bizimdir və
tamamilə bizim verəcəyimiz siyasi və instutsional qərarlardan asılıdır.
Ancaq hüquqi tənzimləmələrdə proses daxilində
siyasətçilərin gücü-
nü artıracaq və mürəkkəb sistemlərin uyğunlaşma qüvvələrini çətinə
salacaq şəkildə bir boşluğun ola biləcəyini də unutmamaq lazımdır.
Dostları ilə paylaş: