T
Ə
S
İ
RL
Ə
R
67
bu iddiaları testdən keçəcəkdir. Rəqəmsal çağ, məlumatlara çıxış və
onlardan istifadə, məhsulları və təcrübələri təkmilləşdirmə və qarşı-
lıqlı təsirin bəşəri aspektinin prosesin mərkəzində qalmasını təminet-
mə yolunda daim bir ahəng və yaxşılaşma dünyasına keçid ilə bağlıdır.
Müştərilərin satınalma prosesi ilə bağlı
son zamanlara qədər
gözlənilməz informasiyaların əldə edilməsi çoxlu məlumat mən-
bələrindən – şəxsi məlumatlardan sektor məlumatlarına, həyat
tərzi məlumatlarından davranış məlumatlarına qədər – istifadə
qabiliyyətindən irəli gəlir. Hazırda, məlumatlar və ölçülər, marke-
tinq və satış qərarlarını müəyyən edən müştəri ehtiyacları və dav-
ranışları haqqında yarımreal vaxtlı çox əhəmiyyətli informasiyalar
təqdim edir.
Bu rəqəmsallaşma trendi, hazırda daha çox şəff afl ıq,
yəni təchi-
zat zəncirində və müştərilərin barmaq uclarında daha çox məlumat,
başqa sözlə, gücün istehlakçılara ötürülməsinə gətirib çıxaran məh-
sulların performansı üzrə daha çox bərbər səviyyəli müqayisələr
deməkdir. Məsələn, qiymət müqayisəsi aparmağa imkan verən in-
ternet səhfələri, qiymətləri, xidmətin keyfiyyətini və məhsulların
performansını müqayisə etməyi asanlaşdırır,
bir barmaq toxunu-
şu ilə istehlakçılar həmin anda hər hansı bir marka, xidmət və ya
rəqəmsal pərakəndə satıcısından digərinə keçə bilir. Şirkətlərin pis
performansları ilə bağlı hesabat vermək məsuliyyətindən yayınma-
ları artıq mümkün deyildir. Marka dəyəri, çətin qazanılan mükafat-
dır, ancaq asanlıqla itirilə bilər. Daha şəff af bir dünya bu məsuliyyə-
ti daha da artıracaqdır.
İstehlakçı trendlərini əhəmiyyətli dərəcədə
minilliyin nəsili for-
malaşdırır. Hazırda, gündə 30 milyard “WhatsApp” mesajlarının
göndərildiyi,
32
Amerikada gənc insanların 87%-nin ağıllı telefon-
larını əllərindən yerə qoymadıqları və 44%-nin həmin telefonların
kamera funksiyalarından hər gün istifadə etdiyi bir dünyada yaşayı-
rıq.
33
Bu, daha çox bərabər səviyyəli tərəfl ər arasındakı paylaşmalar-
la və istifadəçi tərəfindən yaradılan məzmunla bağlı bir dünyadır.
Bu indinin dünyasıdır: hərəkət yönləndirmələrinin həmin anda
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
68
həyata keçirildiyi və bazar mallarının birbaşa qapımızda təhvil ve-
rildiyi bir real vaxt dünyasıdır. Bu “indinin dünyası” şirkətlərin öz-
lərinin və ya müştərilərinin harada olmasından asılı olmayaraq, real
vaxt rejimində reaksiya vermələrinin tələb edildiyi bir dünyadır.
Bunun yalnız yüksək gəlirli iqtisadiyyatlarla məhdudlaşdırıldı-
ğını düşünmək yanlış olar. Çindəki internet ticarətinə nəzər yetirək.
“Alibaba” qrupu özünün elektron ticarət xidmətinin bir gündə, 11
noyabr 2015-ci ildə 14 milyard dollardan
çox onlayn əməliyyat hə-
yata keçirdiyini və bu satışların 68%-nin mobil cihazlar vasitəsilə
reallaşdığını bildirir.
34
Digər bir nümunə isə, mobil telefon abunə-
likləri sahəsində ən sürətlə böyüyən bölgəyə çevrilən Sub-Səhra
Afrikadır. Burada mobil internet sabit xəttə çıxışı üstələmişdir.
“GSM” Assosiasiyası, Sub-Səhra Afrikada növbəti 5 il ərzində 240
milyon yeni mobil internet istifadəçisi olacağını proqnozlaşdırır.
35
Sosial media ən yüksək sürətlə inkişaf etmiş iqtisadiyyatlarda yayıl-
sa da, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Orta Amerikada da 30%-
lik qlobal orta göstəricini ötmüş və sürətlə artmaqda davam edir.
Çin mərkəzli bir mobil mətn və səsli mesaj xidməti olan “WeChat”
(Weixin) yalnız 12
ay ərzində, 2015-ci ilin sonuna qədər təxminən
150 milyon istifadəçi qazanmışdı ki, bu da ildə ən azı 39%-lik artım
deməkdir.
36
Dostları ilə paylaş: