T
Ə
S
İ
RL
Ə
R
51
ri, kitabxanaçılar və digər bu kimi çox müxtəlif peşələr qismən və ya
tamamilə avtomatlaşmanın hədəfi olacaqdır.
Hələki sübutlar budur: belə görsənir ki,
dördüncü sənaye inqi-
labı əvvəlki inqilablarla müqayisədə yeni sektorlarda daha az iş yer-
ləri yaradır. Oksford Martin Texnologiya və Məşğulluq Proqramı-
nın qiymətləndirməsinə əsasən, hazırda ABŞ iş qüvvəsinin yalnız
0,5%-i hələ əsrin əvvəlində mövcud olmayan sektorlarda çalışırlar.
Halbuki,
bu göstərici, yeni sektorlarda 1980-ci illərdə yaradılan iş
yerlərinin təxminən 8%-dən, 1990-cı illərdə yaradılan iş yerlərinin
isə 4,5%-dən azdır. Texnologiya ilə məşğulluq arasındakı əlaqəyə
işıq tutan başqa bir sənəd - ABŞ İqtisadi
Hesablama Bürosunun
yeni hesabatı, bunu bir daha təsdiq edir. Hesabat göstərir ki, infor-
masiya və digər inqilabi texnologiyalarda
baş verən innovasiyalar
əməktutumlu yeni məhsullar istehsal etməkdən daha çox mövcud
işçiləri əvəzləməklə məhsuldarlığı artırırlar.
Oksford Martin Məktəbindən iki tədqiqatçı, Karl Benedikt Frey
[Carl Benedikt Frey] və maşın öyrənməsi
mütəxəssisi Mişel Osborn
[Michael Osborne] 702 müxtəlif peşəni avtomatlaşma ehtimalına
görə, avtomatlaşma riskinə ən az həssas olanlardan (“0” heç bir risqin
olmadığını ifadə edir) ən çox həssas olanlara (“1” iş yerinin bir növ
kompüter tərəfindən əvəzlənməsi riskini ifadə edir) qədər sırala-
maqla, texnoloji innovasiyanın işsizlik üzərindəki potensial
təsirini
müəyyən etmişdir.
23
Aşağıda, Cədvəl 2-də avtomatlaşmanın ən çox
və ən az hədəfi ola biləcək müəyyən peşələr göstərilmişdir.
Bu tədqiqat, ABŞ-da məcmu məşğulluğun 47%-nin böyük ehti-
malla, gələcək 10 və ya 20 il ərzində risk altında olduğunu göstərir.
Bu isə iş yerlərinin sıradan çıxmasının əvvəlki sənaye inqilablarında
əmək bazarlarında baş verən dəyişikliklərlə
müqayisədə daha sürət-
li və daha əhatəli olacağına işarədir. Əlavə olaraq, bu trend əmək
bazarlarında daha böyük qütbləşmələr istiqamətində davam edir.
Məşğulluq, yüksək gəlirli zehni və yaradıcı işlərdə, aşağı gəlirli əl
işlərində artır, lakin orta gəlir səviyyəsindəki davamlı və təkrarlanan
işlərdə böyük dərəcədə azalır.