T
Ə
S
İ
RL
Ə
R
79
trilyon dollar dəyərindəki iqtisadi faydanın 2,7 trilyon dolları tul-
lantıların aradan qaldırılmasından və təchizat
zəncirləri ilə logisti-
ka proseslərinin yaxşılaşdırılmasından təmin ediləcəkdir. Əşyaların
internetinə əsaslanan həll yolları istixana qazı emissiyasını 2020-ci
ildə 9,1 milyard ton azalda bilər ki, bu da həmin il üçün təxmin
edilən ümumi miqdarın 16,5%-ni təşkil edir.
40
Ikincisi, informasiyanın demokratikləşməsi və rəqəmsal aktivlə-
rin təmin etdiyi şəff afl ıq vətəndaşlara şirkətləri və ölkələri hesabat-
lılıqda saxlamaq üçün yeni güc verir. Blokçeyn kimi texnologiyalar
bu məlumatları daha etibarlı vəziyyətə gətirəcəkdir. Məsələn, ərazi
sahiblərini daha da hesabatlı etmək üçün meşələrin sıradan çıxması
ilə bağlı peyklər vasitəsilə toplanan məlumatları etibarlı şəkildə əldə
etmə və təsdiq etmə imkanı yaradacaqdır.
Üçüncüsü, yeni məlumat axınları və artan şəff afl ıq, davamlı bir
dövrəvi sistem üçün iş normalarının və sosial normaların yeni bir
toplusu daxilində ən zəif
müqavimətli yola çevrildikcə, vətəndaş-
ların davranışlarının mühüm dərəcədə dəyişməsinə səbəb ola bilər.
Son zamanlarda, iqtisad və psixologiyanın müxtəlif sahələri arasın-
dakı faydalı bir yaxınlaşma dünyanı necə anladığımız, necə davran-
dığımız və davranışımızı necə əsaslandırdığımızla bağlı mövzular-
da yeni biliklər ortaya çıxarır. Digər tərəfdən,
hökumətlər, şirkətlər
və universitetlər tərəfindən aparılan bir sıra böyük miqyaslı təsa-
düfi nəzarət sınaqları bunların yararlı ola biləcəyini göstərmişdir.
Buna bir misal kimi, insanları ətraf mühiti qorumaq və xərclərin
azalmasına töhfə vermək üçün daha az elektrik istehlak etməyə
həvəsləndirmək məqsədilə bərabər səviyyəli (
ing.peer comparsion
)
müqayisələrdən istifadə edən “OPower”i göstərmək olar.
Dördüncüsü, əvvəlki bölmədə də detallı şəkildə göstərildiyi kimi,
yeni biznes və təşkilat modelləri dəyər
yaratma və bölüşmənin inno-
vativ yollarını vəd edir. Bunlar da nəticədə, təbii dünya qədər iqti-
sadiyyatların və cəmiyyətlərin də aktiv şəkildə faydalanacağı bütöv
sistem dəyişikliklərinə yol açacaqdır. Sürücüsüz nəqliyyat vasitələri,
paylaşma iqtisadiyyatı və kirayə modelləri;
bütün bunlar aktivlərdən
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
80
faydalanma səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlişi ilə nəticələ-
nir və vaxtı çatdıqda materialları əldə etmə, yenidən istifadə etmə və
“yuxarıya doğru çevirmə”ni (
ing. upcycle
) daha da asanlaşdırır.
Dördüncü sənaye inqilabı, şirkətlərə aktivlərin və resursların is-
tifadə dövrünü genişləndirmə, istifadələrini çoxaltma, materialları
və enerjini digər istifadə məqsədləri
üçün bərpa etmə və yenidən
hədəfl əmə imkanı verəcək, proses çərçivəsində emissiya və resurs
yüklərini azaldacaqdır. Bu yeni inqilabi sənaye sistemində kar-
bondioksid bir istixana tullantısı olmaqdan çıxıb yeni bir aktivə
çevriləcək, karbonu tutma və saxlamanın iqtisadiyyatı isə xərc və
kir bataqlığı olmaqdan çıxıb mənfəətli karbon tutma və istifadə-is-
tehsal obyekti olacaqdır.
Bundan daha vacibi isə bu, şirkətlərə, hö-
kumətlərə və vətəndaşlara təbii kapitaldan ağıllı və yenilənən istifa-
də imkanı yaradacaq strategiyaları araşdırma və tətbiq etmə fürsəti
verərək dayanıqlı istehsal və istehlakı yönləndirəcək və təhdid al-
tında olan sahələrin bərpası üçün biomüxtəlifl iyi dəstəkləyəcəkdir.
Dostları ilə paylaş: