DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
72
miqyaslarda təqdim edən güclü platformalarla necə qarşılıqlı əlaqə
quracağımız kimi yeni çağırışları və problemləri gündəmə gətirir.
Dünya İqtisadi Forumunun “Sənayenin Rəqəmsal Transforma-
siyası” adlı təşəbbüsü dördüncü sənaye inqilabından faydalanmaq
üçün dizayn edilmiş fərqli iş və əməliyyat modelləri nümunələri-
ni təqdim edir. Daha əvvəl də qeyd edilən müştəri-mərkəzli mo-
del bunlardan biridir. Bu modelin əsas tərəfdarlarından biri olan
“Nespresso” bütün cəhdlərini müştərilərini ön planda tutmaq üçün
ön cəbhə proseslərinə və işçilərini gücləndirməyə yönəldir. Bəsit
biznes modelləri, rəqəmsal, fiziki və bəşəri dünyaların qarşılıqlı tə-
sirinin təmin etdiyi
fürsətlərdən istifadə edərək, “Michelin”in yük-
sək keyfiyyətli xidmətləri aşağı qiymətlə təqdimetmə cəhdləri kimi
yeni optimallaşdırma formalarını ortaya çıxarır.
Verilənlərə əsaslanan biznes modelləri, müştərilərlə bağlı qiymətli
informasiyalara geniş kontekstdə çıxış əldə etmələri sayəsində və qav-
rama səviyyəsini yüksəltmək məqsədilə təhlil və proqram intellektin-
dən artan dərəcədə istifadə etməklə yeni gəlir mənbələri yaradırlar.
“Açıq və likvid” şirkətlər özlərini likvid dəyər yaradan ekosistemin
hissəsi kimi görürlər. “Skynet” şirkətləri isə diqqəti avtomatlaşmaya
yönəldərək təhlükəli sektor və yerlərdə ön plana çıxırlar. Bundan
başqa, enerji və material axınlarının daha səmərəli istifadəsini təmin
edən,
mənbələri qoruyan, xərcləri aşağı salan və ətraf mühit üzərində
müsbət təsir yaradan yeni texnologiyaların istifadəsinə əsaslanan biz-
nes modellərinə yönələn şirkətlərin başqa nümunələri də vardır (bax:
Haşiyə B: Ətraf Mühitin Bərpası və Mühafizəsi).
Bu transformasiyalar, şirkətlərin günahkarlar, aktivistlər və ya
rəqəmsal infrastrukturdakı təsadüfi xətalar tərəfindən birbaşa po-
zulmağa hədəf olmaqdan yayınmaq üçün kiber təhlükəsizlik və
məlumat təhlükəsizliyi sistemlərinə intensiv investisiyalar qoymağa
məcbur olduqlarını göstərir. Kiber hücumların şirkətlər üçün ya-
ratdığı xərcin ildə 500 milyard dollar civarında olması ilə bağlı təx-
minlər var. “Sony Pictures”, “TalkTalk”, “Target” və “Barclays” kimi
şirkətlərin
təcrübəsi, həssas şirkət və müştəri məlumatları üzərin-
T
Ə
S
İ
RL
Ə
R
73
dəki nəzarəti itirmənin şirkətin səhm qiymətlərinə mənfi təsirinin
olduğunu göstərir. “Bank of America Merrill Lynch” kiber təhlükə-
sizlik bazarının dəyərinin 2015-ci ildə 75 milyard dollardan 2020-
ci ildə 170 milyard dollara, yəni təxminən iki qatına çıxacağını təx-
min etməsinin səbəbi budur və bu, növbəti 5 il ərzində sektordakı
illik artım səviyyəsinin 15% olacağı deməkdir.
38
Hazırda inkişaf edən yeni əməliyyat modelləri, eyni zamanda
yeni bacarıq tələblərinin və insan kapitalının doğru növünü qazan-
maq və qorumaq ehtiyacı çərçivəsində
qabiliyyət və mədəniyyətin
yenidən düşünülməli olduğunu ortaya qoyur. Məlumatların bütün
sektorlarda qərar qəbuletmə və əməliyyat modellərinin mərkəzində
dayanmağa başladığı indiki dövrdə, iş qüvvəsinin yeni bacarıqlar
qazanmasına, proseslərin yenilənməsinə (məsələn, real vaxt reji-
mində informasiyanın əlçatanlığından üstünlük qazanmaq məqsə-
dilə) və mədəniyyətin inkişafına ehtiyac var.
Daha öncə də qeyd etdiyim kimi, şirkətlər “qabiliyyətlilik” kon-
sepsiyasını mənimsəməlidirlər. Bu, rəqabət gücünün ən əhəmiyyətli
hərəkətverici qüvvələrindən biridir. Strateji üstünlüyün həlledici for-
masının qabiliyyət olduğu bir dünyada təşkilati strukturların təbiəti
yenidən nəzərdən keçirilməlidir. Çevik ierarxiyalar, performansı ölç-
mənin və mükafatlandırmanın yeni formaları,
təcrübəli qabiliyyətin
cəlb edilməsi və qorunması strategiyaları təşkilati uğur baxımından
həlledici mövqeyə yüksələcəkdir. Çeviklik imkanı işçilərin motivasi-
yası və ünsiyyət ilə bağlı olduğu qədər, işin prioritetlərinin müəyyən
edilməsi və fiziki aktivlərin idarə edilməsi ilə də bağlıdır.
Uğurlu təşkilatların getdikcə daha çox ierarxik strukturlardan
şəbəkə əsaslı əməkdaşlıq modellərinə istiqamətlənəcəyini düşü-
nürəm. Daxili motivasiya, işçilərin və idarə edənlərin peşəkarlıq,
müstəqillik və məzmun üzrə əməkdaşlıq istəyi çərçivəsində daha
çox önə çıxacaqdır. Bu, şirkətlərin daha çox paylaşdırılmış qruplar,
uzaqdan idarə edilən işçilər və dinamik kollektivlər çərçivəsində və
üzərində çalışılan şeylər və vəzifələrlə bağlı
fasiləsiz məlumat və fi-
kir mübadiləsinə əsaslanaraq təşkilatlanacağı deməkdir.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
74
Bu dəyişikliyi ifadə edən yeni bir iş yeri ssenarisi, əşyaların inter-
net ilə birləşdiyi zaman sürətlə yüksəlməyə başlayan geyinilə bilən
texnologiyalara əsaslanır. Bu birləşmədə geyinilə bilən texnologi-
yalar şirkətlərə rəqəmsal və fiziki təcrübələri həm işçilərinə, həm
də istehlakçılarına fayda verə biləcək formada sintez etmə imkanı
yaradır. Məsələn, olduqca mürəkkəb avadanlıqlarla və ya çətin və-
ziyyətlərdə iş görən işçilər, hissələrin dizaynı və təmirinə kömək
edəcək geyinilə bilən texnologiyalardan istifadə edə bilərlər. Şə-
bəkə vasitəsi ilə əlaqəli maşınlara edilən endirimlər və yeniləmələr,
sahədəki işçilərin və onların istifadə etdikləri avadanlıqların ən yeni
proseslərə uyğunlaşmasını təmin edir. Buluda əsaslanan proqramı
təkmilləşdirmənin və verilənləri bulud
vasitəsilə yeniləmənin stan-
dart bir mexanizmə çevrildiyi dördüncü sənaye inqilabı şəraitində
insanların və onların bacarıqlarının uyğunlaşma prosesini təmin et-
mək getdikcə daha da böyük əhəmiyyət daşımağa başlamışdır.
Dostları ilə paylaş: