55
Şəkil 1. 2020-ci ildə bacarıqlara olan tələblər
Mənbə:
Future of Jobs Report, World Economic Forum
Haşiyə A: Gender fərqləri və Dördüncü Sənaye İnqilabı
Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi Hesabatı
2015”in 10-cu nəşri narahatlıq doğuran iki trendi ortaya çıxardı.
Birincisi, hazırki irəliləmə sürəti ilə dünya səviyyəsində iqtisadi ola-
raq gender bərabərliyinə çatmaq üçün hələ 118 ilə ehtiyac vardır.
İkicisi, bərabərlik istiqamətində irəliləmə kifayət qədər zəifdir və o,
böyük ehtimalla davam etməyəcəkdir.
Bu baxımdan, dördüncü sənaye inqilabının gender bərabərsiz-
liyi üzərindəki təsirini nəzərə almaq kritik əhəmiyyətə malikdir.
Fiziki, rəqəmsal və biloloji dünyaları birləşdirən texnologiyalarda
baş verən dəyişikliklərin artan sürəti qadınların iqtisadiyyatda, si-
yasətdə və cəmiyyətdəki roluna necə təsir edəcək?
Vacib suallardan biri də qadınların, yoxsa kişilərin üstünlük təş-
kil etdiyi işlərin avtomatlaşmaya daha uyğun olduğudur. Forumun
“İş yerlərinin gələcəyi” adlı hesabatı böyük ehtimalla hər iki növ iş-
lərdə də əhəmiyyətli itkilərin olacağını göstərir. Kişilərin üstünlük
təşkil etdiyi emal, tikinti və quraşdırma kimi sektorlarda avtomat-
laşma nəticəsində işsizlik daha çox artacaqdır. Süni intellektin ar-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
56
tan bacarıqları və xidmət sektorundakı vəzifələri rəqəmsallaşdırma
imkanı qadınların üstünlük təşkil etdiyi sektorlarda çoxlu sayda iş
yerlərini risq altında saxlayır. Bunlar inkişaf etməkdə olan ölkələr-
dəki çağrı mərkəzlərindən (ailədə ilk işləyən çoxlu sayda gənc qadın
işçilərin dolanışıq mənbəyi) inkişaf etmiş ölkələrdəki pərakəndə və
inzibati vəzifələrə qədər (aşağı-orta sinif qadınlar üçün əsas işlər)
geniş miqyasda işləri əhatə edirlər.
İşi itirməyin bir çox hallarda mənfi təsirləri var, lakin ənənəvi ola-
raq qadınlara əmək bazarına daxil olmaq şansı verən iş kateqoriyala-
rındakı əhəmiyyətli itkilərin məcmu təsiri kritik dərəcədə narahatlıq
doğurur. Xüsusilə, bu aşağı bacarıqlara sahib qadınların başçılıq etdiyi
tək-gəlirli ev təsərrüfatlarını risk altında saxlayacaq, cüt-gəlirli ailələr-
dəki məcmu gəliri aşağı salacaq və bütün dünyada hazırda narahatlıq
mənbəyi olan gender bərabərsizliyini daha da dərinləşdirəcəkdir.
Bəs yeni rollar və iş kateqoriyaları haqqında nə deyə bilərik?
Dördüncü sənaye inqilabı tərəfindən transformasiya ediləcək əmək
bazarında qadınlar üçün hansı yeni fürsətlər olacaq? Hələ yaradıl-
mamış sektorlarda tələb ediləcək yetərlilik və bacarıqların xəritə-
sini çıxarmaq çətin olmaqla yanaşı, işçilərin texnoloji sistemlərlə
birlikdə layihələndirmə işləri ilə məşğul olmasını, inşa etməsini və
işləməsini və ya bu texnoloji innovasiyaların yaratdığı boşluqların
doldurulmasını təmin edəcək bacarıqlara olan tələbin artacağını
məntiqi olaraq qəbul edə bilərik.
Kompüter elmləri, riyaziyyat və mühəndislik peşələrində kişilə-
rin üstünlüyü davam etdiyi üçün ixtisaslaşmış texniki bacarıqlara
olan tələbin artması gender bərabərsizliyini daha da dərinləşdirə
bilər. Yenə də maşınların əvəzləyə bilməyəcəyi empati və həssaslıq
kimi insani xüsusiyyətlərə və qabiliyyətlərə əsaslanan rollara tələb
arta bilər. Psixoloqlar, terapevtlər, məşqçilər, koçlar, tədbir planlaş-
dırıcıları, tibb bacıları və digər tibbi xidmətlər kimi peşələrin böyük
əksəriyyətində qadınlar üstünlük təşkil edirlər.
Burada, əsas məsələ fərqli texniki qabiliyyətlər tələb edən rol-
ların zaman və cəhdetmə baxımından nisbi qazancıdır. Çünki şəx-
T
Ə
S
İ
RL
Ə
R
57
si xidmətlərə və hazırda qadınların üstünlük təşkil etdiyi digər iş
kateqoriyalarına aşağı dəyərin verilməsi riski vardır. Belə olarsa, o
zaman dördüncü sənaye inqilabı kişi rolları ilə qadın rolları arasın-
dakı fərqi daha da artıra bilər. Bu, həm ümumi bərabərsizliyi, həm
də gender bərabərsizliyini yüksəldəcəyi və qadınlar üçün gələcəyin
iş qüvvəsi daxilində öz qabiliyyətlərindən istifadə etməyi daha da
çətinləşdirəcəyi üçün dördüncü sənaye inqilabının mənfi nəticəsi
kimi qəbul edilə bilər. Bundan başqa, artan müxtəlifl iyin yaratdığı
dəyəri və təşkilatların hər səviyyədə gender tarazlığının qorunduğu-
komandalarda əldə etdiyini bildiyimiz yaradıcılıq və məhsuldarlıq
kimi qazancları da risk altına qoya bilər. Ənənəvi olaraq, qadınlar
və qadın peşələri ilə bağlı olan xüsusiyyət və bacarıqların bir çoxuna
dördüncü sənaye inqilabı dövründə daha çox ehtiyac olacaqdır.
Dördüncü sənaye inqilabının qadınlar və kişilər üzərindəki fərq-
li təsirlərini yetərincə proqnozlaşdıra bilməməklə yanaşı, kişilər qə-
dər qadınların da özlərini tam şəkildə reallaşdıraraq güclənmələrini
təmin edəcək iş qüvvəsi üzrə siyasətləri və iş tətbiqlərini yenidən
dizayn etmək məqsədilə transformasiya edən iqtisadiyyatın təmin
etdiyi fürsətləri yaxşı qiymətləndirməliyik.
Gələcəkdə yalnız dördüncü sənaye inqilabının deyil, eyni za-
manda, demokrafik təzyiqlər, geosiyasi dəyişikliklər və yeni sosial
və mədəni normalar kimi qeyri-texnoloji amilərin də təsiri nəticə-
sində bir çox yeni peşə və vəzifələr ortaya çıxacaqdır. Bunların tam
şəkildə nələr olacağını bu gün görə bilmirik, lakin mən əminəm ki,
kapitaldan daha çox talant kritik istehsal faktoru rolunda çıxış edə-
cəkdir. Bu səbəbdən böyük ehtimal ki, innovasiya, rəqabət gücü və
iqtisadi artımın qarşısındakı ifl icedici məhdudiyyət, kapitalın əlça-
tanlılığından daha çox bacarıqlı işçilərin qıtlığı olacaqdır.
Bu vəziyyət, artan səviyyədə aşağı-bacarıq/aşağı-əmək haqqı və
yüksək-bacarıq/yüksək-əmək haqqı seqmentlərinə görə bölünən
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
58
əmək bazarı ortaya çıxara bilər və ya yazıçı və Silikon Vadisində
proqram təminatı üzrə sahibkar olan Martin Fordun öncədən xə-
bər verdiyi kimi bütün bu dəyişikliklərə bugündən hazırlaşmasaq,
iş qüvvəsi bacarıqları piramidasının təməlinin boşalmasına, bərabə-
rizliyin yüksəlməsinə və sosial gərginliklərin artmasına yol açılması
mümkündür.
25
Bu təzyiqlər bizi eyni zamanda, dördüncü sənaye inqilabı kon-
tekstində “yüksək bacarıq” deyərkən nə başa düşdüyümüzü yeni-
dən qiymətləndirməyə məcbur edəcəkdir. Bacarıq sahibi olan iş
qüv vəsi ilə bağlı ənənəvi tərifl ər yüksək ya da ixtisaslaşmış bir təhsi-
lin olub-olmamasına və ya bir peşə, ya da ixtisaslaşma sahəsi çərçivə-
sində müəyyən edilmiş bacarıqlara əsaslanırdı. Texnologiyalardakı
dəyişikliklərin sürətlə artması şəraitində dördüncü sənaye inqilabı,
işçilərin daim uyğunlaşma və müxtəlif kontekstlərdə yeni bacarıq
və yanaşmaları öyrənmə bacarıqlarını daha çox ön plana çəkəcəkdir.
Forumun “İş yerlərinin gələcəyi” adlı araşdırmasının da göstər-
diyi kimi insan resursları menecerlərinin 50%-dən az hissəsi öz təş-
kilatlarının iş qüvvəsi strategiyasındakı bu dəyişikliklərə ən azından
hazırlaşmağa uyğun olduqlarını düşünürlər. Daha həlledici bir ya-
naşmanın qarşısındakı əsas maneələr inqilabi dəyişikliklərin təbiə-
ti ilə bağlı şirkətin qavrayış yetərsizliyi, iş qüvvəsi strategiyaları ilə
şirkətin innovasiya strategiyası arasındakı az və ya demək olar ki,
heç uyğunlaşmanın olmaması, resurs qıtlığı və qısamüddətli mən-
fəətlilik təzyiqləridir. Bu səbəbdən, üfüqdə görünən dəyişikliklərin
miqyasları ilə şirkətlərin bu çağırışlara cavab vermək üçün gördük-
ləri tədbirlərin nisbətən marjinal hərəkətləri arasında uyğunsuzluq
ortaya çıxır. Təşkilatların bacarıq ehtiyaclarını qarşılamaq və arzu
edilməyən sosial nəticələri yumuşaltmaq üçün yeni bir baxış buca-
ğına ehtiyacları vardır.
Dostları ilə paylaş: |